Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1054/2022 14.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaqdan çıxarılma, ziyan tələbinə və dövlət rüsumu hesabına ödənilmiş pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsində cavabdehlər Cavabdeh1 və X5 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulmasına, dəymiş ziyanın hesabına cavabdehlər Cavabdeh1 və Zahir Məstanovdan müştərək qaydada 9000 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 100 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən bərdə rayon Mollagüllər kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpağa JN 261 A saylı kod 61014038 olan Döbvlət Aktı da almışdır, həmkəndliləri, yaxın qohumları, Bərdə rayon, Mollagüllər kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 və onun oğlu X15 2019-cu ildən zəbt edərək ona xeyli miqdarda ziyan vurmuşlar. Yaşayışlarını və güzaranlarını təmin etmək üçün torpaq sahəsindən istifadə etmək istəsələr də torpaq sahəsinin cavabdehlər istifadəsinə qaytarmamışdır. Bu səbəbdən də torpaqdan istifadə hüququnu həyata keçirə bilmir, dəfələrlə onlardan pay torpaq sahəsindən çıxmalarını tələb etsə də bir nəticəsi olmamışdır. Bu da onun ailəsinin maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Torpaq üstündə dəfələrlə cavabdelərlə mübahisələri düşmüşdür. Bununla bağlı Bərdə Rayon Polis Şöbəsində dəfələrlə araşdırmalar aparılmışdır. Cavabdehlər iki ildir ki, 0,15 ha torpaq sahəsində kələm əkib gəlir götürürlər, əgər hesab edilsə ki, bir mövsümdə 0,15 ha torpaq sahəsindən 4500 kq kələm məhsulu götürmək olar, bu isə iki ildə 9000 kq edir, bir kiloqram kələmin bazar qiyməti 1 manat olduğundan ona üç ildə 9000 (9000x 1=9000) manat ziyan dəymişdir. Odur ki, Bərdə rayonu, Mollagüllər kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X10 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə və cavabdehlərin qanuunsuz hərəkətlərinə qadağa qoyulmasına, dəymiş ziyan hesabına cavabdehlərdən müştərək qaydada 9000 manat pulun alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qəbul etməyərək, göstərdi ki, İddiaçı ona borcu olmuşdur və həmin borcun əvəzində mübahisəli torpaq sahəsini ona vermişdir. İddiaçının torpağını qanunsuz zəbt etməmişdir. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2un iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abdurrəhman oğlu xx xxxxxx 1950-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 105 nömrəli, 09 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İsgəndərov X11 rayonu, Mollagüllər kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 154 nömrəli, 23 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 və X3 rayonu, Mollagüllər kəndində yaşayır. İş materiallarında olan Kənd Təsərrüfat Nazirliyi X27 İnkişaf Mərkəzi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli MİHO/11.2.25-2-2022-7 nömrəli məktubda göstərilmişdir ki, Bərdə rayonu, Mollagüllər kəndində 1 ha torpaq sahəsindən 1 il ərzində 30 ton payızlıq ağbaş kələm məhsulu əldə etmək olar, bu da 0.15 ha torpaq sahəsindən il ərzində 4500 kq məhsul deməkdir. İş materiallarında olan rəydə göstərilmişdir ki, Bərdə rayon Bazarında 1 kq kələmin qiyməti bir manat təşkil edir. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin 19 yanvar 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Mollagüllər kəndində yaşayan İddiaçı Abdurrəhman oğlunun müraciətində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan İddiaçı Əbdürrəhman oğlu tərəfindən verilmiş izahatda göstərilmişdir ki, Cavabdeh1 onun torpaq sahəsini satmaq fikrinə düşdükdən sonra torpaq sahəsinin onun olduğunu deyərək, onunla haqsız mübahisəyə başlamış, onun torpağını heyvanları ilə otarmışdır. Torpaq sahəsinin giriş hissəsini bağlamışdır ki, Cavabdeh1 heyvanları ora sala bilməsin, Zakir isə giriş hissəsini açaraq torpağı yenə otarmışdır, bundan sonra arada çəpər çəkmişdir. Cavabdeh1 həmin çəpəri yandıraraq aranı yenidən açmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, İddiaçı 1991-ci ildə ondan 1800 dollar pul borc almışdır, uzun müddət keçsə də torpağı qaytarmamışdır. Arifin torpaq sahəsi olmuş, ondan istifadə etməmişdir. Buna görə də Arifdən xahiş etmişdir ki, torpağı versin istifadə etsin. Arif etiraz etməmiş, həmin torpağa yonca əkmişdir. Daha sonra Arifin həmin torpaq sahəsini satmaq fikrinə düşdüyünü eşitmiş, Arifdən ona borclu olduğu 1800 dolları borcunu verməsini tələb etmişdir. İş materiallarında olan JN 261 A KOD 61014038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı Əbdürrəhman oğluna Bərdə rayonu, Mollagüllər kəndində Bərdə rayon Aqrar islahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə 0.15 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş etiraz və mülahisələrdə göstərilmişdir ki, İddiaçı onun və oğlu Zahir Mastanov tərəfindən boşaldılaraq çıxarılmasını tələb etdiyi 0.15 ha torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur, onun belə bir tələblə məhkəməyə müraciət etməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən subyektiv hüququ da yoxdur. Çünki həmin torpaq sahəsi onun nə xüsusi mülkiyyətindədir, nə də sair əsaslarla onun istifadəsində deyildir. Mübahisə predmeti olan 0.15 ha torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair JN 228 A KOD 61014038 şəhadətnamə əsasında ona və ailə üzvlərinə (o cümlədən iddiaçının doğma bacısı, onun həyat yoldaşı olan mərhum X2) mülkiyyət hüququ əsasında məxsus olan 0.30 ha torpaq sahəsinin qonşuluğunda yerləşməklə Mollagüllər bələdiyyəsinin mülkiyyətindədir. 1998-ci ildən hazıradək isə onun istifadəsindədir, belə ki, 1998-ci ildə torpaq islahatı keçirilərkən həmin torpaq sahəsi ortalıqda qaldığına və onu heç kimə vermək mümkün olmadığına görə Aqrar islahat Komissiyasının şifahi razılığı ilə bu torpaq sahəsi onun istifadəsinə verilmişdir ki, onu şoranlaşmamağa qoymamaq üçün əkibbecərir. 2000-ci ildə bələdiyyələr yaranandan sonra həmin 0.15 ha torpaq sahəsi Mollagüllər bələdiyyəsinin mülkiyyətinə keçmişdir. Lakin bələdiyyədə bu torpağın onun tərəfindən istifadəsinin davam etdirilməsinə etiraz etməmiş, ondan heç bir icarə-istifadə haqqı tələb etmədən ondan şoranlaşmağa imkan verməmək şərti ilə istifadəsini davam etdirməyə şifahi razılıq vermişlər. Odur ki, 1998-ci ildən etibarən, yəni təzminən 24 ildir ki, bu 0.15 ha torpaq sahəsi onun istifadəsindədir və onun şoranlaşmasına, şoranlanmanın ətraf torpaq sahələrinə, o cümlədən də onun və ailə üzvlərinin 0.30 ha torpaq sahəsinə yayılmaması üçün o, indiyədək minlərlə manat şəxsi pulunu xərcləmişdir, yəni münbitləşdirmə işləri görmüşdür, ətrafına ağaclar əkməklə erroziadan qorunmasını təmin etmişdir. Şor suyun axması üçün drenaj kanalı çəkdirmişdir və s. Məhkəmənin diqqətinə xüsusi olaraq çatdırır ki, İddiaçı doğma qardaşı, onun isə qayını olan X12 bələdiyyəsinin sədri olarkən onun həmin torpaq sahəsindən istifadə etməyinə etiraz etməmiş, əksinə bu torpaq sahəsinin şoranlaşmadan qorunması üçün gördüyü işlərə dəstək vermiş və ondan istifadəsini davam etdirməyə razılığını bildirmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, guya mübahisə predmeti olan 0.15 ha torpaq sahəsi ona Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə həyətyanı torpaq sahəsi kimi verilmiş, hətta həmin torpağa dair ona 261 A KOD 61014038 dövlət aktı da verilmişdir. İddiaçının bu əsaslandırılması tamamilə yalandır, məhkəməni aldatmağa cəhd etməkdir. Çünki Aqrar islahat Komissiyasının həyətyanı torpaq sahəsi vermək səlahiyyəti olmamışdır. İddiaçıya həyətyanı torpaq sahəsi kimi ayrılmı. 0.08 ha torpaq sahəsi tamamilə başqa yerdədir. Rza adlı şəxsin torpaq sahəsinin qonşuluğundadır. İddiaçının maddi ziyan tələb etməsi isə tamamilə əsassızdır, iddiaçı iddia ərizəsində göstərir ki, guya o, həmin torpağı 2019cu ildən zəbt etdiyinə görə orada 2 ildir ki, kələm əkib fayda götürə bilmir. Odur ona 9000 manat ziyan vurmuşdur, halbu ki, yuxarıda qeyd etdiyi kimi həmin 0.15 ha torpaq sahəsi 1998-ci ildən hal-hazıradək onun istifadəsindədir. İddiaçının qaynı olduğu üçün ona məlumdur ki, o, ömür boyu kələm əkməmişdir, kələm şirili ilə badımcan şitili yanaşı qoyulsa, o, bunları bir birindən ayıra bilməz. İddiaçı 0.15 ha torpaq sahəsindən 1 ildə 9000 manat gəlir götürməkdən məhrum olunmasını əsaslandıra heç bir rəsmi sənədi iddia ərizəsinə əlavə egtməmişdir. Yəni Mollagüllər kəndində 0.15 ha torpaq sahəsində iki il ərzində kələm əkilərsə ondan nə qədər gəlir əldə etmək ehtimalının olmasına dair dövlət orqanından hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Mübahisə predmeti olan 0.15 ha torpaq sahəsi iddiaşı İddiaçı 6000 manat pul alaraq qeyri qanuni surətdə Mollagüllər kənd sakinləri Nahid, Rəşad və Ülfət dlı qardaşlara satıb, etiraz etdiyinə görə İddiaçı və oğlu Azər ona az ağır dərəcəli bədən xəasrətləri yertirmələri ilə əlaqədar Bərdə rayon Polis Şöbəsində cinayət işi istintaqı gedir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan JN 228 A KOD 61014038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətanmənin surətindən müəyyən olunur ki, Bərdə rayonu Mollagüllər kəndindən Cavabdeh1, X1, X6 və X14 mülkiyyətində Bərdə rayon Aqrar islahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-1054/2022 saylı qərardadı ilə torpaqşşünaslıq ekspertizası təyin edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 sayulı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada cavabdeh X16 ilə Cavabdeh2 istifadə edir. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli, 106 nömrəli məktubda göstərilmişdir ki, Rayon Dövlət Arxivində 05 saylı fondda mühafizə edilən Bərdə rayon sabiq H.Hacıyev adına kolxozun 1998-ci ilə dair protokol kitabı yoxlanıldı, vərəndaş İddiaçı Abdurrəhman oğluna 30 noyabr 1998-ci ildə 0.15 ha torpaq sahəsi verilməsi barədə məlumata rast gəlinmədi. İş materiaallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli, 106/01 nömrəli məktubda göstərilmişdir ki, Bərdə Rayon Aqrar islahat Komissiyasının sənəd materialları Rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(021)-1054/2022 saylı qərardadı ilə məhkəmə torpaqşünslıq ekspertizası təyin edilmiş və iş materialları ekspertia keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, 10/5907 nömrəli rəydə göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhdaətnamə ilə İddiaçı Abdurrəhman oğlunun mülkiyyətinı verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada Cavabdeh1 və Cavabdeh2 istifadə edir. İş materiallarında olan Bərdə rayon Mollagüllər bələdiyyəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, M/52 saylı məktubundan müəyyən olunur ki, Mollagüllər kənd sakini İddiaçı Abdurrəhman oğlunun Mollagüllər kəndində 0.10 sot məhlə 0.05 sot zəbt olmaqla ümumilikdə 15 sot həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-126/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmün surətindən müəyyən olunur ki, X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilmiş, X17 barəsində təyin edilmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasını iş yeri üzrə üzrə çəkməsi, cəzasının əvvəlinin onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, X17 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Cavabdeh X16 məhkəməyə iş üzrə təyin edilib keçirilmiş məhkəmə tikinti texniki eksertizasının rəyinə etiraz verərək məhkəmə tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilməsinin təmin edilməsi və yeni təqdim edilmiş sübutlar-məhkəmə hökmünün və təhqiqatçının qərarının sübut növü kimi nəzərə alınması barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, X10 iddiaçının 0.15 ha həyətyanı torpaq sahəsini zəbt etməsi və həmin torpaq sahəsindən istifadə etməklə ona 9000 manat maddi ziyan vurmaları sübuta yetirilmişdir. Belə ki, cavabdeh X18 İddiaçı Abdurrəhman oğlunun mülkiyyətində olan Bərdə rayonu, Mollagüllər kəndində yerləşən 0.15 ha torpaq sahəsindən hal-hazırda istifadə etməsini məkhəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı Abdurrəhman oğlunun mülkiyyətində olan Bərdə rayonu, Mollagüllər kəndində yerləşən 0.15 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X15 tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı Abdurrəhman oğlunun iddiası təmin edilməli və iddiaçının mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha torpaq sahəsini qanunsuz zəbt etmiş cavabdehlər Cavabdeh1 və X15 həmin torpaq sahəsindən çıxarılmalı, maddi ziyana görə 9000 manat cavabdehlər Cavabdeh1 və X7 müştərək qaydada tutularaq İddiaçı Abdurrəhman oğluna verilməlidir. Aparılmış ekspertiza tədqiqatının 50 (əlli manat) manat dəyəri cavabdehlər Cavabdeh1 və X7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X4, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma, ziyan tələbinə və dövlət rüsumu hesabına ödənilmiş pul tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X15 İddiaçı Abdurrəhman oğlunun mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha torpaq sahəsindən çıxarılsın və vurulmuş 9000 (doqquz min) manat maddi ziyan tutularaq İddiaçı Abdurrəhman oğluna verilsin. Aparılmış ekspertiza tədqiqatının 50 (əlli manat) manat dəyəri cavabdehlər Cavabdeh1 və X7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X4, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X7 müştərək qaydada tutularaq İddiaçı Abdurrəhman oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1054/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1054/2022
14.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver