Məhkəmə qərarları › İş №2(021)-1058/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1058/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1058/2023 13.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə və üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi ” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinin dövlət notariusu vəzifəsini icra edən X* tərəfindən verilmiş 8-i 26336 saylı 25 noyabr 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 6.*.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Məhkəmə qeyd edir ki, borclu tərəfindən məhkəmə qaydasında icra qeydi aparılmış tələb mübahisələndirilə bilər. MPM-nin *5*.*-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, borclu banka qarşı olan tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında təqdim etməklə düzgün müraciət etməmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *49-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin *52.*.*-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə və üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin *49-*52-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə və üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar