Məhkəmə qərarları › İş №2(021)-1078/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1078/2021

08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1078/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 iştirakı ilə Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydində düzəliş edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 2015-ci il təvəllüdlü övladı X7 doğum akt qeydində düzəliş edilməklə ata adının Rakhib kimi göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,o, X13 ilə 2009-cu il tarixdə qeyri-rəsmi ailə qurub evlənmişdir. Nikahları 06 mart 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən 18 fevral 2010-cu il təvəllüdlü üstəmova Gülnur Rakhib qızı, 01 iyul 2015-ci il təvvəlüdlü X14 doğulmuşdur.Anadan olan zaman övladlarına doğum haqqında şəhadətnamə almışlar. Mələk Rüstəmovanın atasının adı X13 olduğu halda doğum haqqında şəhadətnaməsində ata adını səhvən X15 olaraq qeyd ediblər. Halbuki diger övladının doğum haqqında şəhadətnaməsində düzgün olaraq X9 olaraq qeyd ediblər. 01 iyul 2015-ci il təvəllüdlü övladı X6 doğum haqqında şəhadətnaməsində ata adının düzgün qeyd edilməməsi onlara bir çox problemlər yaradır. O bununla bağlı Maraqlı şəxsnə müraciət edib, orda isə bildirdilər ki, məhkəməyə müraciət etməlidilər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X23 bildirmidir ki, Ərizəçi onun qızıdır. X4 ilə 2009-cu ildə qeyri-rəsmi evlənmişlər, onların birgə nikahlarından 18 fevral 2010-cu il tarixdə X10 və 01 iyul 2015-ci il tarixdə X14 adlı övladları doğulmuş. Mələk Rüstəmovanın atasının adı X13 olduğu halda doğum haqqında şəhadətnaməsində ata adını səhvən X15 olaraq qeyd ediblər. Məhkəmə iclasında şahid qismində izahat verən X24 və X11 şahid qismində izahat verən X16 izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 18 səkkiz fevral 2010-cu il tarixli 269 saylı AZ İİ № 850144 seriyalı doğum haqqında akt qeydindən müəyyən olunur ki, 01 iyul 2015-ci il tarixdə X14 anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 22 iyul 2015-ci il tarixli 37 saylı AZ İİ № 548847 seriyalı doğum haqqında akt qeydindən müəyyən olunur ki, 01 iyul 2015-ci il tarixdə X17 anadan olmuşdur. İş materiallarında olan 01 sentyabr 2016-ci il tarixli, AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən müəyyən olunur ki, xx xxxxxxx 1985-ci ildə X21 doğulmuş və həmin ünvanda yaşayır. İş materiallarında olan 25 noyabr 2020-ci il tarixli 596 saylı Bərdə rayon İcra hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından müəyyən olunur ki, X3 rayonu Şatırlı kənd İnzibati Ərazi dairəsinin Nazırlı kəndində X18,X19 və X22 ilə yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 06 mart 2012-ci il tarixli AZ-İ 748916 saylı nikah haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, X13 və X25 06 mart 2012-ci ildə 06 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26 noyabr 2020-cı il tarixli, AZ İİ- 850144 nömrəli arayışlardan müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 18 fevral 2010-cu ildə X10 və 26 noyabr 2020-ci il tarixli, AZ İİİ 548847 nömrəli arayışlardan müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 01 iyul 2015-cı ildə X17 adlı uşaqları anadan olmuşdur. 18 fevral 2010-cu il təvəllüdlü X5 və 01 iyul 2015-cı il təvəllüdlü X6 atası X8r. İş materiallarına əlavə edilmiş Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 80780510 saylı bildirişdən görünür ki, Rüstəmov Rakhib ********* nömrəli sərhədkeçmə sənədi ilə 05 mart 2020-ci l tarixdə müraciət etmiş və o, Bərdə rayonu Güloğlular əriza dairəsi Qaradağlı kəndində 29 may 2020-ci il tarixədək qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 01 iyul 2015-ci il təvəllüdlü X1 Rakhib Rüstəm oğlu ilə Ərizəçi birgə nikahlarından doğulsa da uşağın doğum akt qeydində ata qrafasında atası kimi Rüstəmov Raxhib Rüstəm, ana qrafasında anası kimi Ərizəçi, uşaq özü isə X2 göstərilmişdir. 01 iyul 2015-ci il təvəllüdlü X6 valideyinlərinin X13 və Ərizəçi Vahid qızı olması məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və iş materialları ilə öz təsdiqini tapmışdır. Ona görə də Rüstəmova Mələk Raxhib qızının doğum akt qeydində düzəliş edilərək “ata” qrafasında atası kimi X13, “ana” qrafasında anası kimi X21, özü isə X14 qeyd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi Ərizəçi X6 doğum akt qeydinə düzəliş edilməsi barədə ərizəsi təmin edilsin. Maraqlı şəxs 269 nömrəli 06 mart 2012-ci il tarixli doğum akt qeydi kitabında düzəliş edilərək X6 valideyinləri qrafasında “atası X15, anası Ərizəçi” sözləri “atası X13, anası Ərizəçi” sözləri kimi qeyd edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar