Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1079/2023 08.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi Hüseyniqulu oğlunun, Maraqlı şəxs4 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 qızına, Maraqlı şəxs3 oğluna, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində miras qalmış Bərdə şəhər X11 küçəsi 4/1 ünvanında yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayaış evinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsiə və miras əmlakın miras kimi onun qəbul etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhər sakinidir, atası X6, anası X7r, onlar 6 uşaq olublar. X8 24 iyun 1985-ci il tarixdə, anası Kubra Ağayeva isə 31 may 2021ci il tarixdə, bacısı X2 24 oktyabr 1994-cü il tarixdə, bacısı X3 isə 01 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etməmişdən öncə onun xüsusi mülkiyyətində Bərdə şəhəri X11 küçəsi 4/1 ünvanında fərdi yaşayış evi olmuşdur. Bərdə şəhəri X11 küçəsi 4/1 ünvanında fərdi yaşayış evinə 08 dekabr 2017-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış seriya RX ******* saylı Çıxarış da verilmişdir. Fərdi yaşayış evində anası vəfat etməmişdən öncədə anası vəfat etdikdən sonra o, ailə üzvüləri ilə birlikddə orada yaşamışdır. Hal-hazırda o, Bərdə şəhəri X11 küçəsi 4/1 ünvanında fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirib öz adına sənəd almaq istəyir. Maraqlı şəxs kimi qeyd etdiyi bacılarının fərdi yaşayış evini rəsmi olaraq onun adına sənədləşdirməyə razıdır. Lakin qeyd etdiyi vəfat etmiş bacısı X1 övladları orada yaşamadıqları halda evin onun adına keçməsinə etiraz edirlər. X1 övladları onunla birlikdə heç bir zman o, evdə yaşamadıqları halda imtina edirlər. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs4 ərizəyə etiraz edərək, ərizənin əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 qızına, Maraqlı şəxs3 oğluna və Maraqlı şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş məhkəmə iclasında araşdırılarkən müəyyən olunmuşdur ki, maraqlı şəxslər ərizəçinin tələb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəyə baxılarkən həmin hüquq haqqında mübahisə yaratmış, qeyd edilən səbəbdən ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə maraqlı şəxsə qarşı ümumi qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 qızına, Maraqlı şəxs3 oğluna, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1079/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1079/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver