Məhkəmə qərarları › İş №2(021)-108/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-108/2021

01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-108/2021 01.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Əli qızının iştirakı ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Əli qızı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 10 may 2018-ci il tarixdə Bərdə rayon Şirvanlı kəndində anadan olmuş X2 və 11 sentyabr 2019-cu il tarixdə Bərdə rayon Şirvanlı kəndində anadan olmuş X3 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Əli qızı ərizəsini onunla əsaslandırmışdır ki, X13 oğlu ilə 2017-ci ildə qeyrirəsmi olaraq ailə qurmuşlar. Nikahlarıın 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki övladları- 10 may 2018-ci il təvəllüdlü X7 və 11 sentyabr 2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Lakin övladlarına bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi qızı dəqiqləşdirilmə barədə ərizə təqdim edərək, 10 may 2018-ci il tarixdə Bərdə rayon Şirvanlı kəndində anadan olmuş X2 və 11 sentyabr 2019-cu il tarixdə Bərdə rayon Şirvanlı kəndində anadan olmuş X3 doğum faktının müəyyən edilməsinin, doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı X13 oğlu, ana qrafasında ana adının Ərizəçi Əli qızı kimi yazılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi Əli qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № 13442113 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Əli qızı 30.08.1995-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Qubadlı rayon Aşağı Mollu kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 332 saylı arayışdan görünür ki, Ərizəçi Əli qızı Bərdə rayon Şirvanlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 oğlu 10.05.1995-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ № 343629 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X13 oğlu ilə Ərizəçi Əli qızı 10.06.2019-cu il tarixdə Bərdə Regional “ASAN Xidmət” X4 685 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 162-05\15 saylı 08.02.2020-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi Əli qızı övladlarının doğumunun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş X13 oğlu ərizəsində göstərmişdir ki, o, Ərizəçi Əli qızı ilə 2017-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Nikahlarıın 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki övladları- 10 may 2018-ci il təvəllüdlü X7 və 11 sentyabr 2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Lakin övladlarına bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda Ərizəçi Əli qızı ilə birgə yaşayırlar. Hər iki uşağın atası özüdür. Məhkəmə iclasında iştirak edən X13 oğlu bildirdi ki, Ərizəçi qızı onun arvadıdır. Hər iki uşaq onun övladlarıdır. Uşaqlar ev şəraitində anadan olmuşdur. O, həmçinin bu barədə əizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, Ərizəçi Əli qızı onun gəlinidir. Ərizəçi hər iki uşağı ev şəraitində dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Ərizəçi Əli qızı ilə X13 oğlu 2017-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Nikahlarını 2019-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 may 2018-ci il təvəllüdlü Nübar və 11 sentyabr 2019-cu il təvəllüdlü Nuray adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X7 10 may 2018-ci il tarixdə, X8 11 sentyabr 2019-cu il tarixdə Bərdə rayonu Şirvanlı kəndində anadan olmuşlar. X10 Nəsimi oğlu, anaları Ərizəçi Əli qızıdır. X2 doğum tarixinin “10 may 2018-ci il, doğum yerinin Bərdə rayon Şirvanlı kəndi və X3 doğum tarixinin “11 sentyabr 2019-cu il, doğum yerinin Bərdə rayon Şirvanlı kəndi olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı X13 oğlu, ana adı Ərizəçi Əli qızı kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi Əli qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 10 may 2018-ci ildə Bərdə rayon Şirvanlı kəndində anadan olması, atası X13 oğlu və anası Ərizəçi Əli qızı olması faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnaməsində ata qarafasında ata adı X13 oğlu , ana qrafasında ana adı Ərizəçi Əli qızı kimi qeyd olunsun. X3 11 sentyabr 2019-cu ildə Bərdə rayon Şirvanlı kəndində anadan olması, atası X13 oğlu və anası Ərizəçi olması faktı müəyyən edilsin. X3 doğum haqqında şəhadətnaməsində ata qarafasında ata adı X13 oğlu , ana qrafasında ana adı Ərizəçi Əli qızı kimi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi Əli qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar