Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1092/2022 21.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X42, Cavabdeh3, Cavabdeh4, X23, X12 qarşı mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq miras əmlak kimi qəbul etdiyi X5 miras qalmış ümumi birgə mülkiyyətdə olan Bərdə rayonu, Mollalı kəndi ərazisində yerləşən 5,51 ha torpaq sahəsinin Maya Yusibova tərəfindən qəbul edilmiş hissəsinin və bütün əmlakını ona vəsiyyət etdiyindən X6 ümumi birgə mülkiyyətində olan əmlaklarının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, regionlarda torpaq islahatı aparılarkən Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə, X34 və onun ailə üzvüləri X13, Cavabdeh2n, Cavabdeh1, X14, X7, X20 və İddiaçı Bərdə rayonu, Mollalı kəndi ərazisində 5.51 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmiş və JN 293, KOD 61016018 saylı torpağa mülkiyyət hüququuna dair “Dövlət Aktı” ilə rəsmiləşdirilmişdir. X35 02 iyul 2001-ci il tarixdə, X24 isə 02 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Bərdə rayonu, Mollalı kəndində yaşamış X25 vəfat edənə kimi əri X15 pay torpağından istifadə etmişdir. X25 harada yerləşməsindən və nədən ibarət olmasına baxmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin vəsiyyət əsasında da Bərdə Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarxli, 2(021)-2618/2020 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2, X26, X8, X9, Cavabdeh4 cavabdeh İddiaçı qarşı miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddiasının təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH 003321 saylı çıxarışa əsasən X6 mülkiyyətində olmuş, Bərdə rayonu, Mollalı kəndində 0.30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 911 kv.m yaşayış, 37.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 8/14 hissəsinə Cavabdeh2, 1/14 hissəsinə X36, 1/14 hissəsinə X8, 1/14 hissəsinə X3,1/4 hissəsinə Cavabdeh4 vərəsəlik hüquuqları tanınması qət edilmişdir. Azərbycan Respublikası Əmlak X33 yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 08 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış” dan göründüyü kimi Bərdə rayon Mollalı kəndində yerləşən 0.30 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin 1/14 hissəsi Cavabdeh1, 1/14 hissəsi Cavabdeh2, 1/14 hissəsi Cavabdeh3, 1/14 hissəsi Cavabdeh4, 1/14 hissəsi Cavabdeh5, 1/14 hissəsi Cavabdeh6, 8/14 hissəsi isə İddiaçı oğluna məxsusdur. Sözügedən fərdi yaşayış evinə Azərbycan Respublikası Əmlak X33 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 04 fevral 2021-ci il trixli, **********05-10301 reyestr nömrəli texniki pasportda verilmişdir. Sözügedən torpaq sahəsinin onun payına düşən hissəsindən təxminən 4-5 ay bundan əvvələdək o, istifadə etmişdir. Ancaq cavabdehlərdən Asəf Yusifov artıq torpaqdan istifadə etməyinə imkan vermir. X5 miras qalmış ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Mollalı kəndi ərazisində yerləşən 5.51 ha torpaq sahəsinin Maya Yusibva tərəfindən qəbul edilmiş hissəsinin və bütün əmlakını ona vəsiyyət etdiyindən X6 ümumi birgə mülkiyyətində olan əmlakının tərəfindən qəbul edilməsi faktının müəyyən edilməklə həmin əmlaklar üzərində payları müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X27 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X28, Cavabdeh3, Cavabdeh4, X16 və X12 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, X42, Cavabdeh3, Cavabdeh4, X23 və X9 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1996-cı ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 244 nömrəli, 20 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Mollalı kəndində yaşamış X25 vəfat edənə kimi əri X15 pay torpağından istifadə etmişdir. Mülki işə əlavə edilmiş Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, X37 mülkiyyətinə Bərdə rayonu, Mollalı kəndində 138.10 kv.m yaşayış məntəqələri və 0.30 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Bərdə Rayyon Məhkəməsinin 2(021)-2616/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1, Cavabdeh2, X26, X8, X9 və Cavabdeh4 cavabdeh İddiaçı qarşı miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddiasının təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH 000321 saylı çıxarışa əsasən X6 mülkiyyətində olmuş, Bərdə rayonu Mollalı kəndində 0,30 ha torpaq sahəsndə yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91, 1 kv.m yaşayış, 37.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə Cavabdeh2, 1/14 hissəsinə X26, 1/14 hissəsinə Cavabdeh5ın, 1/14 hissəsinə X9 və 1/14 hissəsinə Cavabdeh4 vərəsəlik hüquqlarının tanınması qət edimişdir. Mülki iş əlavə edilmiş 23 dekabr 2020-ci il tarixli, AZ-İİ 094320 nömrəli arayışdan müəyyən olunur ki, X25 02 iyul 2020-ci ildə ölmüşdür. Mülki işə əlavə edilmiş 23 dekabr 2020-ci il tarixli, AZ-İ 093409 nömrəli arayışdan müəyyən olunur ki, X35 02 iyul 2001-ci ildə ölmüşdür. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəiyi tərəfindən verilmiş 373 nömrəli, 02 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş X64 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş notariat işinə əlavə edilmiş ərizənin surətindən müəyyən olunur ki, X1 Qubuş Hüseyn oğlunun vəfatından sonra vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. Mülki işə əlavə edilmiş X64 Xidmət Mərkəzində Notariat Ofisi tərəfində verilmiş notariat işinə əlavə edilmiş arayışın surətindən müəyyən olunur ki, X35 vəfat edənə kimi Bərdə rayonu Mollalı kəndində qeydiyyatdadır, vəfatından sonra onunla rəsmi nikahda olub, birgə yaşayan ailə üzvü X24 qalmışdır, X2 Qubuş Hüseyn oğlunun varisidir. Mülki işə əlavə edilmiş X64 Xidmət Mərkəzində Notariat Ofisi tərəfində verilmiş notariat işinə əlavə edilmiş ölüm haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, X35 02 iyul 2001-ci ildə ölmüşdür. Mülki işə əlavə edilmiş X64 Xidmət Mərkəzində Notariat Ofisi tərəfində verilmiş notariat işinə əlavə edilmiş çıxarışın surətindən müəyyən olunur ki, X29 və X38 27 yanvar 1959-cu ildə 06 nömrəli nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Yusibova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 vərəsəsi Bərdə rayonu Mollalı kəndində yaşayan X18r. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəiyi tərəfindən verilmiş 177 nömrəli, 23 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X35 vəfat edənə kimi Bərdə rayonunun Mollalı kəndində yaşayıb, vəfatından sonra ailə üzvləri qızı X30, oğlu Cavabdeh4, oğlu X43, Cavabdeh2, X44 və X19r. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəiyi tərəfindən verilmiş 178 nömrəli, 23 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X39 vəfat edənə kimi Bərdə rayonunun Mollalı kəndində yaşayıb, vəfatından sonra ailə üzvləri qızı X30, oğulları Cavabdeh4, X43, Cavabdeh2, X47 və İddiaçıdur. Mülki işə əlavə edilmiş JN 293 KOD 61016018 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən X21, X13, Cavabdeh2, X40, X14, X7, X20 və İddiaçı Qubuş oğluna Bərdə rayonu Mollalı kəndində 5.51 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 2V-35 nömrəli notariat işinin surətindən müəyyən oluunuur ki, X10 vəsiyyətnamə üzrə vərəsəsi X41r. Məhkəmə iddia ərizəsinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məhkəmə göstərilən maddələrin tələblərinə əsasən hesab edir ki, X25 öldüyündən və sonuncunun ölümündən sonra 7 nəfər vərəsəsi qaldığından, həmçinin 7E-9-5411 reyestr ömrəli 13 aprel 2007-ci il tarixli vəsiyyətnaməyə əsasən harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən Bərdə rayonu Mollalı kəndində yerləşən JN 293, KOD 61016018 saylı torpaqa mülkiyyət hüququna dair Dövlət aktına əsasən əsasında 5,51 ha torpaq sahəsinin X13 məxsus payının vəsiyyətnamə və məcburi paya olan hüquqları nəzərə alınmaqla 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə X22, 1/14 hissəsinə Cavabdeh3, 1/14 hissəsinə Cavabdeh4, X8 və 1/14 hissəsinə X9 vərəsəlik hüquqları tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X42, Cavabdeh3, Cavabdeh4, X23, X12 qarşı mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. Bərdə rayonu Mollalı kəndində yerləşən JN 293, KOD 61016018 saylı torpaqa mülkiyyət hüququna dair Dövlət aktına əsasən əsasında 5,51 ha torpaq sahəsinin X13 məxsus payının 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə X22, 1/14 hissəsinə Cavabdeh3, 1/14 hissəsinə Cavabdeh4, X8 və 1/14 hissəsinə X9 vərəsəlik hüquqları tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1092/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1092/2022
21.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver