Məhkəmə qərarları › İş №2(021)-1097/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1097/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1097/2021 05.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi Ərizəçi oğlunun, Maraqlı şəxslər Maraqlı şəxs1 qızının, Maraqlı şəxs2, Məmməova Qətibə İsabalı qızının, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 İsabalı qızının iştirakları ilə, Ərizəçi Ərizəçi oğlunun maraqlı şəxslər Maraqlı şəxs1 qızına, Maraqlı şəxs2, Məmməova Qətibə İsabalı qızına, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 Maraqlı şəxs7 İsabalı qızına və Bərdə Regional “ASAN Xidmət Mərkəzinin Notariat Xidmətinə qarşı “mirsın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi Ərizəçi oğlunun maraqlı şəxslər Maraqlı şəxs1 qızına, Maraqlı şəxs2, Məmməova Qətibə İsabalı qızına, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 Maraqlı şəxs7 İsabalı qızına və Bərdə Regional “ASAN Xidmət Mərkəzinin Notariat Xidmətinə qarşı ərizəsi ilə müraciət edərək, X21 Məmməd oğlundan miras qalmış T-40 markalı traktorun miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə Bərdə rayon Yenidaşkənd kəndində anadan olmuşdur. Həmişə vaideynlərinə məxsus evdə birgə yaşamışlar və birgə təsərrüfatı idarə etmişlər. Digər bacı-qardaşları ailə qurduqdan sonra ayrı təsərüffatda müxtəlif yerlərdə yaşayırlar. X21 Məmməd oğlu Aqrar İslahatdan əvvəl “Yeni Həyat” kolxozunda traktorçu işləmiş və T-40 markali traktoru idarə etmişdir. Aqrar İslahatı başlayandan sonra Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən 31.05.2000-ci ildə Akt tərtib olunaraq həmin T-40 markalı traktor əmlak payı kimi X21 Məmməd oğluna vermişdir. Atası 20.07.200-cu ildə vəfat etmişdir. Atası vəfat edəndən sonra o, anası Məmmədova Tükəzban Qulu qızı ilə birgə yaşayaraq evə , həyətyanı sahəyə və traktora özü baxmış, idarə etmiş və istifadə emişdir. Anası 03.03.2020-ci il tarixdə vəfat edəndən sonra valideynlərindən miras qalan əmlakı yalnız özü idarə etmişdir. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi oğlu ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 qızı ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında maraqlı şəxs Məmməova Qətibə İsabalı qızı ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs4 ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs5 ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs6 ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs7 İsabalı qızı ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Bərdə Regional “ASAN Xidmət Mərkəzinin Notariat Xidməti məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №- 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Yeni Daşkənd kəndində anadan olmuşdur. Bərdə rayon Yeni Daşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş M V №-000698 vəsiqədən görünür ki, Ərizəçi müharibə veteranıdir. İş materiallarına əlavə olunmuş AZ-T №-138104 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. X3, anası X10r. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 476 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Yeni Daşkənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.12.2020-ci il tarixli Çıxarışdan görünür ki, X14 ilə X15 02.08.1962-ci il tarixdə 31 saylı akt qeydi ilə nikah bağlamışdır. Nikah bağlandıqdan sonra arvada Mamedova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ №- 354607 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Məmmədov İsabalı Məmməd oğlu 20.07.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ №- 120191 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 03.09.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair JN-489A KOD 61000038 saylı Şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahaT Komissiyasının 04.02.1997-ci il tarixli 205 saylı qərarı ilə Bərdə rayon Yeni Daşkənd kənd sakinləri Məmmədov İsabalı Məmməd oğlunun, X7, Ərizəçi və Maraqlı şəxs1 mülkiyyətinə 0.57 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair JN-200 KOD 61000038 saylı Şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahaT Komissiyasının 20.11.1997-ci il tarixli 18 saylı qərarı ilə Bərdə rayon Yeni Daşkənd kənd sakinləri Məmmədov İsabalı Məmməd oğlunun, X7, Ərizəçi və Maraqlı şəxs1 mülkiyyətinə 0.71 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş “Yeni Həyat” X26 Komissiyası tərəfindən tərtib olunmuş 31.05.2020-ci il tarixli Aktdan görünür ki, 1990-cı il istehsalı olan T-40 traktoru islahat komissiyasının iştirakı ilə 1500.450 manat dəyərində qiymətləndirilib Məmmədov İsabalı Məmməd oğluna verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər bacı-qardaşdır. T-40 markali traktor Aqrar İslahat Komissiyası tərəfindən 31.05.2000-ci ildə Akt tərtib olunaraq əmlak payı kimi ərizəçinin X21 Məmməd oğluna verilmişdir. Lakin həmin traktor Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Prezidentinin "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmaninın 1.2-ci bəndinə əsasən Reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Həmin fərmanın 2.3-cü bəndinə əsasən daşınar əmlak üzərində hüquqların qeydiyyatı həmin əmlakın mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən verilmiş ərizə əsasında aparılır. Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarına 2 nömrəli əlavədə daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların sıyahısında traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində qeydə alınması zəruri olduğu göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən T-40 markali traktorun daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınmadığından iddia tələbi əsasızdır və təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Ərizəçi oğlunun maraqlı şəxslər Maraqlı şəxs1 qızına, Maraqlı şəxs2, Məmməova Qətibə İsabalı qızına, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 Maraqlı şəxs7 İsabalı qızına və Bərdə Regional “ASAN Xidmət Mərkəzinin Notariat Xidmətinə qarşı “mirsın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar