Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1107/2024 04.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs olmaqla “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxxx 1963-cü il tarixdə Bərdə şəhərində anadan olması, atasının X10, anasının X5 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1963-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X2, anası isə X1r. Atası xx.xx.2000-ci il tarixdə, anası isə 25 noyabr 2011-ci il tarixdə vəfat etmişdir. Anadan olarkən valideynləri ona Maraqlı şəxsndən doğum haqqında şəhadətnamə almışlar. Həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmişdir. Lakin evlərində baş vermiş yanğın nəticəsində doğum haqqında şəadətnaməsini itirmiş və heç bir zaman şəxsiyyət vəsiqəsi almamışdır. Hazırda bir çox sənədlərin hazırlanmasında ondan şəxsiyyət vəsiqəsini tələb edirlər. Lakin şəxsiyyət vəsiqəsi olmadığından sənədlərin hazırlanmasında çətinliklər yaranır. Bu isə ona bir sıra probemlər yaradır. Şəxsiyyət vəsiqəsi almaq üçün Bərdə regional “ASAN xidmət” mərkəzinə müraciət etdikdə isə ondan doğum haqqında şəhadətnaməsini istəyirlər. Hazırda ona şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə lazımdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, orda isə ona bildirmişlər ki, doğum akt qeydi ilə əlaqədar Qeydiyyat Şöbəsində məlumat olmasına baxmayaraq şəxsiyyət vəsiqəsi olmadığından verə bilmədiklərini və bunun üçündə məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7 göstərdi ki, Ərizəçi bibisi oğludur. Onlar ailədə altı uşaq olmuşlar. Ərizəçinin X2, anası isə X1r. Ərizəçi 1963-cü il tarixdə doğulmuşdur və Bərdə şəhəri M.Cabbarov küşəsində yaşayır. Məhkəmə iclasında şahid qismində izahat verən X6 göstərdi ki, Ərizəçi qardaşıdır. Ailədə altı uşaq olmuş, onlardan üçü ölmüşdür. Atalarının adı X10, analarının adı isə X1r. Qardaşı Ərizəçi 1963-cü doğulmuşdur, Bərdə şəhəri M.Cabbarov küçəsində yaşayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxxx 1963-cü ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X10, “ana” qrafasında anası kimi X3 qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.2000-ci ildə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2011-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 25 yanvar 2024-cü il tarixli ******* nömrəli qərardan görünür ki, xx xxxxxxx 1963-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. Maraqlı şəxs tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubdan görünür ki, Ərizəçi özünə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, şəxsiyyətini təsdiq edən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 05 fevral 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçinin qardaşı X6 ərizəçinin məhkəməyə ərizə verməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Ərizəçi xx xxxxxxx 1963-cü ildə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli arayışdan da görünür ki, Ərizəçi xx xxxxxxx 1963-cü ildə anadan olmuş, “ata” qrafasında atası kimi X10, “ana” qrafasında anası kimi X3 qeyd edilmişdir. Lakin ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd olmadığından sonuncuya doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 25 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə xx xxxxxxx 1963-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi xx xxxxxxx 1963-cü ildə Bərdə şəhərində anadan olması, onun atasının X10, anasının isə X3 olması faktı ərizəçinin, habelə şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə tamamilə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxx 1963-cü ildə Bərdə şəhərində doğulması, atasının X10, anasının X3 olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə özünə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilisin. Ərizəçi xx xxxxxxx 1963-cü ildə Bərdə şəhərində doğulması, atasının X10, anasının X3 olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1107/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1107/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver