Məhkəmə qərarları › İş №2(021)-111/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-111/2021

19.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-111/2021 19.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı , Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynal oğlunun iştiraklar ilə, İddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh Zeynal oğluna qarşı “yolun açılması, yoldan istifadəyə qadağan qoyulması və maddi ziyan” tələbinə dair ilk, cavabdeh , qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Zeynal oğlunun iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə gediş-gəliş yolun bağlanmasının cavabdehə qadağan edilməsi və həmin yolun açılması” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zeynal oğlu tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılmasına, onun torpaq sahəsindən qanunsuz yol kimim istifadə etməyinə qadağan qoyulmasına, onun torpaq sahəsindən qanunsuz yol kimi istifadə etdiyi sahədə əkilmiş məhsulların məhv olduğuna görə isə 2000 manat ziyanın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Bərdə rayon Mirzalıbəyli kəndi ərazisində 2.798 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən zəbt olunmuşdur. Bundan başqa cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən yol edərək qanunsuz olaraq orada əkilmiş bitkiləri məhv edərək ona ziyan vurur. O, həmin torpaq sahəsində arpa əkmişdir. Buna baxmayaraq cavabdeh əkilmiş arpa sahəsinin içərisindən istifadə etməklə ona ziyan vurur. O, cavabdehə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, buna məhəl qoymamışdır. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynal oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş mülkiyyətində olan torpaq sahəsinə gedən təsərrüfatlararası yolun bağlanmasına yönələn hərəkətlərə qadağa qoyulması və həmin yolun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynal oğlu qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılmasına, onun torpaq sahəsindən qanunsuz yol kimim istifadə etməyinə qadağan qoyulmasına, onun torpaq sahəsindən qanunsuz yol kimi istifadə etdiyi sahədə əkilmiş məhsulların məhv olduğuna görə isə 2000 manat ziyanın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərzi İdarəsi tərəfindən 21.05.2013-cü il tarixlidə verilmiş Seriya RX, ******* saylı çıxarışdan görünüdüyü kimi onun müliyyətində Bərəd rayon Mirzalıbəyli kəndi ərazisində kənd təsərrüfat təyinatlı 6.23 ha torpaq sahəsi vardır. həmin torpaq sahəsində əkinçiliklə məşğul olaraq ailəsini dolnadırır. Ancaq son vaxtlar cavabdeh İddiaçı onun torpaq sahəsini gediş-gəliş yolu kimi istifadə etdiyi, təsərrüfatlar arası yolu traktorla şumlayaraq oranı zəbt etmiş və onun öz torpaq sahəsindən istifadə etməsinə imkan verməmişdir. O, cavabdehə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, buna məhəl qoymamışdır. O, heç vaxt cavabdehin torpaq sahəsindən yol kimi istifadə etməmişdir. Bütün bunları nəzərə alaraq qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbini rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynal oğlu iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, qarşılıqlı iddianın təmin edilməsini, ilk iddia tələbini rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 16182306 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20.04.1995-ci il tarixdə Tərtər rayon Umudlu kəndində anadan olmuşdur. Tərtər rayon Umudlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA №338037 saylı X3 surətindən görünür ki, İddiaçı Ağdərə rayonundan məcburi köçkün kimi müvəqqəti olaraq Bərdə rayonunda məskunlaşmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bərdə rayonu bölməsi tərəfindən verilmiş 494 saylı 24.02.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Tərtər rayon Umudlu kəndindən məcburi köçkündür, hazırda Bərdə rayon Əyricə yolu kənarında müvəqqəti məskunlaşmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, Seriya RX № ******* saylı Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 2.798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 111441 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Mirzalibəyli kəndində yerləşən 2.4798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti İddiaçıdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatİ tərəfindən verilmiş 3/323 saylı 03.03.2020-ci il tarixli Arayışda qeyd olunur ki, Bərdə rayon Mirzalıbəyli kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl olunarsa 2.8 ha torpaq sahəsindən hər hektardan 40-45 sentner arpa götürülə bilər. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli, Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, Bərdə rayon Qaraməmmədli kəndində yerləşən 6.2387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş AA № 018658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Qaraməmmədli kəndində yerləşən torpaq sahəsinin hüquq subyekti Cavabdehdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli, Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 0.3382 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş AA № 018659 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən torpaq sahəsinin hüquq subyekti Cavabdehdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 498 nömrəli 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********89 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüuquq və hüquqları qeydiyyata alınmış 2.798 ha torpaq sahəsi AN111441 NÖMRƏLİ Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları və Hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrində **********34 reyestr nömrəsi ilə Cavabdeh Zeynal oğlunun xüsusi mülkiyyət hüququ və hüquqları qeydiyyata alınmış 6.2387 ha torpaq sahəsi AN 111441 nömrəli Torpaq sahəsininplanı və ölçü sənədindəki koordinatları, hər ikisinin faktiki istifadəetdikləri torpaq sahələrinin koordinatları ilə tutuşduruldu. Məlum oldu ki, onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları, həndəsi ölçüləri və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Bu səbəbdən mütəxəssi qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası “X1”nin 03.02.2021-ciil tarixli 40 saylı Ekspert Rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.m hissəsi hüquqmüəyyənedici sənədlərə görə ərazisinin ümumi xəritəsində (planda) tutulan gediş-gəliş yolunun konturuna əsasən Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi daxilindədir. RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alnmış Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən 6.237 ha kənd təsərrüfat təyinatlı torapaq sahəsi hüququmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsi üzrə naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatına əsasən İddiaçı tərəfindən gediş-gəliş yolu kimi istifadə olunmur. Belə ki, sözügedən plan üzrə nəzərdə tutulan yol sahəsinin 1084 kv.m hissəsi cavabdehin faktiki olaraq istifadəsində olduğundan həmin ərazi gediş-gəliş yolu kimi istifadə olunmur. Bu sahə plan-sxemdə göstərildiyi kimi şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqanətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu ərazisi cavabdhin faktiki istifaəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirildi. Mübahisəli torpaq sahələrinin ölçüləri Google Mapper, SAS.Planet, Autocad və ArcMap proqramları vasitəsinin tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin yerli baxış protokolundan görünür ki, tərəflərin torpaq sahələr qonşuluqda yerləşir. Onların qonşuluq sərhəddində yol və Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsindən su arxı keçir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynal oğlu tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflərin Bərdə rayonu Mirzalıbəyli kənd ərazisində yerləşən torpaq sahələri qonşuluqda yerləşir. Həmin ərazidə aparılmış torpaq islahatına islahatına dair kompleks yerquruluşu ləhiyəsində nəzərdə tutulmuş yol var. İddiaçı R. Balakişiyev iddia edir ki, ona məxsux olan torpaq sahəsində yolu o yox, Cavabdeh zəbt etmiş, öz növbəsində isə Cavabdeh isə idda edir ki, yolu o yox R. Balakişiyev zəbt etmişdir. Bu hal hər iki mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, hər iki iddia tələbləri qarşılıqlı surətdə bir-biri ilə əlaqəlidir. Məhkəmə iddia tələblərinə qiymət veriəsi üçün mütəxəsis və ekspert rəylərini əsas götürəyi zəruri bilir. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********89 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüuquq və hüquqları qeydiyyata alınmış 2.798 ha torpaq sahəsi AN111441 NÖMRƏLİ Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları və Hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrində **********34 reyestr nömrəsi ilə Cavabdeh Zeynal oğlunun xüsusi mülkiyyət hüququ və hüquqları qeydiyyata alınmış 6.2387 ha torpaq sahəsi AN 111441 nömrəli Torpaq sahəsininplanı və ölçü sənədindəki koordinatları, hər ikisinin faktiki istifadəetdikləri torpaq sahələrinin koordinatları ilə tutuşduruldu. Məlum oldu ki, onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları, həndəsi ölçüləri və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Bu səbəbdən mütəxəssi qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Həmin ziddiyətin aradan qaldırılması üçün məhkəmə ekspert rəyinə istina etməyi zəruri bilir və həmin rəydə qeyd olunur ki, Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 1084 kv.m hissəsi hüquqmüəyyənedici sənədlərə görə ərazisinin ümumi xəritəsində (planda) tutulan gediş-gəliş yolunun konturuna əsasən Cavabdeh faktiki isifadə etdiyi torpaq sahəsi daxilindədir. RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alnmış Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən 6.237 ha kənd təsərrüfat təyinatlı torapaq sahəsi hüququmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsi üzrə naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatına əsasən İddiaçı tərəfindən gediş-gəliş yolu kimi istifadə olunmur. Belə ki, sözügedən plan üzrə nəzərdə tutulan yol sahəsinin 1084 kv.m hissəsi cavabdehin faktiki olaraq istifadəsində olduğundan həmin ərazi gediş-gəliş yolu kimi istifadə olunmur. Bu sahə plan-sxemdə göstərildiyi kimi şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqanətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu ərazisi cavabdhin faktiki istifaəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirildi. Mübahisəli torpaq sahələrinin ölçüləri Google Mapper, SAS.Planet, Autocad və ArcMap proqramları vasitəsinin tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. Məhkəmə ilk iddia tələbinin ziyan tələbi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin ouna bilməz. Belə ki, İddiaçı ona dəymiş ziyanı sübut edən dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin ilk iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd edir ki, ilk iddia tələbinin bu hissədə təmin olunması iddiaçı, qarşılıqlı iddia ürə cavabdehin əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Məhkəmə öz qətnaməsini əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri bilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 2- ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia tələbi qismən , qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mütəxəssis rəyi 298,38 manat Cavabdeh Zeynal oğlundan tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin hesabına ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 300 manat Cavabdeh Zeynal oğlundan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216 - 220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh Zeynal oğluna qarşı “yolun açılması, yoldan istifadəyə qadağan qoyulması və maddi ziyan” tələbinə dair ilk iddia qismən təmin edilsin. Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun şimal hissədə qərbdən-şərqə 12.4 metr olmaqla buradan 187.9 metr cənub istiqanətindən paralel olaraq qərbdən şərqə 2 metr olmaqla gediş-gəliş yolu cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Zeynal oğlu tərəfindən açılsın. Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Zeynal oğluna Rx seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyata alınmış Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 2.798 ha torpaq sahəsinədə nəzərdə tutulmamış yoldan istifadəsinə qadağan qoyulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh , qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Zeynal oğlunun iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə gediş-gəliş yolun bağlanmasının cavabdehə qadağan edilməsi və həmin yolun açılması” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdeh , qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Zeynal oğluna aid edilsin. Mütəxəssis rəyi 298,38 manat Cavabdeh Zeynal oğlundan tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 300 manat Cavabdeh Zeynal oğlundan tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar