Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-111/2022 19.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2014-cü il 21 oktyabr tarixli kredit müqaviləsi üzrə 5365,72 manat əsas, 4050,26 manat faiz, 878,7 manat cərimə və kredit müqaviləsi üzrə 21.10.2017-ci il tarixdən 22.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 878,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11629,48 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 Kamal oğluna, Cavabdeh3 məxsus olan Bərdə rayonu, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,09 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 məxsus olan Bərdə rayonu, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Bərdə rayonu, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2014-cü il 21 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 25%-lə 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 mülkiyyətindəki Bərdə rayonu, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsi 2014-cü il 15 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 21 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 22-dək Cavabdeh1 2014-cü il 21 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 5365,72 manat əsas, 4050,26 manat faiz, 1334,8 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10750,78 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 22 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 5365,72 manat əsas, 4050,26 manat faiz, 878,7 manat cərimə və kredit müqaviləsi üzrə 21.10.2017-ci il tarixdən 22.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 878,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11629,48 manat borcu vardır. 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödıənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan qoyulduğu öhdəlikləri yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyini icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bərdə Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6759 saylı 21.10.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2014-cü il tarixli 12-G-2-0-1271-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 21 oktyabr 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas və faiz borcu ümumilikdə 7475,55 manat məbləğində müəyyən olunur. O cümlədən: 21 oktyabr 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 5509,08 manat, faiz borcu 1966,47 manatdır. -İş materiallarında 21 oktyabr 2014-cü il tarixli, 12-G-2-0-1271-14 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. Bərdə Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə rayonunun Səttərxan küçəsi ev 42-də 0,09 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin 02.09.2021-ci il tarixdə likvind qiyməti 18000 (on səkkiz min) manat dəyərindədir. Məhkəmə iclasında iddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izhat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2014-cü il tarixli 12-G-2-0-1271-14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Bank tərəfindən X3 36 ay müddətinə, illik 25% dərəcəsi ilə, istehlak məqsədləri üçün, 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12-G-2-0-1271-14 saylı 21 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsi surətindən müəyyən olunur ki, ipoteka saxlayanla Borclu arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli, 12-G-2-0-1271-14 saylı əsas kredit müqaviləsinə əsasən 8 000 (səkkiz min) manat məbləğində açılan kredit limiti və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. -İpotekanın predmeti: ünvan 1 0,0466 ha torpaq sahəsində yerləşən 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi. -İpoteka ilə yüklü edilmiş əmlakın yerləşdiyi ünvan və yetərli olan təsviri: ünvan 1 0,0466 ha torpaq sahəsində yerləşən 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi. -İpoteka predmeti olan əşya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidməti 7 saylı Ərazi İdarəsinin 02.09.2014-cü il tarixli RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********77-10301 qeydiyyat nömrəsi ********** çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətindədir. -İpoteka saxlayanın razılığı olduğu halda girovun predmetinin və natural formasının dəyişdirilməsinə bu şərtlə yol verilir ki, təklif edilən yeni ipoteka predmetinin dəyəri bu Müqavilədə nəzərdə tutulmuş dəyərdən az olmasın. Belə hal bu Müqavilənin 14-cü bölməsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. -İpoteka ilə yüklü edilmiş əmlak İpoteka qoyanın sahibliyində və istifadəsində qalır. -İpoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın, bu Müqavilənin müddəti bitənədək ilkin vəziyyətində saxlanılması üçün tədbirlər görməlidir. -İpoteka ilə yüklü edilmiş əmlak 20 000 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3-də mülkiyyətində olan 0,0468 ha torpaq sahəsində yerləşən 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi tam, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh1, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh4, ¼ hissəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 məxsus, ünvan 3-də 0,0468 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 0,0468 ha torpaq sahəsi ilə birlikdə 21 oktyabr 2014cü il tarixli 12-G-2-0-1271-14 nömrəli kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 36 ayadək ipotekaya vermişdir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 12-G-2-0-1271-14 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 22 yanvar 2021-ci il tarixə 5365,72 manat əsas, 2055,64 manat faiz, 1334,8 manat cərimə, 878,7 manat əldən çıxmış fayda borcu vardır. İş materiallarında olan 10 avqust 2020-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən müəyyən olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 13 iyul 2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borclu məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5365,72 manat məbləğində əsas kredit borcu, 4050,26 manat məbləğində faiz borcu, 878,7 manat məbləğində cərimə borcu və 878,7 manat əldən çıxmış fayda borcu olmaqla cəmi 11629,48 manat məbləğində borcun tutulmasını xahiş etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə cavabdehin 5509,08 manat məbləğində əsas, 1966,47 manat məbləğində faiz borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulmasına dair hissədə iddia ərizəsinə uyğun qaydada, faiz borcu tələbinə dair hissədə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2021-ci il tarixli rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5365,72 manat məbləğində əsas kredit borcu, 1966,47 manat məbləğində faiz borcu, 878,7 manat məbləğində cərimə borcu və 878,7 manat əldən çıxmış fayda borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 21 oktyabr 2014-cü il tarixə 12-G-2-0-1271-14 saylı nömrəli kredit müqaviləsi üzrə 5365,72 manat məbləğində əsas, 1966,47 manat məbləğində faiz borcu, 878,7 manat cərimə, 878,7 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 9089,59 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə tələb edilən cərimə pulunun miqdarı kredit müqaviləsi üzrə yaranmış əsas borc 5365,72 manat məbləğinə mütənasib olmadığından 878,7 manat məbləğində cərimə pulunun 78,70 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 8 000 manat məbləğində kredit alması və həmin kredit üzrə 5365,72 manat məbləğində əsas, 1966,47 manat məbləğində faiz borcu, 878,7 manat cərimə, 878,7 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 9089,59 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 5365,72 manat məbləğində əsas, 1966,47 manat məbləğində faiz borcu, 78,7 manat cərimə, 878,7 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 8289,59 manat məbləğində borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borcu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. “İpoteka haqqında” Qanunun ipoteka predmeti olan yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi adlanan 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici “İpoteka Haqqında” Qanunun 59.3 və 59.3.1-ci maddələrinə istinadən hesab etmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 21 oktyabr 2014-cü il tarixli 12-G-2-0-1271-14 nömrəli kredit müqaviləsi üzrə 5365,72 manat məbləğində əsas, 1966,47 manat məbləğində faiz borcu, 78,7 manat cərimə, 878,7 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 8289,59 manat borcunun tutulması, bu borcun ipoteka qoyulmuş cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 mülkiyyətində olan, Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,0468 ha torpaq sahəsi açıq hərracda satılmalı, əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 ipoteka qoyulmuş ev ipotekaya yönəldikdən və satıldıqdan sonra evi tərk etməyi öhdəsinə götürdüyündən tutma ipoteka qoyulmuş Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,0468 ha torpaq sahəsinə yönəldilərək satıldıqdan sonra bir ay müddətinə yaşadıqları həmin evdən çıxarılmalıdırlar. İddia ərizəsində ipoteka ilə yüklü edilmiş, Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,09 ha olduğu qeyd edilsə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3-də yerləşən fərdi yaşayış evi 0,0468 ha torpaq sahəsində yerləşir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi faktiki olaraq 0,09 ha torpaq sahəsində yerləşir. Lakin hüquqverici sənədlərdən müəyyən olunur ki, ipoteka qoyulmuş ev 0,0468 ha torpaq sahəsində yerləşir. Mülkiyyətdə olmayan torpaq sahəsi isə ipoteka predmeti ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,0468 ha kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.2-ci maddəsində də qeyd edilmişdir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə iddia tələbinin əmlakın satışından əldə olunmuş vəsait banka olan borcunun qaytarılmasına kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Çünki qeyd olunan tələb məhkəmə qərarlarının icrası qaydasında həll edilən məsələdir. Əgər yaşayış evilərnin satışından əldə edilən məbləğ hazırkı tələb üzrə borcun ödənilməsinə kifayət etmədiyi halda borclunun konkret olaraq hansı əmlaklarının mövcud olması müəyyən edilməli, sonra isə icra şöbəsinin təqdimatı əsasında bu əmlak üzərinə həbs qoyulmaqla hərracda satılması yolu ilə qalan borcun ödənilməsi təmin edilməlidir. 12-G-2-0-1271-14 saylı 21 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsində Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,0468 ha torpaq sahəsinin dəyəri 20000 manat qeyd edilsə də "xxxx" MMC-nin 02 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,09 ha torpaq sahəsinin 02.09.2021-ci il tarixdə likvid qiyməti 18 000 (on səkkiz min) manat olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin dəyəri mütəxəssis rəyinə uyğun qaydada, yəni 18 000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 21 oktyabr 2021-ci il tarixli 9/6759 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 oğlundan 5365,72 (beş min üç yüz altmış beş manat yetmiş iki qəpik) manat məbləğində əsas, 1966,47 (bir min doqquz yüz altmış altı manat qırx yeddi qəpik) manat məbləğində faiz borcu, 78,7 (yetmiş səkkiz manat yetmiş qəpik) manat cərimə, 878,7 (səkkiz yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 8289,59 (səkkiz min iki yüz səksən doqquz manat əlli doqquz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumları və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borcun ödənilməsi ipoteka qoyulmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan, Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,0468 ha torpaq sahəsinə yönəldilsin. Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,0468 ha torpaq sahəsi açıq hərracda satılsın. Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,0468 ha torpaq sahəsinin satışından əldə olunan vəsait hesabına borc ödənilsin. Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,0468 ha torpaq sahəsi açıq hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış evi üzərində istifadə hüququ itirilməklə evdən çıxarılsınlar. Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən, 1 otaqlı, 76,3 kv.m ümumi, 25,5 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,0468 ha torpaq sahəsinin ilkin dəyəri 18 000 (on səkkiz min) manat müəyyən edilsin. Mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-111/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-111/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver