Məhkəmə qərarları › İş №2(021)-113/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-113/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-113/2022 15.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh X1 iştirakları ilə, İdiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna,Cavabdeh2 Ələs qızına, Cavabdeh3 Dilqəm oğluna, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızına və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2 Ələs qızından, Cavabdeh3 Dilqəm oğlundan, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızından və Cavabdeh5 İddiaçı ASCin xeyrinə 05 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə üzrə 19 yanvar 2021-ci il tarixə banka olan borcu 7822.11 manat əsas, 3364.83 manat faiz və 1980.28 manat cərimə, 19 yanvar 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1230.8 manat məbləğində əldən çıxmış fayda olmaqla,cəmi 14398.02 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına,tutmanın cavabdehlərə məxsus paylı mülkiyyət olan ünvan 1 ünvanında 0.0449 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 96.9 kv.m, yaşayış sahəsi 55.7 kv.m, 41.2 kv.m yardımçı sahəsi 1 mərtəbəli, 3 otadan ibarət fərdi yaşayış evinə yönəldilməsinə, ipoteka əmlakının açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehdən ümumi qaydada tutulmasına, ipoteka əmlak olan yaşayış evinə tutma yönəldillməklə və o satıldıqda sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, cavabdehlərin və digər şəxslərin həmin evdən çıxarılması, evin İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 oğu "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 25%-lə 36 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızının, Cavabdeh5 mülkiyyətindəki ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 2014-cü il 05 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci ili yanvarın 19-dək Cavabdeh1 2014-cü il 05 dekabr tarixlikredit müqavilsi üzrə banka 7822.1 manat əsas, 3364.83 manat faiz, 1980.28 manat cərimə borcu olmaqla ümumilikdə 13167.22 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir.Ərizə bu orqanda qeydə alınmışdır, müddət keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavbdeh kredit müqaviləsindən irəli gələn öhdə-liyinivaxtdında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda sa-tılmalı, onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa 19 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 7822.11 manat əsas, 3364.83 manat faiz, 1980.28 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2017-ci il tarixdən 19 yanvar 2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1230.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14398.02 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edil-məsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qəbul etdiyini, iddiaçıya qalan borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Cavabdehlər X7, Cavabdeh3, Nəbiyev Hicran Dilqəm qızına və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər.Məhkəmə işə Azərbaycan Respub-likası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olma-dıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25 faizlə 36 ay müddətinə 10000 manat borc almışdır. İş materiallarında olan 05 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğ-lunun,Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızının və Cavabdeh5 mül-kiyyətindəki ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan 19 yanvar 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 7822.11 manat əsas,3364.83 manat faiz,1980.28 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2017-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1230.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14398.02 məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur Cavabdeh1 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 15 sentyabr 2021-ci il tarixli, 2(021)-1014/2021 saylı qərardadladla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 9/8734 nömrəli ekspert rəyi ilə Cavabdeh1 05 dekabr 2014-cü il tarixli 12-G-1-0-1563-14 saylı kredit müqaviləsinə əsasən əsas borcu 7904,95 manat, faiz borcu 4568,20 manat olmaqla cəmi borcu 11239, 10 manat təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı,0546852 saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli,3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə "xxxx" ASC-yə ipoteka hüququ verilmişdir. Mülki işə əlavə edilmiş 10 avqust 2020-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh1 oğluna, Cavabdeh2 Ələs qızına, Cavabdeh3 Dilqəm oğluna, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızına və Cavabdeh5 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məlumat verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 Dilqəm oğluna, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızına və Cavabdeh5 gön-dərilmiş bildirilişin ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə 15 sentyabr 2021-ci il tarixli, 2(021)-1014/2021 saylı qərardadladla məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli, 278 saylı ekspert rəyinə əsasən Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evin bazar dəyəri 22.000 manat, likvid dəyəri 16.000 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iddia tələbinin predmetini aşağıdakı tələblər təşkil edir:

1. Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 7822.11 manat əsas, 3364.83 manat faiz, 1980.28 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2017-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1230.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14398.02 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması;

2. Tutmanın ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evə yön-əldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması;

3. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh1 oğlunun,Cavabdeh2 Ələs qızının, Cavabdeh3 Dilqəm oğlunun, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızının və Cavabdeh5 ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi 05 dekabr 2014-cü il tarixli 12-G-1-0-1563-14 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 25 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh1 oğlu,Cavabdeh2 Ələs qızı, Cavabdeh3 Dilqəm oğlu, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızı və Cavabdeh5 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, seriya RX 00546852 nömrəli çıxarışla təsdiqlənmişdir. 05 dekabr 2014-cü il tarixli 12-G-1-0- 1563-14 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 iddiaçıya 7822.11 manat əsas, 3364.83 manat faiz, 1980.28 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2017-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1230.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14398.02 manat borcu vardır. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi, əsas məbləğə və faiz borcuna münasibətdə iddia tələbi və ekspert rəyini nəzərə almaqla əsaslı olduğundan təmin edilməli və Cavabdeh1 05 dekabr 2014-cü il tarixli 12-G-1-0-1563- 14 saylı kredit müqaviləsinə əsasən 7822.11 manat əsas, 3364.83 manat faiz və kredit müqaviləsi üzrə 05 dekabr 2017-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1230.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12417.74 manat pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dəbbə puluna aid hissəsinə münasibət bildirərək onu qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək məbləğdə qeyd edildiyindən həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı kredit müqaviləsinə əsasən 1980,28 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 180.28 manat məbləğində pul tutulmalıdır. İddianın tutmanın ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaş-dırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 05 dekabr 2014-cü ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh1 oğluna, Cavabdeh2 Ələs qızına, Cavabdeh3 Dilqəm oğluna, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızına və Cavabdeh5 məxsus ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədik-də ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli, 278 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evin bazar dəyəri 22.000 manat, likvid dəyəri 16.000 manat müəyyən edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, mənzilin likvid dəyəri 16.000 manat müəyyən edilməklə həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh1 tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və evə istifadə hüququnun itirilməsinə aid hissədə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və ipoteka qoyan Cavabdeh1 oğlu, Cavabdeh2 Ələs qızı, Cavabdeh3 Dilqəm oğlu, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızı və Cavabdeh5 ipoteka predmeti olan ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi satıldıqdan sonra 1 (bir) ay müddətində həmin mənzili boşaltmaqla tərk etməlidir. İddia tələbinin ipoteka qoyan cavabdeh ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evə olan istifadə hüququnun itirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra əvvəlki mülkiyyətçinin istifadə hüququnun xitam verilməsi hüququna yeni mülkiyyətçi məxsus olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Həmçinin iddia tələbinin ipoterka predmetinin İddiaçı ASC-nə təhvil verilməsi hissəsində də iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin ipoteka predmeti açıq hərracdan satılması nəzərdə tutulduğundan, yeni mülkiyyətçinin kənar şəxs ola bilmə ehtimalını nəzərə alaraq məhkəmə iddia tələbini bu hissədə də əsaslı və qanuni hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 Ələs qızına, Cavabdeh3 Dilqəm oğluna, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızına və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2014-cü il tarixli 12- G-1-0-1563-14 nömrəli kredit müqaviləsi üzrə 7822.11 manat əsas, 3364.83 manat faiz, 180.28 manat cərimə və kredit müqaviləsi üzrə 05 dekabr 2017-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1230.8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12598.20 (on iki min üç yüz əlli səkkiz manat 30 qəpik) manat borc, 30 manat dövlət rüsumu və daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 Ələs qızına, Cavabdeh3 Dilqəm oğluna, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızına və Cavabdeh5 paylı mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında paylı mülkiyyətdə olan 0,0449 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 96,9 kv.m ümumi, 55.7 kv.m yaşayış, 41.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evə yönəldilsin. Mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 16.000 (on altı min manat) manat müəyyən edilsin. Qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızı və Cavabdeh5 mənzili boşaltmaqla mənzili tərk etsin. Satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1, Cavabdeh2 Ələs qızına, Cavabdeh3 Dilqəm oğluna, Nəbiyeva (Səlimova) Hicran Dilqəm qızına və Cavabdeh5 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının 250 (iki yüz əlli manat) manat dəyəri Cavabdeh1 aid edilsin və 100 (yüz) manat ekspertiza xərci tutularaq X5 ( keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************), 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: **********, Bank: KapitalBank ASC Mingəçevir filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filalın kodu: 200297, SWİFT kod: AİİBAZ2X) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar