Məhkəmə qərarları › İş №2(021)-1130/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1130/2021

09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1130/2021 09.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi nümayəndəsi Nümayəndə maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi nümayəndəsi Nümayəndə maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 19 avqust 1966-cı ildə Ermənistan Respublikasının Cermux kəndində anadan olmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında atasının X6, ana qrafasında anasının X7 qeyd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi onun doğma bacısıdır. Ərizəçi 19 avqust 1966-cı ildə Ermənistan Respublikasının Cermux kəndində anadan olmuş, ataları X6, anaları X2r. Ərizəçi 1988-ci ilə kimi Ermənistan Respublikasında yaşamış, məlum məsələlərlə bağlı qaçqın düşdükdən sonra Şuşa şəhərində məskunlaşıb yaşamışdır. Ərizəçi doğum haqqında şəhadətnamə verilmiş, həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Daha sonra doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda Ərizəçi bəzi sosial məsələlərin həll edilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi M Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədov Binnət Yusif oğlu xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE № 05588384 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədova Gülüzar Bəşir qızı 20.01.1939-cu il tarixdə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuşdur. Xocalı şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçisinin Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 337 saylı, 02.09.2020-ci il tarixli arayışdan görünür ki, Şuşa şəhəri məcburi köçkün Ərizəçi müvəqqəti olaraq Bərdə rayon Zümürxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş 45955 saylı vəsiqədən görünür ki, X6 1992-ci il tarixdən Şuşa şəhərindən məcburi köçkündür. İş materiallarına əlavə edilmiş SSSR-nin İİ-CL № 611093 nömrəli pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 1936-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AB 0 № 611093 nömrəli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 1936-cı ildə Şuşa şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AG № ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ № 339734 saylı Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Ərizəçi arasında bağlanmış nikah 19.12.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş İİ-CL № 055116 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədov Tanrıverdi Yusif oğlu 01.09.1975-ci il tarixdə Ermənistan SSR Cermux şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş İİ-GJ № 096208 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədova Mehriban Yusif qızı 23.06.1971-ci il tarixdə Ermənistan SSR Cermux şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirdi ki, X8 ilə birgə nikahlarından 19 avqust 1966-cı ildə anadan olmuş Ərizəçi onların övladıdır. O, həmçinin bu barədə ərizə təqdim edərək, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi 19 avqust 1966-cı ildə Ermənistan Respublikasının Cermux rayonunda anadan olması, atasının X6, anasının X1 qeyd edilməklə doğum akt qeydi bərpa edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi 19 avqust 1966-cı ildə Ermənistan Respublikasının Cermux rayonunda anadan olması, atasının X6, anasının X1 qeyd edilməklə doğum akt qeydi bərpa edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar