Məhkəmə qərarları › İş №2(021)-1137/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1137/2021

08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1137/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 1957-ci il tarixdə Bərdə şəhərində anadan olmağı, atası X3, anası X7 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 sentyabr 1957-ci ildə Bərdə rayonunda anadan olub, atası X3, anası isə X4r. O, anadan olduğu zaman valideyinləri ona doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə gedib. Daha sonra isə, o, həmin doğum haqqında şəhadətnaməsi ilə Peşə məktəbini bitirib. Lakin naməlum səbəblərdən o doğum haqqında şəhadətnaməni itirib və hal-hazırda ondan, şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməni istəyirlər. Həmçinin onun qırmızı pasportu var. Bu vaxta qədər həmin qırmızı pasport ilə bütün işlərini həll edib. Hazırda ona şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət edib, orda isə ona bildirirlər ki, onun doğum akt qeydilə əlaqədar Qeydiyyat şöbəsində heç bir məlumat yoxdur və bunun üçün də məhkəməyə müraciət etməyimi məsləhət görmüşlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X2 bildirmidir ki, Ərizəçi bacısıdır. Qardaşı anadan olduğu zaman valideyinləri ona doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə qedib. Daha sonra isə, o, həmin doğum haqqında şəhadətnamə ilə Peşə məktəbini bitirib. Lakin naməlum səbəblərdən o həmin sənədi itirib və hal-hazırda ondan, şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməni istəyirlər. Hazırda ona şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə lazımdır. Məhkəmə iclasında Ərizəçi qardaşı oğlu X9 və oğlu X5 bibiləri X1 izahatlarına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan 29 fevral 2021-ci il tarixli 1449 saylı Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından müəyyən olunur ki, Ərizəçi Bərdə şəhərində Bakı küçəsi ev 7-də yaşayır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Bərdə rayon icra komitəsi tərəfindən verilmiş 05 dekabr 1977-ci il tarixli İV-ЖГ 726065 saylı pasportun sürətindən müəyyən olunur ki, Ərizəçi 20 dekabr 1977-ci ildə Kolxoz küçəsinə qeydiyata götürülmüşdür. İş materiallarında olan Bərdə rayon 1 saylı məktəb tərəfindən verilən 07 iyul 1982-ci il tarixli AИ 495221 saylı attestatın sürətindən müəyyən olunur ki, Ərizəçi 07 iyul 1982-ci ildə1 saylı Bərdə rayon orta məktəbini bitirmişdir. İş materiallarında olan Bərdə rayonunda 47 saylı Peşə litseyi tərəfindən verilən 15 iyul 1974cü il tarixli 979 saylı attestatın sürətindən müəyyən olunur ki, Ərizəçi 15 iyul 1974-cü il tarixdə Bərdə rayonunda 47 saylı Peşə litseyini bitirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin bərpası üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. xx xxxxxxxx 1957-ci il tarixdə Ərizəçi Bərdə şəhərində anadan olması, atası X3, anası X7 olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar