Məhkəmə qərarları › İş №2(021)-114/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-114/2025

21.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-114/2025 21.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bərdə rayonu Hacallı kəndində yerləşən 1,44 ha torpaq sahəsinin 0,11 ha hissəsindən çıxarılmasına, torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, həmin torpaq sahəsinin əməli istifadəsinə qaytarılmasına və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə işin baxılmamış saxlanılmasını və məhkəməyə təqdim etdiyi sənədlərin ona qaytarılmasında köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 mülki işin baxılmamaış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2-ci yarımbəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın (qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: ********). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar