Məhkəmə qərarları › İş №2(021)-115/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-115/2023

23.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-115/2023 23.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər X27 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası, 3-cü şəxs X41 oğullarından birinin gələcək həyatını təmin etmək üçün Bərdə rayonunun Qaradırnaq kəndində yerləşən ümumi sahəsi 0,33 ha həyətyanı torpaq sahəsini 27 yanvar 2006-cı il tarixdə Bərdə rayon 1 saylı Notariat Kontorunda reyestrdə 4Ə/1-38 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın Alqı-satqı AN- İ №0063069 müqaviləsi” ilə onun ilkin mülkiyyətçisi X1 almışdır və DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 12 mart 2014-cü il tarixdə böyük X4nun adına verilmiş **********53 reyestr nömrəli, ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən sonuncunun tam mülkiyyətinə verilməsini sənədləşdirmişdir. X4 isə tam paylı mülkiyyətində olan, Bərdə rayonu Qaradırnaq kəndində yerləşən, ümumi sahəsi 0,33 ha həyətyanı torpaq sahəsinə ehtiyac olmadığı üçün 20 may 2021-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat kontorunda reyestrdə 4Ə-626 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın Bağışlama müqaviləsi” ilə anası X28 bağışlamışdır. DƏDRX-i tərəfindən isə 0,33 ha həyətyanı torpaq sahəsinə anasının tam paylı mülkiyyət hüququnu təsdiq edən 23 may 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydə alınmış **********53 reyestr nömrəsi olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Anası, bu iş üzrə 3-cü şəxs X38 onun gələcək həyatını təmin etmək məqsədi ilə mülkiyyətində olan Bərdə rayonu Qaradırnaq kəndində yerləşən ümumi sahəsi 0,33 ha həyətyanı torpaq sahəsini 12 avqust 2021ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində reyestrdə 4Ə-1577 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın Bağışlama müqaviləsi” ilə ona bağışlamışdır. DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi 12 avqust 2021-ci il tarixli “Daşınmaz əmlakın Bağışlama müqaviləsi” əsasında 31 avqust 2021-ci il tarixdə tərtib edilmiş A 653686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini ona təqdim etmişdir. Qeyd olunan sənədlər əsasında DƏDRX-i tərəfindən 0,33 ha həyətyanı torpaq sahəsinə tam paylı mülkiyyət hüququnu təsdiq edən 01 sentyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydə alınmış **********53 reyestr nömrəsi olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” çıxarış verilmişdir. Cavabdeh2 2008-ci ilə qədər həyətini suvarmaq üçün dədə-babadan X10 (hal-hazırda X21 mülkiyyətində olan) həyətyanı torpaq sahəsindən keçən su arxından istifadə etmişdir. Eyni ilə həmin arxdan digər cavabdeh X22 da istifadə etmişdir. Sonradan Cavabdeh2 ilə atasının arasında yaranmış narazılıq əsasında atası ona onun həyətindan keçən su arxından istifadə etməsini qadağan etmişdir. Bundan sonra, Cavabdeh2 atası, bu iş üzrə 3-cü şəxs X29 icazəsi və razılığı ilə mübahisəli su arxından istifadə etməyə başlamışdır. Bir müddət keçdikdən sonra cavabdehlər Cavabdeh2 və X22 birləşib mübahisəli su arxından istifadələrini asanlaşdırmaq üçün mülkiyyətində olan 0,33 ha həyətyanı torpaq sahənin 56 m uzunluğunda çəpərini 3 saylı döngə nöqtəsində su arxının onların həyətinə tərəf olan tinindən 2,0 m, 2 saylı döngə nöqtəsində isə 1,15 m olmaqla orta hesabla 1,75 m geri çəkib yenidən setka çəpər çəkməklə təxminən 0,098 ha hissəsini arxın təmizlənməsini bəhanə gətirərək zəbt edib arxüstü gediş-gəliş yolu düzəldib 13 ildən artıqdır istifadə edirlər və bu hərəkətləri ilə mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsini məhdudlaşdırıb mülkiyyət hüququnu pozurlar. 2017-ci ildə mübahisəli 0,33 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olan anası, bu iş üzrə 3-cü şəxs X38 cavabdehlər X7, Cavabdeh2 və X11 qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldırıb “Cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması dəmirdən qoyulmuş ayaq körpülərinin götürülməsi, işlək yolların bağlanması və setkanın sökülməsi” tələbinə dair iddia qaldırmışdır və həmin iddia tələbi Bərdə Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(021)-112/2018 saylı qətnaməsi ilə təmin edilsə də həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli 2(102)-2598/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli 2(104)-3731/2018 saylı qətnaməsi ilə tamamilə ləğv edilmişdir və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Bu zaman Gəncə Apellyasiya Məhkəməsi gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır: 1) Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2(021)-893/2013 saylı və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2013-ci il tarixli 2(104)- 1323/2013 saylı qətnamələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2014-cü il tarixli 2(102)-688/2014 saylı qərarına əsasən; - mübahisəli 0,33 ha torpaq sahəsinin X16 əvvəl X15 mülkiyətində olmasının; - X4nun və atası X29 qanunsuz olaraq cavabdehlər Cavabdeh2, X12 və digər sakinlərin mülkiyyətlərində olan Bərdə rayonu Qaradırnaq kəndində yerləşən həyətyanı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxından istifadə etmələrinə maneçilik törədərək suvarma arxını çəpərləmələrinin; - X4nun cavabdehlər Cavabdeh2, X17 qarşı “cavabdehlərdən ağacların kəsilməsi nəticəsində vurulmuş 64 manat ziyanın tutulmasına və çəkilmiş setkanın sökülməsinə dair” iddia tələbinin təmin olunmamasının; - Cavabdeh2, X12 və digər sakinlər X23, X18 X4na və atası X34 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və suyun təbii axımının bərpa edilməsinə dair” iddia tələbinin təmin olunmasının müəyyən edilməsi ilə; 2) 2016-cı ildə 0,33 ha mübahisəli torpaq sahəsinin X15 adından X25 mülkiyyətinə keçirilməsinin müəyyən edilməsi ilə; 3) X29 yenidən cavabdehlər Cavabdeh2 və X17 qarşı 2017-ci ildə “cavabdehlərin qeyriqanuni hərəkətlərinə son qoyulması, dəmirdən qoyulmuş ayaq körpülərinin götürülməsi, işlək yolunun bağlanması və setkanın sökülməsi” tələbi ilə məhkəməyə yenidən müraciət etməsinin və bildikdən sonra ki, onun hüququ yoxdur bu iddianı qaldırmağa özünün əsl iddiaçı həyat yoldaşı X38 ilə əvəz olunmasını məhkəmədən xahiş etməsinin müəyyən edilməsi ilə; 4) 10 may 2018-ci il tarixli 9170 nömrəli ekspert rəyinin ekspertin özü tərəfindən hər hansı araşdırma aparılmamasının, yalnız Azərbaycan Respublikası ƏMDK yanında Kadastr Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 7 saylı Bərdə Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyi olduğu kimi ekspert rəyinə köçürülməsinin və beləliklə mütəxəssis rəyinin ekspert rəyinə çevrilməsinin müəyyən edilməsi ilə; 5) Bərdə rayonu Qaradırnaq kəndinin baş planına keçirilmş baxışa əsasən su arxının mərkəzindən mübahisəli həyətə qədər şimal tərəfdən 0,65 m (faktiki 0,75), əks tərəfdən isə 2,5 (faktiki 0,75) m məsafənin olmasının müəyyən edilməsi ilə və sairə. Yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə müəyyən edilmiş və digər hallarla və sübutlarla müəyyən olunur ki, o və digər əvvəlki mülkiyyətçilər X33, X38 və X41 hal-hazıra kimi cavabdehlər tərəfindən həyətlərini suvarmaq üçün istifadə etdikləri arxın vaxtaşırı təmizlənməsi üçün gediş-gəliş yolunun olmasını bəhanə edərək zəbt etdikləri mülkiyyətində olan 0,33 ha torpaq sahəsinin mübahisəli 0,098 ha hissəsindən çıxarılmalarına dair iddia tələbi ilə məhkəmə orqanlarına müraciət etməmişlər. Nəzərə alsaq ki, qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli 2(104)-373 1/2018 saylı qətnaməsi ilə müəyyən edilsə də ki, Bərdə rayonu Qaradırnaq kəndinin baş planına əsasən su arxının mərkəzindən onun həyətinə qədər şimal tərəfdən 0,65 m, əks tərəfdən isə 2,5 məsafə olmalıdır, apardığı faktiki ölçülərə görə isə bu günkü günə mülkiyyətində olan 0,33 ha torpağının 56 m uzunluğunda çəpərinə paraleli olaraq axan su arxının axımının ərazisinin eni 1,5 metrdir, faktiki edilmiş ölçülər nəticəsində müəyyən edilir ki, həmin arx təmizləndikcə cavabdehlər tərəfindən genəldilib 0,65x2-1,3 m əvəzinə 1,5 m metrə çatdırılmışdır və bundan sonra həmin arxın işlənməsi üçün gediş-gəliş yolunun olmasını bəhanə gətirərək onun həyətinin çəpərini söküb geri çəkərək şimal tərəfdən 1,9 m, əks tərəfdən isə 2,9 məsafə enində 56 m uzunluğunda yol salıb ümumilikdə həyətinin 0,098 ha hissəsini zəbt etmişlər. Halbuki, cavabdehlər həmin arx boyunca arxın onların həyətləri tərəfindən 0.50-1,00 m enində boş yerin də olmasını nəzərə almaqla 56 m uzunluğunda çəpərlərini söküb öz həyətləri ərazisində onun təmizlənməsi üçün gediş-gəliş yolu düzəltməyə imkanları var. Hesab edir ki, yuxarıda qeyd olunan hallar və sübutlar nəzərə alınmaqla Azərbaycan Respublikasının hal-hazırda qüvvədə olan aşağıdakı qanun normalarına uyğun olaraq məhkəmə orqanı cavabdehlərin zəbt etdikləri torpaq ərazisindən çıxarılmalarına və zəbt etdikləri ərazinin öz vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsinə məcbur edilməsinə dair qətnamə çıxarmalıdır. Əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş torpaqşünaslıq ekspertizasının rəyi ilə razı deyildir, buna görə də yenidən ekspertiza keçirilməsi üçün mülki işin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı ilə aralarında olan torpaq mübahisəsi ilə əlaqədar dəfələrlə məhkəmə iclasları olub. İddianın əsası yoxdur, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2u oğlu iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1996-cı ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 568 nömrəli, 19 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Bərdə rayonu, Qaradırnaq kəndində doğulub, həmin kənddə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan RX ******* nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, X25 mülkiyyətinə Bərdə rayonu, Qaradırnaq kəndində 0.33 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan 12 avqsut 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X8 rayonu Qaradırnaq kəndində hyerləşən 0.33 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. İş materiallarına olan ********** nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Bərdə rayonu, Qaradırnaq kəndində 0.33 ha torpaq sahəsi qehydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(021)-112/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X13, X22 və Cavabdeh2 tərəfindən iddiaçı X25 mülkiyyətində olan Bərdə rayonu, Qaradırnaq kəndində 0.33 ha torpaq sahəsinin ətrafında çəkdikləri setka və torpaq sahəsində quraşdırdıqları iki ədəd ayaq körpüsü sökülərək götürülsün və həmin torpaq sahəsindəın istifadə edilər işlək yolu bağlanılması qət edilmişdir. İş materiallarında olan X6 Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2(104)-3731/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, X13, X22 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(021)-112/2018 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı X25 cavabdehlər X13, X22 və Cavabdeh2 qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, dəmirdən qoyulmuş ayaq körpüsünün götürülməsi, işlək yolların bağlanması və setkanın sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(102)-2598/2019 saylı qərarının surətindən müəyyən olunur ki, kasassiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 16 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır İş materiallarında olan Bərdə rayonu, Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 507 nömrəli, 10 noyhabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Əlili X46 rayonu, Qaradırnaq kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 569 nömrəli, 19 dekabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh2 Bərdə rayonu, Qaradırnaq kəndində anadan olub, həmin kənddə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan 27 yanvar 2016-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 10 saylı qərarına və Dövlət Yerqurluşu Layihə İnstitutunun 05 yanvar 2004-cü il tarixli, JN 145 A saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X5 məxsus olan 0.33 ha torpaq sahəsini X2. İş materiallarında olan 20 may 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətundən müəyyən olunur ki, X33 mülkiyyətində olan 0.33 ha torpaq sahəsini X28 hədiyyə etmişdir. İş materillarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh2 31 yanvar 1960-cı ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində yaşayır. İş materillarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh1 25 fevral 1968-ci ildə Bərdə rayonu, Qaradcırnaq kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində yaşayır. İş materiallarında olan 26 dekabr 2014-cü il tarixli, 2(021)-2524/2014 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X15 cavabdehlər X11 və Cavabdeh2 qarşı cavabdehlərdən ağaclarının kəsilməsi nəticəsində vurulmuş 64 manat ziyanın tutulmasına və çəkilmiş setkanın sökülməsinə dair iddiası əsassız olduğundan təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 29021)- 194/2021 saylı qərardadının surətindən müəyyən olunur ki, idddiaçı X25 cavabdehlər X11 və Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2131/2015 saylı, 07 oktyabr 2015-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddianın qismən təmin olunması, X15 Mülkiyyətində olan Bərdə rayonu, Qaradırnaq kəndində 0.33 ha torpaq sahəsinin sərhədlərinin ona tanıdılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli, 2(104)- 1323/2013 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh X29 apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli, 2(021)- 893/2013 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan 8(021)-238/2016 saylı, 29 fevral 2016-cı il tarixli qəradadının surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2131/2015 saylı, 07 oktyabr 2015-ci il tarixli icra sənədi üzrə icraata, X15 mülkiyyətində olan Bərdə rayonu, Qaradırnaq kəndində 0.33 ha torpaq sahəsinin sərhədləri ona tanıdılması ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 10 nəfər Qaradırnaq kənd sakinləri - Cavabdeh2, Məhərrəmov Natiq, Mustafayev Azər, Yusibov Məzahir, Mustafayev Ceyhun, Qaraşov Nicat, Orucov Elşad, Abdullayev Mehman, Məmmədov Əli, Mamedov Nuru tərəfindən yazılmış ərizədə göstərilmişdir ki, X41 tərəfindən qanunsuz olaraq bağlanmış su və su yolunun açılması xahiş olunmuşdur. İş materiallarında olan 02 aprel 2008-ci il tarixli Aktın surətindən müəyyən olunur ki, X41 tərəfindən qanunsuz olaraq bağlanmış su və su yolunun bağlanılması aktlaşdırılmışdır. İş materiallarında olan 29 dekabr 2011-ci il tarixli, 2(021)-1633/2011 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, X29 cavabdehlər Ərşad Haqverdi oğluna, X35, X30 və X19 qarşı 158.50 manat maddi ziyanın və 500 manat mənəvi ziyanın tutulmasına dair iddiası əsasız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və və Xəritəçəkmə Komitəsi və Rayon Şöbəsi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli, 170 nömrəli məktubda göstərilmişdir ki, Qaradırnaq kənd sakini X29 şikayəti ilə bağlı 05 aprel 2011-ci il tarixdə ərazidə X41, həyat yoldaşı X38 və qızı X31 iştirakı ilə araşdırma aparılmış, müəyyən olunmuşdur ki, X29 tələbi həyətinin şərq tərəfində olan 0.07 hektar bələdiyyə torpağının onun adına sənədləşdirilməsi ilə bağlıdır, eyni zamanda X41 ilə qonşu olan X39 və digər qonşularla olan mübahisə, onların həyətyanı sahələrinə gedən su arxı yolundan istifadənin X41 tərəfindən mümkün olmadığını və həyətlərini suvara bilmədiklərini qeyd edərək narazılıq etmişlər, X29 yeni aldığı həyətyanı torpaq sahəsində ölçmə işləri aparılarkən müəyyən edilmişdir ki, həmin həyətin uzunluğunda 1.2 metr artıq sahə var ki, bu da qonşuların həyətinin suvarılması üçün olan su arxına nəzarət etməyə yetərlidir. X14, həyat yoldaşı X38 qonşuların həmin yerdən istifadəsinə imkan verməyəcəklərini bildiriblər, X29 həyətində ağac kəsilməsi faktı akar edilməyib. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli, 2(021)- 893/2013 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddianın təmin edilməsi, X12, Cavabdeh2, X23, X20 mülkiyyətlərində olan Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş su arxının cavabdehlər X43, X40 tərəfindən bağlanmasına yönəldilən hərəkətlərə son qoyulması, X12, Cavabdeh2, X23, X20 mülkiyyətlərində olan Bərdə rahyonu, Qaradırnaq kəndində yerləşən həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş su arxını əhatə edən, cavabdehlər tərəfindən çəkilmiş çəpərin cavabdehlərin hesabına sökülməsi yolu ilə aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan 18 aprel 2014-cü il tarixli, 769 nömrəli icraata başlamaq haqqında qərarın surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli, 2(021)-893/2013 saylı icra sənədi ürə icraata başlanılmışdır. İş materiallarında olan 12 iyun 2014-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli, 2(021)-893/2013 saylı icra sənədi tam icra edilmişdir. İş materiallarında olan 8(021)-387/2014 saylı, 27 avqust 2014-cü il tarixli qəradadının surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli, 2(021)- 893/2013 icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 8(021)-91/2017 saylı, 10 mart 2017-ci il tarixli qəradadının surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)2131 saylı, 07 oktyabr 2015-ci il tarixli icra sənədi əsasında açılmış icra işinin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 29021)- 455/2022 saylı qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 22462000/735 nömrəli məktubdan müəyyən olunur ki, ekspertiza keçirilməsi üçün iddiaçının iştirakı təmin olunmadığından Bərdə Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 29021)-455/2022 saylı qərardadında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır və məktuba əlavə edilmiş aktdan müəyyən olunur ki, İddiaçı iştirakı təmin olunmadığı üçün qərardasının icrasının mümkün olmadığı aktlaşdırılmışdır. İş materiallarında olan X22 və Cavabdeh2 tərəfindən verilmiş etirazda iddia tələbinin təmin edilməməsi barədə məhkəmə aktının qəbul edilməsi göstərilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(021)-455/2022 saylı qərardadı ilə mülki iş materialları rəy verilməsi üçün təkrarən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, **********05 nömrəli rəydə göstərilmişdir ki, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi 0.33 ha həyətyanı torpaq sahəsinin kordinatları, ona hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində **********53 reyestr nömrəli çıxarış və AN 653686 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədindəki kordinatlarla müqaisələndirilmiş, sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0.33 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilmədiyi göstərilmişdir. İş materiallarında olan iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş vəsatətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, **********05 nömrəli rəylə razı olmadığından iş üzrə təkrar ekspertiza təyin edilməklə, mülki iş materiallarının rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(021)-455/2022 saylı qərardadı işə iş üzrə ekspertiza təyin edilmişdir. İşş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 10/359 nömrəli rəydə göstərilmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş 0.33 ha torpaq sahəsinin cavabdehlər tərəfindən isifadə edilmir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 onun 0.33 ha torpaq sahəsini zəbt etmələri barədə iddiası sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən 0.33 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən zəbt edilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X26 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun 0.33 ha torpaq sahəsini zəbt etmələri barədə iddiası öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 50 (əlli manat) manat dəyəri İddiaçı aid edilsin və 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X9, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar