Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-116/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehlər X11 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması tələbinə dair iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu, Mollalı kəndində yerləşən paylı mülkiyyətlərinə verilmiş 1,22 ha pay torpaq sahəsindən cavabdehlər X11 və Cavabdeh2 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlara- X2 (ölmüşdür), İddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 may tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Mollalı kəndinə 1,22 ha.Torpaq sahəsi verilmiş, həmin torpağa JN-421 saylı kod 61016018 olan dövlət aktıda almışdırlar.Qeyd edilən torpaq sahələri onlara tanıdılsa da illərdir ki, yaşayışlarını və güzəranlarını təmin etmək üçün torpaq sahələrini əkib becərə bilmirlər, torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, qardaşı X11 və qardaşı oğlu Cavabdeh2 1,22 hektar pay torpaq sahələrini zəbt etmişdirlər. Bu səbəbdən də torpaqdan istifadə və sahiblik hüququnu həyata keçirə bilmir. Dəfələrlə onlardan pay torpaq sashələrindən çıxmalarını tələb etsə də bir nəticəsi olmamışdır. Bu da onun maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Odur ki, Bərdə rayonu Mollalı kəndində yerləşən, Paylı mülkiyyətlərində olan1,22 ha pay torpaq sahələrindən cavabdehlər X11 və Cavabdeh2 çıxarılmasına, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair məhkəmə qətnaməsinə ehtiyacları var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X6 atasıdır. Atası vəfat edib, o, vəfat edəndən torpağı özü əkib becərir, Lakin cavabdehlər hal-hazırda torpaqdan istifadəsinə imkan vermirlər. Məhkəmə iclasında cavabdehlər X11 və Cavabdeh2 iddianı qəbul etməyərək, istifadə etdiyi torpaq sahəsinin ataları olduğunu, ataları vəfat etdiyini bildirdilər. Atalarının vəfatından sonra da,əvvəldə torpaqdan iddiaçı bacıları İddiaçı istifadə etdiyini, 2021-ci ildən isə özləri istifadə etdiklərini bildirdilər. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1968-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kənddə qeydiyyatdadır. İş materiallarında olan JN 421 KOD 61016018 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998ci il tarixli, 08 nömrəli qərarı ilə Bərdə rayonu, Mollalı kəndinin ərazisində 1.22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-486/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Bərdə rayonu, Mollalı kəndində sözügedən mübahisəli 1.22 ha torpaq sahəsindən 0.62 ha cavabdehlər X11 və Cavabdeh2 tərəfindən istifadə edilir, mübahisəli torpaq sahəsinin 0.62 ha cavabdehlər X11 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və X5 haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Yuxarıda qeyd edilənlərə əsasən JN 421 KOD 61016018 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Bərdə rayonu, Mollalı kəndinin ərazisində 1.22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı və atası X1 mülkiyyətinə verilmişdir. X4 vəfat etdikdən sonra həmin torpaq sahəsini iddiaçı faktiki olaraq atasından qalan hissəsinə sahiblik edərək onu idarə etmiş, cavabdehlər isə yalnız 2021-ci ildən həmin torpaq sahəsindən istifadə etməyə başlamışlar ki, bu fakt özüözlüyündə cavabdehlərin özlərinin izahatları ilə təsdiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər X11 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı cavabdehlər X11 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə və cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər X11 və Cavabdeh2 Bərdə rayonu, Mollalı kəndində yerləşən, JN 421 KOD 61016018 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.22 ha torpaq sahəsindən çıxarılsın. İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ bərpa edilsin. Cavabdehlər X11 və Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağan qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər X11 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-116/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-116/2023
11.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver