Məhkəmə qərarları › İş №2(021)-1170/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1170/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1170/2021 01.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayənddəsi Hacıyev Pərviz Akif oğlunun iştirakı ilə, İddiaçı BOKT MMC nin cavabdehlər Cavabdeh1 Asif oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Asif oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İdddiaçı İddiaçı BOKT MMC-nin nümayənddəsi X1 oğlu məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT MMC nin cavabdehlər Cavabdeh1 Asif oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar