Məhkəmə qərarları › İş №2(021)-1175/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1175/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1175/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ünvan 1i ünvanıında yerləşən fərdi yaşayış evindən cavabdehin övladları və əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1i ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,36 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119,7 kv.m-dən ibarət fərdi yaşayış evindən Cavabdeh övladları və əmlakları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, məhkəmə iclasının vaxtı barədə bildiriş iddiaçı və cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanıldığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “ünvan 1i ünvanıında yerləşən fərdi yaşayış evindən cavabdehin övladları və əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Dövlət rüsumunun iddiaçıya qaytarılması hissəsində qərardadın icrası Bərdə rayon Maliyyə Şöbəsinə tapşırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar