Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-119/2025 12.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsi, mülkiyyətindən istifadə hüquqlarının bərba olunması, mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X14 məhkəmədə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia qaldıraraq Bərdə rayonu Böyük Göyüşlü kəndində ona bağışlanan, onun adına sənədləşdirilən evinə köçürülməsi, həmin evin 0.25 ha torpaq sahəsinə verilən ********** saylı qeydiyyatlı və 0.64 ha kənd təsərrüfatı təyinatlı ********** saylı qeydiyyat nömrəsi olan çıxarışın etbarsız hesab edilərək onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X14 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Böyük Göyüşlü kəndində yaşayan mərhum dayısı X32 ona məxus evi ona bağışlamışdır. Lakin onun məlumatı olmadan qızı daşınmaz Əmlakdan qondarma vərəsəlik şəhadətnaməsi almışdır. Belə ki, X9 verilmiş 2V-622 reyster nömrəsi xx.xx.2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair Bərdə Rayon Məhkəməsi xx.xx.2023cü ildə 2(021)3078/2023 saylı qətnamə qəbul etmişdir. Həmçinin həmin qətnamənin qət etdi hissəsinə düzəliş edilməsi üçün xx.xx.2023-cü il tarixdə 2(021)3078/2023 saylı qərardad qəbul edərək sözgedən vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsinə dair qətnamə və qərardad qəbul edilmişdir. Bundan sonra o, Bərdə rayon daşınmaz əmlakına və Asan xidmət mərkəzinin notariusuna dəfələrlə müraciət etmişdir ki, evi və həyətyani torpağı həmçinin əmlaka pay torpağı onun mülkiyyətinə keçirilsin. Lakin ev onun mülkiyətinə keçirilsə də, Bərdə Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu ona imtina vermiş, məhkəməyə müraciət etməyi üçün xx.xx.2024-cü il tarixdə, N 76 saylı məktub verilmişdir. O, da məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur ki, mərhum dayısı X21 qalan 0.25 sot həyətyani torpaq sahəsinin, 0.64 sot əmlak pay torpağının onun adına sənədləşdirilərək onun mülkiyətinə verilməsi zəruri olmaqla həmin evə köçürülməyinə dair məhkəmə qətnaməsi qəbul edilməsi zəruridir. Çünki vərəsəlik şəhadətnamləri ləğv olunmuş, X15 çöl qapısına kilit vuraraq onun şəxsi mülkiyətinə gedib gəlişinə ciddi maneə yaradıb. Eyni ilə də DƏDRX-nə dəfələrlə şifahi müraciət etsə də dolayı bəhanələr gətirməklə sənədləşmə aparmırlar. Beləki, cavabdeh məhkəmə qətnaməsindən sonra Daşınmaz Əmlaka miiraciət edərək 0.64 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə ********** sayl qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Həmçinin 0.25 ha torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyat nömrəsi ilə daşınmaz əmlakdan qeydiyyatdan keçmişdir. Hesab edir ki, vərəsəlik şəhadətnaməsi ləğv edildiyi üçün onun doğurduğu hüquqi nəticələr də etibarsız hesab edilməlidir. Bu barədə 7 saylı Daşınmaz Əmlak Bərdə ərazi idarəsinə müraciət etmişdir, xx.xx.2024 cü il trixdə rəsmi məktubla ona məxsus torpağın öz adlarına sənədləşdirilməsinə dair daşınmaz əmlakdan qeydiyyatdan keçiblər. Halbu ki, məhkəmə qətnaməsi ilə bunların vərəsəlikləri haqqında şəhadətnamələri tibarsız hesab edilmişdir. O, da məcbur qalıb məhkəmə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ərizədə göstərmişdir ki, Bərdə rayonu Böyük Göyüşlü kənd sakini mərhum dayısı X32 xx.xx.2006cı il tarix Bərdə rayon 1 saylı notariat kontorunda 4Ə-5 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi ilə Böyük Göyüşlü kəndində yerləşən, öz adına qeydiyyatda olan və ümumi sahəsi 61,74 kv. m olan yaşayış evini və 0,25 ha həyətyanı torpaq sahəsi ilə birlikdə X3na bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən qardaşı yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Ərizəyə əlavə etdiyi xx.xx.2005-ci il tarixli sənəddə 0.28 ha həyətyanı torpaq sahəsi və 61.74 kv. m sahəsi olan yaşayış evi birlikdə X24 adına qeydiyyata alınmışdır. Bundan əlavə yaşayış evinin texniki pasportunda 0.28 ha həyətyanı torpaq sahəsi və 61.74 kv. m yaşayış evi birgə qeyd olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Odur ki, bu iki əmlak vahid daşınmaz olaraq qeydiyyata alınmışdır. Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən yaşayış evinin mülkiyyəti ilə birliktə 0.28 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ da bağışlama müqaviləsinə əsasən X2. Bu səbəblə bu iki daşınmaza ayrı-ayrılıqda çıxarış verilməsi hüquqa uyğun deyildir. Bundan əlavə, mərhum dayısı X32 xx.xx.2006-cı il tarixində Bərdə rayon 1 saylı notariat kontorunda 4Ə-6 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi ilə Böyük Göyüşlü kəndində yerləşən, öz adına qeydiyyatda olan və ümumi sahəsi 0,64 ha olan torpaq sahəsini X3na bağışlamışdır. Ancaq çıxarış alınmadığından həmin torpaq sahəsi X24 adına qeydiyyatda qalmışdır. Ancaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları Vidadi və Rafaelin (hər ikisi X8 qohumlarıdır) və Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoru əməkdaşı Mərdanın qeyri-qanuni olaraq köməklik göstərməsi ilə X15 vərəsəlik əsasında müraciət edərək xx.xx.2022-ci il tarixli 18220228 saylı qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Halbuki, Mülki Məcəllənin 146.1-ci və Torpaq Məcəlləsinin 55-ci maddəsinə uyğun olaraq qardaşı qeyd olunan əmlaklara mülkiyyət hüququnu əldə etmişdir. Odur ki, X24 bu torpaq sahəsi üzərində mülkiyyət hüququ qalmamışdır. Dolayısıyla mülkiyyət hüququnun vərəsəlik ilə keçməsi mümkün deyildir. Bu səbəblə də Dünyaxanım Əliyeva adına verilən çıxarış ləğv edilməlidir. X3 ilə qeyd olunan əmlaklara mülkiyyət hüququnun onun adına keçirilməsi üçün bağışlama müqaviləsi bağlamışdır. Nəticədə həmin əmlaklar üzərində mülkiyyət hüququ qanuna uyğun olaraq onun adına keçmişdir. Daha sonra o rəsmi bağışlama müqaviləsinə əsasən qeyd olunan yaşayış evi və torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Bu zaman yaşayış evi onun adına qeydiyyata alınsa da həmin torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları Vidadi və Rafael (hər ikisi X8 qohumlarıdır) tərəfindən əsassız bəhanələr gətirilərək və qanunsuz olaraq qərəzli şəkildə onun adına qeydiyyata alınmamış və çıxarış verilməmişdir. Məhkəmə qaydasında X8 vərəsəlik şəhadətnaməsi ləğv edilsə də həmin şəxslər hüquqlarının tanınmasına qeyri-qanuni şəkildə əngəl olmuşlar. X22 “ASAN xidmət” Mərkəzində Notariat Kontoru əməkdaşı Mərdan da qanuna zidd hərəkətlər edərək öz vəzifə səlahiyyətlərini aşmış, lazımi sənədlərin əldə olunmasında maneələr yaratmış, hüquqlarının tanınmasını yubatmış və çətinləşdirmişdir. Bu səbəblə hal-hazırda 61,74 kv. m sahəsi olan yaşayış evi onun adına, həyətyanı torpaq sahəsi isə xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə X8 adına qeydiyyatdadır və çıxarış verilmişdir. X15 onun mülkiyyətində olan evdən də istifadə etməyinə maneəçilik törədir. Həyətin ətrafı hasarlıdır və qapısı qıfılla bağlanmışdır. Evindən faktiki olaraq istifadə edə bilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Məcəllənin 181.4-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, bağışlama və sair bu əmlakın özgəninkiləşdirilməsinə dair əqd əsasında əldə edilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq Dünyaxanım Əliyevanın qohumluq və tanışlıq əlaqələrini istifadə edərək aldığı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəl 0,25 ha hayətyanı torpaq sahəsi və xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli 0,64 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən X6 adına rəsmiləşdirildiyini göstərən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələri üzrə mülkiyyət hüququnun tanınması öhdəliyin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi üzərinə qoyulması, mülkiyyətindən istifadə hüquqlarının bərpa olunması, mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. Cavabdeh və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs isə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuşdur, Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ev 2B-də qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının X27 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Böyük Göyüşlü kəndində fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Baş Dövlət Texniki və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2-1091 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 2 otaqlı 61,74 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi X24 adına qeydiyyata aınmışdır. Bərdə rayon 1 saylı Dövlət Notariat Kontoruna Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan X32 tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ərizənin surətindən görünür ki, X32 yaxın qohumu X19 ona baxdığı və onun qulluğunda durduğu üçün özünə məxsus Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən fərdi yaşayış evini və torpaq sahəsini təmənnasız olaraq X16 bağışlamışdır. Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayanlar X19 ilə X32 arasında bağlanmış xx.xx.2006-cı il tarixli X11 surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə JN; 0055 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Dövlət Torpaq Komitəsinin Qiymətləndirmə və alqı-satqı şöbəsinin arayışına əsasən Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən normativ qiyməti ******* manat olan 0,64 ha torpaq sahəsi X32 tərəfindən X16 bağışlanmışdır. Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayanlar X19 ilə X32 arasında bağlanmış xx.xx.2006-cı il tarixli Müqavilənin surətindən görünür ki, X17 Tİ və MHQ İdarəsinin xx.xx.2006-cı il tarixli 1/3 saylı arayışına və 2-1091 saylı qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 2 otaqlı, 48,06 kv.m yaşayış, 61,74 kv.m ümumi sahəsi olan 1960-cı ildə kərpicdən tikilmiş yaşayış evini X16 bağışlamışdır. Tərəflər bağışlanan evi 1000 manat qiymətləndirmişlər. Bərdə rayonu Böyük Göyüşlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ № 246957 nömrəli X12 surətindən görünür ki, X32 xx.xx.2007-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə ölmüş X24 vərəsəsi müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X29 verilmiş **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 42,5 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, torpaq sahəsi isə tam mülkiyyət hüququ üzrə X24 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrndə 74 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində 0.28 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 42,5 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, torpaq sahəsi isə tam mülkiyyət hüququ üzrə X24 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrndə 162 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3078/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat konturuna və üçüncü şəxs X9 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, X9 verilmiş 2V-622 reyestr nömrəli, 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3078/2023 saylı qərardadının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3078/2023 saylı qətnaməsinin qət etdi hissəsinə düzəliş edilmiş, “X9 verilmiş 2V- 622 reyestr nömrəli, 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin” cümləsi “X9 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin” cümləsi kimi oxunması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1145/2024 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3078/2023 saylı qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilərək İddiaçı Bərdə rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2017-ci ildə X9 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Həmçinin həmin qətnamədən görünür ki: xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə ölmüş X24 vərəsəsi müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsindən ibarətdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(104)-1606/2019 saylı qətnaməsi ilə X13 cavabdeh X9 qarşı Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş Bərdə Rayonu, Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 03 aprel 2001-ci il tarixli 02 nömrəli qərarı ilə X29 Bərdə rayonu Böyük Göyüşlü kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 0,64 ha torpaq sahəsi verilmiş, sonuncu həmin torpaq sahəsini 11 yanvar 2006-cı il tarixdə Bərdə rayon 1 saylı notariat kontorunda 40-6 nörmə ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında X16 bağışlamışdır. Mübahisəli torpaq sahəsinə dair 2006-cı ildə bağışlama müqaviləsi olsa da, lakin hədiyyə alan onu hədiyyə verənin sağlığı dövründə mülkiyyətinə keçirməmişdir. Ona görə də, miras qoyanın Əmlakına (0,64 ha torpaq sahəsi) onun birinci növbə vərəsəsi X9 notariat orqanı tərəfindən 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, eləcə də həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarış qanuni əsaslarla verilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, mübahisə edilən Bərdə Rayonu, Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin deməsinə görə, X19 ona bağışlanmış həmin torpaq sahəsini faktiki olaraq iddiaçıya vermişdir. Bu hallar isə onu deməyə hüquqi əsas verir ki, hazırkı iz üzrə iddiaçı İddiaçı hazırkı tələblə bağlı heç bir subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3431/2024 saylı qərarından surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1145/2024 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1145/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bərdə rayon Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli 009 saylı sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-681/2024 saylı məlumatdan görünür ki, X8 adına Bərdə rayonu Böyük Göyüşlü kəndində 2.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəsilə, 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsilə, 2,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 4 nəfər ailə üzvü ilə birlikdə (2/5 hissə) xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsilə və 0,25 ha həyətyanı torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 adına Bərdə rayonu Böyük Göyüşlü kəndində 2,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 4 nəfər ailə üzvü ilə birlikdə (1/5 hissə) xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********59 saylı məlumatdan görünür ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən fərdi yaşayış evi Bərdə rayon DT və MHQ İdarəsi tərəfindən verilmiş 2-1091 nömrəli qeydiyyat vəsiqəsində əsasən X29 məxsus olmuşdur. X17 rayon 1 saylı Dövlət Notariat Kontorunun rəsmiləşdirdiyi 4Ə-5 reyestr nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən fərdi yaşayış evini X16 bağışlamışdır. Daşınmaz əmlak bağışlanarkən müqavilədə torpaq sahəsi deyil, yalnız fərdi yaşayış evi qeyd olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha torpaq sahəsinə X24 adına 2006-cı ildə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin 0,25 ha torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada X13 adına keçdikdən sonra üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınması mümkündür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 11 oktyabr 2021-ci il tarixli 1826 saylı məlumatdan görünür ki, xx.xx.2006-cı ildə X32 tərəfindən nümayəndəsi olduğu X16 bağışlanmış və Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,28 ha torpaq sahəsi X24 mülkiyyətində olması barədə Bərdə rayon DT və MHQ İdarəsi tərəfindən verilmiş 2-1091 nömrəli qeydiyyat vəsiqəsində göstərilmədiyindən onların arasında bağlanmış daşınmaz əmlakın bəxşiş müqaviləsində həmin 0,28 ha torpaq sahəsinin X13 mülkiyyətinə verilməsi qeyd edilməmişdir. Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən və X24 mülkiyyətində olan 0,28 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixli, 4Ə-5 reyestrli rəsmiləşdirilmiş daşınmaz əmlakın bəxşiş müqaviləsi zamanı onun təqdim etdiyi qeydiyyat vəsiqəsində torpaq sahəsi barədə məlumatlar qeyd edilmədiyindən X13 mülkiyyətinə verilməsi barədə qeyd olunması mümkün olmamışdır. Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 yanvar 2024-cü il tarixli 76 saylı məlumatdan görünür ki, dayısı Ağa Əliyevdən qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxıldığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə müvafiq olaraq beş növbə vərəsələrin növbəsi müəyyən edildiyi, həmin qanunun 1160-cı maddəsinə əsasən “Əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etməsini”, ona görə də mərhumun birinci növbədə vərəsələri olduğundan sonrakı növbədə olan vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi nəzərdə tutulmadığı və mübahisələndirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 03 aprel 2001-ci il tarixli 02 nömrəli qərarı ilə X29 Bərdə rayonu Böyük Göyüşlü kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 0,64 ha torpaq sahəsi verilmiş, sonuncu həmin torpaq sahəsini 11 yanvar 2006-cı il tarixdə Bərdə rayon 1 saylı notariat kontorunda 40-6 nörmə ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında X16 bağışlamışdır. Bundan başqa Bərdə rayonu Böyük Göyüşlü kəndində 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Bərdə rayon DT və MHQ İdarəsi tərəfindən verilmiş 2-1091 nömrəli qeydiyyat vəsiqəsində əsasən X29 məxsus olmuşdur. X17 rayon 1 saylı Dövlət Notariat Kontorunun rəsmiləşdirdiyi 4Ə-5 reyestr nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən fərdi yaşayış evini X16 bağışlamışdır. Daşınmaz əmlak bağışlanarkən müqavilədə torpaq sahəsi deyil, yalnız fərdi yaşayış evi qeyd olunmuşdur. 0.64 ha torpaq sahəsinə və 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 2006-cı ildə bağışlama müqavilələri olsa da, lakin hədiyyə alan onu hədiyyə verənin sağlığı dövründə mülkiyyətinə keçirməmişdir. Ona görə də, miras qoyanın Əmlakına (0,64 ha torpaq sahəsi) onun birinci növbə vərəsəsi X9 notariat orqanı tərəfindən 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, eləcə də həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Çıxarış, 0,25 ha həyətyanı torpaq sahəsinə 09 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, eləcə də həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli ********** qeydiyyat qeydiyyat nömrəli ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, X9 notariat orqanı tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına dair X19 tərəfindən və İddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda iddialar qaldırılmış və Gəncə Apellyasiya Məhkəməsini qətnamələri ilə iddia tələbləri təmin olunmamış və X9 notariat orqanı tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni hesab edilmişdir. İddiaçı hazırda 09 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Çıxarışın və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğvini tələb edir. Məhkəmə hesab edir ki, X9 notariat orqanı tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni hesab edildiyindən həmin şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilə bilməz. Məhkəmə 09 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına münasibətdə qeyd edir ki, iş materiallarında müəyyən olunur ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Bərdə rayon DT və MHQ İdarəsi tərəfindən verilmiş 2-1091 nömrəli qeydiyyat vəsiqəsində əsasən X29 məxsus olmuşdur. X17 rayon 1 saylı Dövlət Notariat Kontorunun rəsmiləşdirdiyi 4Ə-5 reyestr nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən fərdi yaşayış evini X16 bağışlamışdır. Daşınmaz əmlak bağışlanarkən müqavilədə torpaq sahəsi deyil, yalnız fərdi yaşayış evi qeyd olunmuşdur. Buna görə də iddia tələbi bu hissədə də təmin olunmamalı və X9 notariat orqanı tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni hesab edilməlidir. Məhkəmə hesab edir ki, X9 notariat orqanı tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni hesab edildiyindən iddia tələbi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat qeydiyyat nömrəli ilə Çıxarışın ləğvi hissəsindədə təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi çıxarışların ləğvi hissəsində təmin edilmədiyindən digər hissələrdə də təmin oluna bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsi, mülkiyyətindən istifadə hüquqlarının bərba olunması, mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması” tələbinə dаir iddiası təmin edilməməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsi, mülkiyyətindən istifadə hüquqlarının bərba olunması, mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması” tələbinə dаir iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-119/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-119/2025
12.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver