Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1191/2023 01.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan evin 115,4 kv.m hissəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, həmin hissənin ona təhvil verilməsi və evin həmin hissəsindən istifadə etməyinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan evin 115,4 kv.m hissəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, həmin hissənin ona təhvil verilməsi və evin həmin hissəsindən istifadə etməyinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun bacısıdır. 2021-ci ilin yay aylarında müalicəsi ilə əlaqədar evdə olmadığı müddətdə bacısı olan cavabdeh ünvan 1 ünvanda yerləşən evin ona məxsus olan 115,4 kv.m hissəsinə olan qapının açarlarını anasına vermiş və anasıda müvəqqəti olaraq bacısını ora yerləşdirmişdir. İddiaçı həmin vaxt ona etiraz etməmişdir. Lakin sonradan keçmiş həyat yoldaşı ilə birgə nikahdan olan oğlu onun yanına gəlmiş, o da cavabdehə müraciət edib ki, oğlu ilə həmin mənzildə yaşayacaq deyə oranı tərk etsin. Lakin cavabdeh öz növbəsində bildirmişdir ki, oranı tərk etməyəcək .Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş AA3991940 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anada olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6414 saylı arayışda qeyd olunur ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********4-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 176.8 kv.m olan fərdi yaşayış evinin 115,4 kv.m hissəsi İddiaçı, 61.4 kv.m hissəsi isə X2 mülkiyyətindədir. Mülki işə əlavə olunmuş xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X1 şəhəri, Natavan küçəsi 46 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissəsini qızı İddiaçı vəsiyyət etmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, ünvan 1 ünvanında 176.8 kv.m olan fərdi yaşayış evinin 115,4 kv.m hissəsi İddiaçı və 61.4 kv.m hissəsi isə X4 texniki cəhətdən ayrılaraq plan sxem tərtib olunmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri arvadı- X7, oğlu-X9 və qızı Cavabdeh olmaqla Vaz 2103 minik markalı ** BH *** dövlət nömrə nişanlı avtomobilə 1/3 hissədə miras qalmışdır. Mülki işə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X1 şəhəri, Natavan küçəsi 46 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsindən 57.5 kv.m, 2-ci mərtəbədən 57.7 kv.m , ümumi olaraq 115.4 kv.m hissəni qızı İddiaçı bağışlamışdır. Mülki işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bölgüsü barədə müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsindən 57.5 kv.m, 2-ci mərtəbədən 57.7 kv.m , ümumi olaraq 115.4 kv.m hissəni qızı İddiaçı mülkiyyətinə verilir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********4-10301 reyestr nömrəli, **********qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanında 176.8 kv.m olan fərdi yaşayış evinin İddiaçı məxsus 115,4 kv.m hissəsinə və X4 məxsus 61.4 kv.m hissəsinə dair hər hansı bir özgəninkilləşdirmə müqaviləsi bağlanmamışdır. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********4-10301 reyestr nömrəli, **********qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 176.8 kv.m olan fərdi yaşayış evinin 115,4 kv.m hissəsi İddiaçı, 61.4 kv.m hissəsi isə X2 mülkiyyətindədir. Cavabdeh iddiaçının bacısı olmaqla mübahisəli evin ona məxsus olan hissəsində yaşayır. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus daşınmaz əmlakdan qanunsuz olaraq istifadə edir və bu iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi İddiaçı mülkiyyətində olduğundan, Cavabdeh həmin mübahisəli evi zəbt edərək iddiaçının mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddia tələbi təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan evin 115,4 kv.m hissəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, həmin hissənin ona təhvil verilməsi və evin həmin hissəsindən istifadə etməyinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus olan 115,4 kv.m hissəsindən əşyaları ilə birlikdə çıxarılsın, fərdi yaşayış evinin 115,4 kv.m hissəsi İddiaçı təhvil verilsin və fərdi yaşayış evinin 115,4 kv.m hissəsindən Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1191/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1191/2023
01.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver