Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1193/2023 30.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının boşaldılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bərdə rayonu, Qarayusifli kəndində yerləşən atasına məxsus evdən cehiz əşyalarının çıxarılması və boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonun Qarayusifli kəndində yaşayır. Atasına və anasına məxsus olan evdə məskunlaşmışdır. Onlar iki qardaşdırlar. 2016-cı ildə nikaha daxil olublar, nikah dövründə 2 övladları olmuşdur. O, günəmuzd fəhlə işləyir. Hər həftənin şənbə və bazar günləri mal bazarı adlanan yerdə balalalarını dolandırmaq üçün fəhlə işləyir. Onunla ailəsi arasında münasibətlər pozulmuşdur. Bu soyuqluğu yaratmağa səbəb onun həyat yoldaşı Cavabdeh olmuşdur. O, mal bazarına gecə saatlarında gedir. O, mal bazarında olarkən həyat yoldaşı ilə münasibətdə olan qapı bir qonşusu evə daxil olmuşdur, bunu bilən qohum-övlad və qonşular Ağayev Rizvanın onun həyat yoldaşı ilə cinsi münasibətdə bir yerdə olduqlarını tutmuşdurlar. X5 həyat yoldaşı qapı bir qonşu olduğu üçün hadisə yerində olmuşdur. Onların ailə kimi yenidən bir yerdə yaşamaqları qətiyyən mümkün deyildir, o, ona qarşı xəyanət etdiyi üçün onu heç bir zamana bağışlamayacaq. Onun buna canlı olaraq şahidləri var və məhkəmə iclasında şahid qismində iştirak edəcəklər. Hal hazırda nigahın pozulması məhkəmə icraatındadır. Cavabdeh onun ata evində cehiz əşyaları vardı. Həmin cehiz əşyaları ordan çıxarılmalıdır. Bu hadisədən sonra o, qardaşı ilə birlikdə yaşayır, həmin cehiz əşyalarını çıxarılmasını tələb edirlər. Həmin cehiz əşyaları bu siyahıdan ibarətdir. Qoşa yataq 1 ədəd, tək yataq 1 ədəd, döşək (qoşa yataq üçün) 1 ədəd, yorğan (qoşa yataq üçün) 1 ədəd, doşək (tək yataq üçün) 2 ədəd, yorğan (tək yataq üçün) 5 ədəd, şifoner 1 ədəd, servant 1 ədəd, termus 1 ədəd, duxovka 1 ədəd, uşaq kravatı 1 ədəd, adyal 2 ədəd, stol 1 ədəd, stul 6 ədəd, yastıq 7 ədəd, ütü-ütü altlığı ilə 1 ədəd, lüstr 2 ədəd, gəbə 3 ədəd, prədə karnizi ilə 5 ədəd, divan kreslo örtüyü 1 ədəd, paltaryuyan 2 ədəd (biri işləmir), meyvə vazı 3 ədəd, nəlbəki 10 ədəd, çaşqa 2 ədəd, kül qabı 2 ədəd, qənd qabı 1 ədəd böyük, 2 ədəd balaca, rumka (sadə 6 ədəd), rumka (göy) 6 ədəd, rumka (qırmızı) 6 ədəd, mürəbbə qabı 4 ədəd, vaz (göy) 1ədəd, bakal (bəzəkli) -4 ədəd, kofe çaşqası 5 ədəd, kasa 3 ədəd, şüşə çaynik 1 ədəd. Daha sonra İddiaçı məhkəməyə iddi tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində əşyaların bir qismini qeyd etmədiyini buna görədə dəqiqqqləşdirmə barədə ərizə verərək, cavabdehin onun valdeyinlərinə məxsus olan tozsoran 1 ədəd, stol üstü dördgözlü qaz 1 ədəd, vedrə 1 ədəd, aşsüzən 1 ədəd, xamır teşti 1 ədəd, padnos 1 ədəd, stolüstü xrustal güldan 1 ədəd, spalni odeyal 2 ədəd, gəlincik odeyal 1 ədəd, çaydan 1 ədəd, ləpə qabı 2 ədəd, iki dəst tort boşqabları, banka 3 kiloloq 60 ədəd, banka bağlayan 1 ədəd, şifoner 1 ədəd, servant 1 ədəd, termus 1 ədəd, duxovka 1 ədəd, uşaq kravatı 1 ədəd, odeyal 2 ədəd, stol 1 ədəd, stul 6 ədəd, yastıq 7 ədəd, ütü-ütü altlığı 1 ədəd, lüstr 2 ədəd, gəvə 3 ədəd, pərdə karnizi ilə 5 ədəd, divan kreslo üstlüyü 1 ədəd, paltaryuyan 2 ədəd( biri işləmir), meyvə vazı 3 ədəd, nəlbəki 10 ədəd, çaşka 2 ədəd, kül qabı 2 ədəd, qənd qabı 1 ədəd, 2 ədəd balaca, rumka (sadə) 6 ədəd, rumka (göy) 6 ədəd, rumka (qırmızı) 6 ədəd, mürəbbə qabı 4 ədəd, vaz (göy) 1 ədəd, bakal (bəzəkli) 4 ədəd, kofe çaşkası 5 ədəd, kasa 3 ədəd, şüşə çaynik 1 ədəd, qoşa yataq 1 ədəd, tək yataq 1 ədəd, döşək (qoşa yataq üçün) 1 ədəd, yorğan (qoşa yataq üçün) 1 ədəd, döşək (tək yataq üçün)-2 ədəd, yorğan (tək yataq üçün) 5 ədəd, yan döşəyi 1 ədəd. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddiaçının qeyd etdiyi əmlakların ona məxsus olduğunu, həmin əmlakları iddiaçının yaşadığı evdən çıxarmağa razı olduğunu bildirmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1990-cı ildə ünvan 1i ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Alpoud İnzibati Ərazi X2 tərəfindən 29 nömrəli, 18 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. İş materiallarında olan mediasiya şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, Cavabdeh əmlaklarını mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin əmlaklarının çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş materiallarında olan sənədlərlə də evin tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh məhkəmədə iddianın təmin edilməsinə etiraz etmədiyin nəzərə alaraq qeyd edilən əmlaklar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan əmlaklar - tozsoran 1 ədəd, stol üstü dördgözlü qaz 1 ədəd, vedrə 1 ədəd, aşsüzən 1 ədəd, xamır teşti 1 ədəd, padnos 1 ədəd, stolüstü xrustal güldan 1 ədəd, spalni odeyal 2 ədəd, gəlincik odeyal 1 ədəd, çaydan 1 ədəd, ləpə qabı 2 ədəd, iki dəst tort boşqabları, banka 3 kiloloq 60 ədəd, banka bağlayan 1 ədəd, şifoner 1 ədəd, servant 1 ədəd, termus 1 ədəd, duxovka 1 ədəd, uşaq kravatı 1 ədəd, odeyal 2 ədəd, stol 1 ədəd, stul 6 ədəd, yastıq 7 ədəd, ütü-ütü altlığı 1 ədəd, lüstr 2 ədəd, gəbə 3 ədəd, pərdə karnizi ilə 5 ədəd, divan kreslo üstlüyü 1 ədəd, paltaryuyan 2 ədəd( biri işləmir), meyvə vazı 3 ədəd, nəlbəki 10 ədəd, çaşka 2 ədəd, kül qabı 2 ədəd, qənd qabı 1 ədəd, 2 ədəd balaca, rumka (sadə) 6 ədəd, rumka (göy) 6 ədəd, rumka (qırmızı) 6 ədəd, mürəbbə qabı 4 ədəd, vaz (göy) 1 ədəd, bakal (bəzəkli) 4 ədəd, kofe çaşkası 5 ədəd, kasa 3 ədəd, şüşə çaynik 1 ədəd, qoşa yataq 1 ədəd, tək yataq 1 ədəd, döşək (qoşa yataq üçün) 1 ədəd, yorğan (qoşa yataq üçün) 1 ədəd, döşək (tək yataq üçün)-2 ədəd, yorğan (tək yataq üçün) 5 ədəd, yan döşəyi 1 ədəd- İddiaçı yaşadığı Bərdə rayonu, Qarayusifli kəndində yerləşən evdən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1193/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1193/2023
30.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver