Məhkəmə qərarları › İş №2(021)-1194/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1194/2024

16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1194/2024 16.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Qarabağ Regional Mədəniyyət İdarəsinə və Bərdə rayon X*rşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Qarabağ Regional Mədəniyyət İdarəsinə və Bərdə rayon X*rşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi hazırkı tələblə bağlı mübahisənin məhkəməyə qədər həlli üçün müvafiq orqana (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə) müraciət edilməsi və ya məsələnin həllindən həmin orqanın imtina etməsi barədə sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin *50.*.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-nin *52.*.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin *52.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Qarabağ Regional Mədəniyyət İdarəsinə və Bərdə rayon X*rşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *50,*52-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Qarabağ Regional Mədəniyyət İdarəsinə və Bərdə rayon X*rşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu *00 (bir yüz) manat geri qaytarılsın. Ərizəçi nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar