Məhkəmə qərarları › İş №2(021)-1197/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1197/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1197/2024 21.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Hacallı kənd Bələdiyyəsinin sədri Cavabdeh qarşı “əmlak payının alınıb verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Hacallı kənd Bələdiyyəsinin sədri Cavabdeh qarşı “əmlak payının alınıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, hazırkı tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı tələb olmadığından icraata qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, aqrar islahatı gedən zaman ona pay torpaq sahəsi verilməmişdir. Odur ki, indi pay torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən almaq istəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X1 Komissiyası 1995-ci il tarixdə yaradılmışdır. Komissiya: aqrar islahatın dövlət proqramını hazırlayır, Azərbaycan Respublikası Prezidentinin təsdiqinə verir və həyata keçirilməsini təşkil edir; islahat qanunlarının tətbiqi üçün təlimatları, tövsiyələri və digər sənədləri, zəruri materialları hazırlayır, onlara əməl olunmasını təmin edir; dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən obyektlərin siyahısını müəyyənləşdirir və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflər verir, ayrılan vəsaitlərin bölgüsünü aparır və təyinatı üzrə istifadəsini təmin edir; Naxçıvan Muxtar Respublikasının, rayon və yerli aqrar islahat komissiyalarının əsasnamələrini hazırlayır və təsdiq edir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır . «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25ci maddəsinin birinci hissəsinə əsasən fiziki və hüquqi şəxslər YAİK-in çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində RAİK-a şikayət edə bilərlər. «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir. Bundan sonra Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. Bələdiyyələrdən torpaq alınması isə yalnız hərrac vasitəsilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməsi izah edilməlidir. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul etməkdən imtina edir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 153-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Hacallı kənd Bələdiyyəsinin sədri Cavabdeh qarşı “əmlak payının alınıb verilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat iddiaçıya qaytarılsın. Ərizəçi nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar