Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1206/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı nümayəndəsi X3 Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu, Mehdili kəndində yerləşən onun mülkiyyətində olan 1,81 ha torpaq sahəsinin 0,10 ha hissəsindən Cavabdeh çıxarılmasına və torpaq sahəsinin sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Mehdili kəndi ərazisində ona məxsus 1,81 hektar torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi İdarəsində mülkiyyət hüquqlarını 29.09.2017-ci il tarixdə qeydə aldıraraq A 199785 saylı Torpaq sahəsinin planı və ölçüsünü, daha sonra mülkiyyət hüquqlarını DƏDRX-də qeydə aldıraraq **********43 reyestr nömrəli, ******* saylı çıxarış almışdır. Sözügedən torpaq sahəsinin 0,10 ha hissəsinə neçə müddətdir ki, hazırkı iş üzrə Cavabdeh zəbt edərək torpaqdan istifadə etməsinə maneçilik törətməklə mülkiyyət hüququnu pozur. Onun torpağında qanunsuz olaraq şumlama və s. işlər aparır. Dəfələrlə qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, o, haqlı tələbinə məhəl qoymur, həmin torpaqdan istifadə edib ailəsini dolandırmasına maneçilik törədir. Beləliklə onun mülkiyyət hüquqlarını kobud çəkildə pozur. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Hesab edir ki, Bərdə rayonu, Mehdili kəndində yerləşən onun mülkiyyətində olan 1,81 ha torpaq sahəsinin 0,10 ha hissəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, mütəxəssislər tərəfindən mübahisəli torpaq sahəsində ölçü işləri aparılmış və iddiaçıya məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. İddiaçının torpağından çıxmağa razı olduğunu qeyd edərək iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Mehdili kəndində yerləşən 1,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1206/2021 saylı 01 iyul 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə təkrar torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən müəyyən olunur ki, Bərdə rayonu Mehdili kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1,81 ha torpaq sahəsi 3 metr enində sahənin uzunluğu boyunca yəni 0,147 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan 1,81 ha torpaq sahəsinin 0,10 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən də müəyyən olunur ki, Bərdə rayonu Mehdili kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1,81 ha torpaq sahəsi 3 metr enində sahənin uzunluğu boyunca yəni 0,147 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,147 ha hissəsinin zəbt edilməsinə baxmayaraq iddiaçı iddia ərizəsində cavabdehin ona məxsus 1,81 ha torpaq sahəsinin 0,10 ha hissəsindən çıxarılmasını tələb etdiyindən iddia tələbi iddia ərizəsinə uyğun qaydada təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməklə cavabdeh tərəfindən zəbt edilmiş 0,10 ha torpaq sahəsi mülkiyyətçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bərdə rayonu Mehdili kəndində yerləşən 1,81 ha torpaq sahəsinin zəbt etdiyi 0,10 ha hissəsindən çıxarılsın və 0,10 ha torpaq sahəsi İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1206/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1206/2021
13.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver