Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1213/2023 20.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi, ərizəçinin nümayəndəsi X* iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli fakt təsdiqi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun *980-ci ilin may ayından *985-ci ilin oktyabr ayına qədər Bərdə rayon İcra Hakimiyyətinin Bərdə şəhər Kommunal Müəssisələri kombinatında sürücü işləməyi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək göstərdi ki, məhkəməyə təqdim edilmiş sənədlərdə çatışmamazlıqlar vardır. Bu səbəbdən də işə baxılmamış saxlanılmasını və sənədlərinin əslinin özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, ərizəçinin nümayəndəsinin ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.**-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.**-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli fakt təsdiqi” tələbinə dаir ərizəsi” baxılmamış saxlanılsın və sənədlər ərzəçiyə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan *0 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1213/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1213/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver