Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1221/2023 14.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaqdan istifadə etməyinə qanunsuz müdaxilələrin qadağan edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən onlara məxsus ümumilikdə 11.67 ha torpaq sahələrindən istifadə etməklərinə yaratdığı qanunsuz müdaxilələlərinin qadağan edilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı2 və onun 7 nəfərdən ibarət ailə üzvlərinə Bərdə rayon Qaratəpə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə, ümumilikdə 11.67 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN:0091 KOD: ******* saylı "torpağa mülkiyyət hüququna dair" dövlət aktı verilmişdir. Sözügedən torpaq sahəsinin 2.99 ha hissəsinə İddiaçı3, xx.xx.2015-ci il tarixdə ******* saylı, 9.65 ha hissəsinə isə İddiaçı1 xx.xx.2019-cu il tarixdə ********** saylı "Çıxarış"lar verilmişdir. Uzun illər torpaq sahəsi onların mülkiyyətində olsa da, 2 ilə yaxın müddətdir ki, hazırki iş üzrə Cavabdeh torpaqdan istifadə etməklərinə və qazanc əldə etməklərinə maneçilik törədir. Hətta Cavabdeh onlara qarşı Bərdə Rayon Məhkəməsində "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia qaldırmış, Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(021)-2410/2021 nömrəli (hakim E.Əhmədov) qətnaməsi ilə İddiaçı Cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şükür oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddianın təmin edilməsi; cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şükür oğlu iddiaçı Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Qaratəpə kəndində yerləşən 2,60 ha torpaq sahəsindən çıxarılmaları qət olunsa da, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1098/2022 saylı qətnaməsi ilə tərəflərindən verilmiş apellyasiya sikavəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(021)-2410/202 nömrəli qətnaməsinin ləğv edilmiş, iddiaçı Cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şükür oğluna qarşı torpaq sahəsindən Çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə verərək, İddiaçı2 iddiaçılar sırasından çıxarılmaqla iddiaçı qismində İddiaçı3 və İddiaçı1 Şükür oğlunun Cavabdeh qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaqdan istifadə etməyimə qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair" qətnamə qəbul etməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1977-ci il tarixdə Laçın rayon Qorçu kəndində anadan olmuşdur. Bərdə rayon Qaratəpə kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Nazırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli № 513 saylı arayışdan görünür ki, İddiaçı1 Bərdə rayon Qaratəpə kəndində yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının Seriya AZE №- ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı3 xx xxxxxxx 1978-ci il tarixdə Laçın rayon Qorçu kəndində anadan olmuşdur. Bərdə rayon Qaratəpə kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Nazırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli №514 saylı arayışdan görünür ki, İddiaçı3 Bərdə rayon Qaratəpə kəndində yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı2 xx.xx.1952-ci il tarixdə Laçın rayon Qorçu kəndində anadan olmuşdur. Bərdə rayon Qaratəpə kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Nazırlı kənd İƏD üzrə nümayəndəliyi təərfindən verilmiş 16 dekabr 2022-ci il tarixli, №515 saylı arayışdan görünür ki, İddiaçı2 Bərdə rayon Qaratəpə kəndində yaşayır. Mülki işə əlavə olunmuş seriya nömrəsi Seriya AA******* olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh 10 avqust 1995-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********63, qeydiyyat tarixi xx.xx.2015-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, № ******* nömrəli Çıxarışın sürətindən görünür ki, Bərdə rayon Qaratəpə kəndində yerləşən 2.99 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı3 və X1 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********86, qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın sürətindən görünür ki, Bərdə rayon Qaratəpə kəndində yerləşən 9.65 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı1 tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Brdə Ərazi İdarəsi tərəfindən verilmiş A№484415 nömrəli Torpaq sahəsinni planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon Qaratəpə kəndində yerləşən 2.99 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(104)-1098/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şükür oğluna qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, mülkiyyətində olan Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 6,99 ha torpaq sahəsinin 2,60 ha hissəsindən cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şükür oğlunun çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(021)-2410/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şükür oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddianın təmin edilməsi, cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şükür oğlu iddiaçı Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Qaratəpə kəndində yerləşən 2,60 ha torpaq sahəsinden çıxarılmaları qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh İddiaçı3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilərək, Bərdə rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(021)-2410/2021 saylı qətnaməsi ləğv olunmuş, iddiaçı Cavabdehlər İddiaçı3, İddiaçı1 Şükür oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 may 2023-cü il tarixli 2(102)-1488/2023 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2022-cü il tarixli 2(104)-1098/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2022-cü il tarixli 2(104)- 1098/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki,İddiaçı3 100 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məəllənin 110-cu maddəsinə əsasən b u Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən . Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsum cavabdehdən alınaraq iddiaçılarıa ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaqdan istifadə etməyinə qanunsuz müdaxilələrin qadağan edilməsi" tələbinə dair iddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 mülkiyyətndə olan Bərdə rayonu Qaratəpə kəndində yerləşən 9,65 ha və İddiaçı3 mülkiyyətndə olan Bərdə rayonu Qaratəpə kəndində yerləşən 2,99 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətləri qanunsuz hesab edilsin və iddiaçıların torpaqdan istifadə etmələrinə Cavabdeh qanunsuz müdaxiləsi qadağan edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı3 xeyrinə tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1221/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1221/2023
14.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver