Məhkəmə qərarları › İş №2(021)-1224/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1224/2024

07.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1224/2024 07.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinə qarşı «əmrin ləğv edilməklə işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi qarşı « əmrin ləğv edilməklə işə bərpa » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən 27 oktyabr 2023-cü il tarixli 18-1-28/3-1-3674/2023 saylı əmrin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildə əmək fəaliyyətinə başlamışdır. Müxtəlif idarə və təşkilatlarda müxtəlif vəzifələrdə çalışmışdır. Uzun illərdir Bərdə rayon X1 və X4 şöbəsinin həkimi vəzifəsində çalışmışdır. Hazırki iş üzrə heç bir əsaslı səbəb olmadan Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin 27 oktyabr 2023-cü il tarixdə, 18-1-28/3-1-3674/2023 saylı əmri ilə onunla bağlanmış əmək müqavilsinə xitam verilmişdir. Aşağıda göstərilən əsaslara görə barəsində qəbul olunmuş 27 oktyabr 2023-cü il tarixli 18-1-28/3-1-3674/2023 saylı əmrini əsassız və qanunsuz hesab edir. Belə ki, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər-hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hərhansı bir irad almamışdır. 27 oktyabr 2023-cü il tarixli 18-1-28/3-1-3674/2023 saylı əmrini 07 noyabr 2023-cü il tarixdə almış və işə bərpa tələbinə dair məhkəmədə iddia qaldırmamışdan əvvəl mediasiya təşkilatına müraciət etmişdir. Ancaq cavabdeh Təşkilat Mediasiya prosesinə gəlməmiş və bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həyat yoldaşı uzun illərdir İİ tip ağır şəkər xəstəsidir. İşdən çıxarılmağım onun səhhətinə və müalicəsinə mənfi təsir edəcək. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, sertifikasiya imtahanından təkrar keçə bilmədiyindən fəaliyyətinə 27 oktyabr 2023-cü il tarixdən xitam verilmişdir. İşə bərpa olunmasını tələb edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin nümayəndəsi X8 bildirdi ki, İddiaçı Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinin X2 Yardım şöbəsində Təcili və X3 üzrə həkim vəzifəsində işləmişdir. İddiaçı 65 yaşının tamam olması ilə əlaqədar əmək müqaviləsinin müddəti bitmiş və 1 il müddətinə uzadılmışdır. Sertifikasiya müddəti başa çatdığından 1-ci dəfə sertifikasiyadan keçə bilməmiş, vaxt verilmiş sertifikasiya imtahanından təkrar keçə bilmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-nin 1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən fəaliyyətinə 27 oktyabr 2023-cü il tarixdə xitam verilmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi tərəfəindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cǝlahani Əsgər Heydər oğlu həqiqətən xx.xx.2019-cu il tarixdən hal-hazıradək "Bərdə RMX" phş-nın TTTY şöbəsində Təcili və X3 üzrə həkim vəzifəsində işləmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi tərəfəindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışından görünür ki,Cǝlahani Əsgər Heydər oğlu həqiqətən Bərdə Xəstəxanası publik hüquqi şəxsin X2 X5 işləmişdir. Aylıq əmək haqqı 15-ci dərəcə 1214 (Bir min iki yüz on dörd) 30% -364 (üç yüz altmış dörd) fasiləsiz işə görə sabit həvəsləndirici əlavə 250 (iki yüz əlli ) manat olmuşdur. Mülki işə əlavə edilmiş AH №030282 nömrəli Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində Həkimlərin setifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində Terapiya ixtisası üzrə paraktik fəaliyyətlə məğul olmağa icazə verilmişdir. Sertifikasiya Şəhadətnaməsi xx.xx.2023-cü il tarixə qədər etibarlı olmuşdur. Mülki işə əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin xx.xx.2021ci il tarixli №-3478-K Əmrindən görünür ki, Bərdə Rayon Mərkəzi Xəstəxanası Təcili və X3 Stansiyasının Ümumi heyətin Təcili və X3 üzrə həkimi İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyuğn olaraq xx.xx.2021-ci il tarixdən 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişiklik edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə bağlanmış 457 №-li Əmək müqaviləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli ƏM dəyişiklik №-1-dən görünür ki, İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə bağlanmış 457 №-li Əmək müqaviləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli ƏM dəyişiklik №-1-dən görünür ki, İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə bağlanmış 457 №-li Əmək müqaviləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli ƏM dəyişiklik №-1-dən görünür ki, İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə bağlanmış 457 №-li Əmək müqaviləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli ƏM dəyişiklik №-1-dən görünür ki, İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə bağlanmış 457 №-li Əmək müqaviləsində dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli ƏM dəyişiklik №-1-dən görünür ki, İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin Əmək müqaviləsinə xitam verilməsi haqqında 27 oktyabr 2023-cü il tarixli 18-1-28/3-1- 3674/2023 saylı Əmrindən görünür ki, Cǝlahani Əsgər Heydər oğlu-İlkin səhiyyə xidməti üzrə X2 Yardım şöbəsinin Təcili ve X3 üzrə həkimi ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-nin 1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən (Sertifikasiya imtahanından təkrar keçə bilməyən, həmçinin Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunu təmin etmək məqsədi ilə 27 oktyabr 2023-cü il tarixdən xitam verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından görünür ki, İlkin səhiyyə xidməti üzrə X2 Yardım şöbəsinin Təcili ve X3 üzrə həkimi ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-nin 1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən (Sertifikasiya imtahanından təkrar keçə bilməyən, həmçinin Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunu təmin etmək məqsədi ilə 27 oktyabr 2023-cü il tarixdən xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinin X2 Yardım şöbəsində Təcili və X3 üzrə həkim vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixində Həkimlərin setifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində Terapiya ixtisası üzrə paraktik fəaliyyətlə məğul olmağa icazə verilmişdir. Sertifikasiya Şəhadətnaməsi xx.xx.2023-cü il tarixə qədər etibarlı olmuşdur. İddiaçı 65 yaşının tamam olması ilə əlaqədar əmək müqaviləsinin müddəti bitmiş və xx.xx.2021-ci il tarixdən çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq dəfələrlə uzadılmışdır. Sertifikasiya imtahanından təkrar keçə bilmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67nin 1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən fəaliyyətinə 27 oktyabr 2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmiin Məcəllənin 19-cu maddəsinə əsasən 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 67-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin c bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi nəzərdə tutulur Həmin Məcəllənin 70-ci maddəsinin Qeyd hissəsi: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.210-cu il tarixli Qərarinın 6.1-ci maddəsinə əsasən Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi tərəfindən Əmək müqaviləsinə xitam verilməsi haqqında 27 oktyabr 2023-cü il tarixli 18-1-28/3-1-3674/2023 saylı Əmrin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, İddiaçı Sertifikasiya Şəhadətnaməsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, Sertifikasiyadan təkrarən keçə bilmədiyindən xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-nin 1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən fəaliyyətinə 27 oktyabr 2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinə qarşı «əmrin ləğv edilməklə işə bərpa» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar