Məhkəmə qərarları › İş №2(021)-1237/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1237/2021

16.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1237/2021 16.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili X5, Cavabdeh Quliyeva Ağca Ramiz qızının iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavbdehin və əmlakların çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus olan Bərdə rayon Alpoud kəndində yerləşən fərdi yaşayış evindən cavabdeh Cavabdeh qızının əmlakı ilə birgə çıxarılmasına dair qətnamə qəbul olunmasını etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun Bərdə rayon Alpoud kəndində mülkiyyətində 0.3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.4 kv.m–dən ibarət fərdi yaşayış evi vardır. Həmin evə Daşnmaz Əmlakın Dövlət Reyestrindən 19.02.2021ci il tarixdə ********** saylı Çıxarış da verilmişdir. Hazırki iş üzrə cavabdeh Quliyeva Ağca Ramiz qızı onun gəlinidir. Cavabdeh onun oğlu X10 ilə 22.10.2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və onun evində yaşamışlar. Birgə nikah dövründə onların 3 uşaqları anadan olmuşdur. Lakin aralarında yaranmış narazılıqlara görə nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etmişlər və hazırda iş Bərdə rayon Məhkəməsinin icraatındadır. Cavabdeh Quliyeva Ağca Ramiz qızı onlarıla yola getmir, onları təhqir edir. Cavabdeh oğlu ilə ailə qurarkən müvəqqəti olaraq onun evində yaşayacağını bildirmişdir. O, dəfələrlə cavabdehdən evində olan əmlakları ilə birgə çıxmalarını tələb etməsinə baxmayaraq buna məhəl qoymamışlar. Ona görə də bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə təqdim edərək cavabdehin evdən çıxarılmalı olan əşyalarının siyahısını göstərmişdir: yataq dəsti mebeli ( qoşa çarpayı, 2 tumbuçka, güzgülü terma, dolab), qonaq dəsti mebeli, stol və 6 stul, divan və kreslo, listur, tozsoran, ətçəkən maşın, ütü , ütü stolu, plazma televizor, televizor altı, elektrikli soba, divatr saatı, 2 ədəd xalça, 2 ədəd pərdə, 1 ədəd pokrıval, 1 ədəd adyal, 3 ədəd döşək, 1 ədəd ocaq qırağı döşək, 1 ədəd mütəkkə, 5 ədəd yorğan, 3 ədəd yastıq, obedni sevis, çayni servis, 3 cüt bakal dəsti, 3 ədəd vaz, kofeyni servis, 14 ədəd qəndqabı, 6 ədəd armudud stəkan, 6 ədəd stəkan, 5 ədəd nəlbəki, 1 ədəd üç mərəbbə qab, 1 ədəd su qrafini, 1 ədəd lötkə qab, 2 ədəd məcməyi dəsti, qaşıq dəsti çamadan, 2 ədəd qazan dəsti. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qızı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədova Şubay Hümbət oğlu xx.xx.1956-cı il tarixdə Bərdə şəhərində anada olmuşdur. Bərdə rayon Alpoud kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 165 saylı, 03.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01 nömrəli təsərrüftbaşına kitabına əsasən aşağıdakı ailə üzvü vardır: X6. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 91 saylı, 28.01.2021-ci il tarixli arayışdan görünür ki, Alpoud kənd sakini X10 28.10.2014-cü il tarixdən etibarən ayrı təsərrüfatdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında 0.3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.4 kv.m olan fərdi yaşayış evi İddiaçı (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə), X1 (torpaq sahəsi ümumi birgə), X7 (torpaq sahəsi ümumi birgə), X8 (torpaq sahəsi ümumi birgə), X2 (torpaq sahəsi ümumi birgə) və X3 (torpaq sahəsi ümumi birgə) mülkiyyətindədir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh qızı İddiaçı oğlu Amid ilə rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Daha sonra İddiaçı oğlu ilə Cavabdeh qızı arasında ailə münasibətləri pozulmuş və ayrılmışlar. Hazırda Cavabdeh qızı uşaqları ilə birgə həmin mübahisəli evdə yaşayır. İddiaçının iddia etdiyi ev özünün xüsusi mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi ailə quraraq Cavabdeh sözügedən mənzildə yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin və cavabdehə məxsus əmlakların iddiaçının mülkiyyətində olan evdə qalması həmin evdən çıxarılmaması iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, həmçinin cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən iddiaıilə müqavilə də bağlamasını sübut edə bilməmişdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının mülkiyyətində olan əşyalarını evdən çıxarmamaqla mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddiaçının pozulmuş hüquqları bərpa edilməli və onun mülkiyyətində olan yaşayış evindən cavabdeh və ona məxsus əşyalar çıxarılmalıdır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Cavabdeh həmin mənzilə hər hansı bir hüququ olmadığından özünə məxsus əşyaları ilə birgə İddiaçı məxsus Bərdə rayon Alpoud kəndində yerləşən mənzildən çıxarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh qızından tutularaq iddiaçı İddiaçı xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Bərdə rayon Alpoud kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh özünə məxsus əşyaları - yataq dəsti mebeli ( qoşa çarpayı, 2 tumbuçka, güzgülü termo, dolab), qonaq dəsti mebeli, stol və 6 stul, divan və kreslo, lüstur, tozsoran, ətçəkən maşın, ütü , ütü stolu, plazma televizor, televizor altı, elektrikli soba, divar saatı, 2 ədəd xalça, 2 ədəd pərdə, 1 ədəd pokrıval, 1 ədəd adyal, 3 ədəd döşək, 1 ədəd ocaq qırağı döşək, 1 ədəd mütəkkə, 5 ədəd yorğan, 3 ədəd yastıq, obedni sevis, çayni servis, 3 cüt bakal dəsti, 3 ədəd vaz, kofeyni servis, 14 ədəd qəndqabı, 6 ədəd armudud stəkan, 6 ədəd stəkan, 5 ədəd nəlbəki, 1 ədəd üç mərəbbə qab, 1 ədəd su qrafini, 1 ədəd lötkə qab, 2 ədəd məcməyi dəsti, qaşıq dəsti çamadan, 2 ədəd qazan dəsti ilə birlikdə çıxarılsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh qızından tutularaq iddiaçı İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar