Məhkəmə qərarları › İş №2(021)-124/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-124/2022

02.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-124/2022 02.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Sədrəddi oğluna və Cavabdeh1 qarşı “torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Sədrəddi oğlunun və Cavabdeh1 0.9999 ha və 0.5282 ha torpaq sahəsindən çıxarılmalarına və onlara məxsus torpaqda mişar daşdan tikdirdikləri tikililərin və hasarların şəxsi hesablarına sökülərək qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1998-ci il tarixdə aqrar islahatı aparılan vaxt ona və ailə üzvlərinə 0.9999 1orpaq sahəsi və **********91 saylı reysterdən çıxarış verilmişdir. Digər yerdə isə 0.5282 ha paq sahəsi **********92 saylı reysterdən çıxarış verilmişdir. Cavabdehlər ona məxsus torpağı zəbt edərək qeyri-qanuni sözgedən torpaqdan istifadə edərək qanunsuz tikili tikdirmişlər. Cavabdehlər qəsdən onların torpağı zəbt ediblər. Hesab edir ki, cavabdehlər ona məxsus zəbt etdikləri torpaqdan çıxarılmalıdırlar, qanunsuz mişar daşdan tikdiyi tikililər öz şəxsi hesablarına sökülməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, öz pay torpağından istifadə edir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, öz pay torpağından istifadə edir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh4 Sədrəddi oğluna və Cavabdeh1 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə caavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1422 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA № 551531 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Qaradağlı kəndində 0.9999 ha torpaq sahəsi İddiaçı, X9, X6 və X10 ümumi birgə xüsusi mülkiyyələrindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA № 551532 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Qaradağlı kəndində yerləşən 0.5282 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Qaradağlı kəndində 0. 5282 ha torpaq sahəsi İddiaçı, X9, X6 və X10 ümumi birgə xüsusi mülkiyyələrindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dölət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Rəydən görünür ki: iddiaçı və cavabdehlərin bir neçəsinin iştirakı ilə X1 ve Cavabdeh2 istifadə etdikləri torpaq sahalari iddia edilən ərazidən aralı olduğu üçün digər cavabdehlər X3 va Cavabdeh4 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Hüquqların Dövlət qeydiyati haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrasi ila iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydə alınmış 0.9999 ha torpaq sahəsinin AA 551531 nomrəli "torpaq sahasinin plan və ölçüsu" sənədindəki torpaq sahəsinin koordinatlar tutuşdurulmuş, məlum olmuşdur ki, iddiaçıya sənəd üzrə verilmiş Qaradağlı kəndinin yaxınlığından 0.9999 ha torpaq sahəsinin 0.30 ha hissəsi cavadeh X7 tərəfindan, 0.08 ha hisəssi Cavabdeh4 Sadrəddin oğlu tərəfindən qalan 0.62 ha hissəsi isə yola və digər şəxslərin istifadə etdikləri torpaq sahəhələri ilə üst-üstə düşür. Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində **********4 qeydiyyat nömrəsi ilə liddiaçının xüsusi mülkiyyəl hüququ ila hüquqları qeydə alınmış 0.5282 ha torpaq sahəsinin AA 551532 nömrəli torpaq sahəsinin plan və Ölçüsü" sənədi ilə İddiaçı və ailə üzvlərinə Ərəblər kəndinin yaxınlığında birgə mülkiyyətinə verilmiş 0.5282 ha torpaq sahəsi isə digər şəxslər tərəfindən istifadə edilir Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi cavadehlər X4 və Cavabdeh4 Sadrəddin oğluna münasibətdə qismən təmin edilməli, qalan hissədə rədd olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıya sənəd üzrə verilmiş Qaradağlı kəndinin yaxınlığından 0.9999 ha torpaq sahəsinin 0.30 ha hissəsi cavadeh X7 tərəfindan, 0.08 ha hisəssi Cavabdeh4 Sadrəddin oğlu tərəfindən qalan 0.62 ha hissəsi isə yola və digər şəxslərin istifadə etdikləri torpaq sahəhələri ilə üst-üstə düşür. Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində **********4 qeydiyyat nömrəsi ilə liddiaçının xüsusi mülkiyyəl hüququ ila hüquqları qeydə alınmış 0.5282 ha torpaq sahəsinin AA 551532 nömrəli torpaq sahəsinin plan və Ölçüsü" sənədi ilə İddiaçı və ailə üzvlərinə Ərəblər kəndinin yaxınlığında birgə mülkiyyətinə verilmiş 0.5282 ha torpaq sahəsi isə digər şəxslər tərəfindən istifadə edilir Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsinin cavabdehlər X8 0.30 ha hissəsindən, Cavabdeh4 Sadrəddin oğlu 0.08 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi tikililərin və hasarların şəxsi hesablarına sökülməsi hissəsində təmin oluna bilməz. Belə ki, həmin tikililərin zəbt olunmuş torpaq sahəsinə düşməsi müəyyən olunmur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər X2 və Cavabdeh4 Sadrəddin oğlundan alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sədrəddi oğluna və Cavabdeh1 qarşı “torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına” tələbinə dair iddia qismən təmin edilsin. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsinin cavabdehlər X7 0.30 ha hissəsindən, Cavabdeh4 Sadrəddin oğlu 0.08 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər X2 və Cavabdeh4 Sadrəddin oğlundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar