Məhkəmə qərarları › İş №2(021)-1244/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1244/2021

16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1244/2021 16.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi X12 maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X9 01 iyul 1933-cü il tarixdə Ermənistanın Basarkeçər rayonunun Daşkənd kəndində anadan olması, atasının X16, anasının X21 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi X12 ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X9 01 iyul 1933-cü il tarixdə Ermənistanın Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur, atası X16, anası X13r. Mərhum atası 2004-cü ildə vəfat etmişdir. Atası anadan olduğu zaman valideyinləri atasına Ermənistanın Basarkeçər rayonundan şəhadətnamə almışlar. Atası həmin şəhadətnamə ilə orta məktəbə getmiş və şəxsiyyət vəsiqəsi almışdır . Lakin Qarabağ hadisələri ilə əlaqədar qaçqın gəldikləri zaman atasının doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Hal-hazırda o, pay torpaq sahəsini satmaq istəyir. Lakin ondan atasınnı doğum haqqında şəhadətnaməsini istəyirlər. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçi X12 ərizə verərək, bildirmişdir ki, ərizəsində atasının doğum yerini Ermənistanın Basarkeçər rayonunun Daşkənd kəndi qeyd etmişdir. Hal-hazırda atasının doğum yerinin Ermənistanın Basarkeçər rayonu olmasını istəyir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X12 ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 oğlu xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 127 saylı arayışdan görünür ki, X24 oğlu Bərdə rayon Yenidaşkənd kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AЭ № 141757 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Mansurov Əskər Mansur oğlu ilə X18 23.02.1970-ci ildə Bərdə rayon Yenidaşkənd kənd sovetində nikah bağlamışlar. Nikah bağladıqdan sonra arvada Mansurova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş AZ İ № 441757 saylı Çıxarışdan görünür ki, Mansurov Əsəgər Mansur oğlu ilə X18 23.02.1970-ci ildə Bərdə rayon Yenidaşkənd kəndində nikah bağlamışlar. Nikah bağladıqdan sonra arvada Mansurova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Vİİİ-ЖГ № 350118 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 06.01.1982-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Atası Mansurov Əskər Mansur oğlu, anası X10r. İş materiallarına əlavə edilmiş AЭ № ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1970-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Atası Mansurov Əskər Mansur oğlu, anası X10r. İş materiallarına əlavə edilmiş İİİ-ЖГ № 386121 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 30.06.1970-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Atası Mansurov Əskər Mansur oğlu, anası X10r. İş materiallarına əlavə edilmiş AZ-İ № 101657 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mansurov Əsgər Mansur oğlu 15.04.2004-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş AZ İ № 143753 saylı , 02.03.2021-ci il tarixli Arayışdan görünür ki, X22 13.02.2002-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş AZ İ № 101657 saylı , 02.03.2021-ci il tarixli Arayışdan görünür ki, Mansurov Əsgər Mansur oğlu 15.04.2004cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş J № 473 KOD 61000038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 20.11.1997-ci il tarixli 18 saylı qərarı ilə Bərdə rayonYenidaşkənd kənd sakinləri Mansurov Əskər Mansur oğlunun, X7, X11, X4, X8 və X5 mülkiyyətinə 1.62 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 02.03.2021-ci il tarixli arayışdan görünür ki, X24 oğlu mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizəçi X24 oğlunun mərhum atası X9 01 iyul 1933-cü il tarixdə Ermənistanın Basarkeçər rayonunda anadan olması, atasının X16, anasının X21 olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X9 01 iyul 1933-cü il tarixdə Ermənistanın Basarkeçər rayonunda anadan olması, atasının X16, anasının X21 olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X9 01 iyul 1933-cü il tarixdə Ermənistanın Basarkeçər rayonunda anadan olması, atasının X16, anasının X21 olması faktı müəyyən edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar