Məhkəmə qərarları › İş №2(021)-1252/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1252/2022

28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1252/2022 28.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi maraqlı şəxs Bərdə regional "ASAN xidmət" mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətlərinin müəyyən olunması faktı“ barədə ərizəsinə dair mülki işə baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə X1 onun anası olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə regional "ASAN xidmət mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətlərinin müəyyən olunması faktı“ barədə ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin **4, 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Bərdə regional "ASAN xidmət" mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətlərinin müəyyən olunması faktı“ barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar