Məhkəmə qərarları › İş №2(021)-1254/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1254/2022

28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1254/2022 28.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X15 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X15 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, 02.08.2021-ci il tarixdə vəfat etmiş mərhum əri X12 oğluna məxsus miras əmlaka sahiblik etməsi və həmin əmlakı idarə etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X12 oğlu 02.08.2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı sağ olarkən X8 qarşı 4800 manat pul tələbinə dair iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(075)1312\2019 saylı 31.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamə əsasında verilmiş icra sənədi Şəki şəhər İcra və Probasiya Şönəsinə göndərilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra vaxtında notariat orqanına müraciət etmədiyindən vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir ki, bu da ona çətinliklər yaradır. Belə ki, həyat yoldaşına Şəki rayon Məhkəməsinin 2(075)1312\2019 saylı 31.07.2019-cu il tarixli qətnaməsi ilə ödənilməli olan pulu ala bilmir. X15 Xidmət Mərkəzinin Notariat Kontorundan vərəsəlik şəhadətnaməsi almaq istəyərkən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmçinin qeyd etmişdir ki, mərhumla birgə nikah dövründə əldə etdikləri əmlaka və mərhum ərinə məxsus əmlaka faktiki olaraq o sahiblik edir və həmin əmlakı idarə edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X15 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılaraq qanuni qərara qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Bərdə rayon Bala Qəcər kəndində anadan olmuşdur. Bərdə rayon Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 102 saylı 09.02.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Qarağacı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş İİİ-JQ № 271836 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 oğlu ilə X7 02.04.1983-cü il tarixdə Bərdə rayon Mirzəcəfərli kənd sovetliyində 09 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Atakişiyev, arvada Atakişiyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ №201015 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 oğlu 02.08.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Şəki rayon 2 saylı notariat kontorunda təsdiq olunmuş 23.**.2015-ci il tarixli Borc müqaviləsindən görünür ki, X12 oğlu 5 ay müddətinə, yəni 23.04.2016-cı il tarixədək faizsiz Məmmədov Əliəfsər Əliəskər oğluna 14500 manat borc pul vermişdir. İş materiallarına əlavə olunmuş Şəki rayon Məhkəməsinin 2(075)1312\2019 saylı 31.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, X5 4800 manat pulun alınaraq X12 oğluna ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş X15 Xidmət Mərkəzi Notariat Ofisinin 14.02.2022-ci il tarixli, 299\2022 saylı məktubdan görünür ki, Ərizəçi X15 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmişlər, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından, həmçinin vərəsəlik şəhadətnaməsi almaq istədiyi əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmadığından imtina edilərək məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, mərhum X12 oğlu ilə Ərizəçi 02.04.1983-cü il tarixdə nikah bağlamışlar. Bayram Atakişiyev 02.08.2021-ci il tarixdə vəfat etmişdir. X15 Xidmət Mərkəzi Notariat kontoru ərizəçi tərəfindən mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş altı aylıq müddət ötürülməklə müraciət edildiyindən, həmçinin vərəsəlik şəhadətnaməsi almaq istədiyi əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda mərhum X12 oğlunun arvadı Ərizəçi Şəki rayon Məhkəməsinin 2(075)1312\2019 saylı 31.07.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə X12 oğluna verilməli olan borca vərəsəlik hüququnun tanınması üçün mirasın qəbul edilməsi faktını təsdiq olunması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi mərhum X12 oğlunun sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlakının, habelə mükafatının, müəllif qonorarının, alınmamış əmək haqqının, pensiysının, bank əmanətlərinin, qiymətli kağızlarının, müəssisədəki pay və sığorta ödənişinin və s. olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, yalnız Şəki rayon Məhkəməsinin 2(075)1312\2019 saylı 31.07.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə X12 oğluna verilməli olan borca vərəsəlik hüququnun tanınması üçün mirasın qəbul edilməsi faktını təsdiq olunmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi icra şöbəsinə müraciət edərək həmin icra sənədi üzrə özünün X12 oğlunun hüquqi varisi kimi əvəz edilməsini tələb etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Buna görədə məhkəmə hesab edir ki ərizə əsasızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin **51.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü bəndinə əsasən Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının İcra haqqında Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar