Məhkəmə qərarları › İş №2(021)-1256/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1256/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1256/2021 06.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun, İddiaçı1, Cavabdeh X4 iştirakları ilə, İddiaçı İddiaçı1 Mustafa oğlunun cavabdeh X5 qarşı ”evə köçrülmə və istifadə hüququnun verilməsi” tələbinə dair mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı1 Mustafa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X8 qızına qarşı evə köçrülmə və istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 onun sabiq həıyat yoldaşıdır, bir neçə il ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra cavabdeh X6 arasınd münasibətləri pisləşməyə başalmışdır. 26 dekabr 2017-ci il tarixdə cavabdehlə bir yerdə yaşamaq mümkün olmadığından məcburiyyət qarşısında qalıb evdən çıxmışdır. Bunda sonra Bərdə Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hazırda qohumlarının evində yaşayır, çox acınaacaqlı bir vəziyyətə düşüb, başqa qalacaq yeri yoxdur, ona görə də onlara məxsus olan evə köçüb, orada yşamaq istəyir, cavabdeh isə buna imkan vermir. Bərdə Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin 08 iyun 1988-ci il tarixli 566 saylı orderlə Bərdə şəhəri, Nizami küçəsi 11/1 (indiki H.Əliyev prospekti 11B) ünvanda yerləşən mənzil onun ailə üzvlərinə verilmişdir. Buna baxmayaraq sözügedən mənzil ona və oğluna məxsusdur. Lakin cavabdeh onu evə buraxmır və məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 Mustafa oğlu iddianı müdəfiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə icasında cavabdeh X6 izahatında iddianı qəbul etməyərək, İddiaçı1 ilə yaşamağın mümkün olmadığını bildirərək iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN-BƏRDƏ tərəfindən verilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxxxx 1960-cı ildə Bərdə rayonunda doğlumuş, Bərdə şəhəri, Təbriz küçəsi ev 8-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri, İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş, 2/19 saylı, 04 may 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Mustafa oğlu Bərdə şəhəri, Təbriz küçəsi 8 nömrəli evdə yaşayır. İş materiallarına əlavə olunmuş, Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 280870 nömrəli, 04 may 2020-ci il tarixli çıxrışdan görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 566 saylı, 08 iyun 1988-ci il tarixli orderindən görünür ki, Əhmədov Şəkəralı Mustafa oğluna ailə üzvüləri ilə birlikdə Bərdə şəhəri, Nizami küçəsi 11/1 evdə, 6 nömrəli mənzildə 1-ci blokda, 3-cü mərtəbədə beş otaqdan ibarət ev verilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirirək, eləcə də qanunvericiliyin yuxarıda göstərilən norma və tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı Əhmədov Şəkəralı Mustafa oğlunun ona ailə üzvüləri ilə birlikdə Bərdə şəhəri, Nizami küçəsi 11/1 evdə, 6 nömrəli mənzildə 1-ci blokda, 3-cü mərtəbədə beş otaqdan ibarət evə köçürülməsi və həmin evə dair istifadə hüququnun tanınması ilə bağlı verdiyi iddia əsaslıdır və həmin iddia təmin edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı1 oğlu Bərdə şəhəri, H.Əliyev prospekti 11/b ünvanda yerləşən evə köçrülsün və həmin evdən istifadə hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar