Məhkəmə qərarları › İş №2(021)-1257/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1257/2022

09.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1257/2022 09.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçı1, Maraqlı şəxslər X** və X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 məhkəməyə iddia ərizə ilə müraciət edərək, mərhum anaları X7 miras qalan əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, mərhum X21 onların doğma anasıdır, mərhum X19 isə doğma atalarıdır. X31 və ataları X27 Şöbəsi tərəfindən 05 may 1961-ci il tarixdə 69 nömrə ilə qeydə alınmaqla rəsmi nikah bağlamışlar. X31 və X36 birgə nikahları dövründə ömrlərinin sonuna qədər özlərinə məxsus olan ünvan 1 ünvanında yerləşən evdə yaşamışlar. X31 ilə X36un birgə rəsmi nikahlarından həmin evdə onlar İddiaçı1 və X8 anadan olmuşdur və valideynlərinin həmin evində böyümüşlər. X1 19 iyul 1998-ci ild ölmüşdür. X36 öldükdən sonra ondan qalan miras əmlak olan yaşayış evini və həyətyanı sahəni X31 qəbul etmişdir. X31 isə 09 aprel 2014-cü ildə beyin qansızmasından ölmüşdsür. ünvan 2 ünvanında yerləşən, 614.07 kv.m torpaq sahəsi və üzərində tikilmiş 78,80 kv.m yaşayış evi mərhum X36un, o, öləndən sonra anaları X12 xüsusi mülkiyyətində olmuşdur. Qeyd edilən xüsusi mülkiyyət olan yaşayış evinə ataları X5 və anaları X12 xüsusi mülkiyyəti olmasına dair 12 iyul 1987-ci il tarixdə texniki İnventarlaşma Bürosunun 3210 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan Yaşayış evinin Texniki pasport və Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarına əsasən A-213206 saylı **********3066 kod olan torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X31 öləndən sonra onlar analarından miras qalan yaşayış evini və həyətyanı sahəni qəbul edib, mirası idarə etməkdə davam etmişlər, onlar anaları öləndən sonra mirası qəbul etdikləri üçün daha heç bir yerə müraciət etməyə lüzum görməmişlər. Ancaq onlar soradan analarından miras qalan əmlaka vərəsə kimi tanınmaq üçün müraciət etməyi qərara almışdır. X46 “Asan Xidmət” mərkəzində notariat ofisi 02 mart 2022-ci il tarixli 461/2022 nömrəli məktubla göstərmişdir ki, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında İddiaçı1 və X15 iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxs X15 izahatında göstərdi ki, iddiaçılar bacı-qardaşıdır. Valideynlərindən miras qalmış əmlak iddiaçı bacı və qardaşı tərəfindən qəbul edilmiş və bu günə kimi də idarə etməklə, istifadələrindədir, həmin miras əmlakdan ona düşən hissədən qardaşı İddiaçı1 xeyrinə imtina etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X22 izahatında göstərdi ki, valdeyinlərindən miras qalmış əmlak iddiaçı bacı və qardaşı tərəfindən qəbul edilmiş və bu günə kimi də idarə etməklə, istifadələrindədir. Həmin miras əmlakdan ona düşən hissədən qardaşı İddiaçı1 xeyrinə imtina etmişdir. Cavabdeh Bərdə regional “Asan-Xidmət” Mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Nümayəndənin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçıların, maraqlı şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2022-i il tarixli, 221-05/69 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı1 xx xxxxxx 1973-cü ildə Bərdə şəhərində anadan olmuşdur, atası X19, anası X16r. İş materiallarında olan AZ-1995081 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 10 avqust 1970-ci ildə anadan olmuşdur, atası X19, anası X16r. İş materiallarında olan İJ158592 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 05 iyul 1934-cü ildə doğulmuşdur, atası X29, anası X13r. İş materiallarında olan İ-İE 420594 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 19 yanvar 1941-ci ildı doğulmuşdur, atası X20, anası X6r. İş materiallarında olan İ-İE 295420 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 ilə X23 arasında nikah 05 may 1961-ci ildə 69 saylı nikah akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli, 2742-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X30 09 aprel 2014-cü ildə ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli 2744-05/69 il tarixli arayışdan müəyyən olunur ki, X21 19 iyul 1998-ci ildən 09 aprel 2014-cü ilədək X12 nikah akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan V-JQ 292475 nömrəli arayışdan müəyyən olunur ki, X19 19 iyul 1998-ci ildə ölmüşdür. İş materiallarında olan Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə Rayon Şöbəsi tərəfindən verilmiş 27 dekabr 2013-cü il tarixli, 709 nömrəli arayışdan müəyyən olunur ki, X9 adına işlənmiş A 213206 saylı **********3066 kod olan torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 614.07 kv.m (yaşyış məntəqələri təyinatlı) torpaq sahəsi “X33” Azərbaycan Respublikası Qanunun müddəalarını rəhbər tutaraq Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarına əsasən onun və ailə üzvüləri X12, İddiaçı1 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrfə nümayəndəliyi tərəfindən verilmiş 930 nömrəli, 14 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X19 vəfat edənə kimi Bərdə şəhəri Təbriz 6/12 ünvanında yayaıb, vəfətından sonra ailə üzvləri olaraq X21, İddiaçı1 və X8 qalmışdır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1315 nömrəli, 03 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X21 vəfat edənə kimi ünvan 4 ünvanında yaşamış, vəfatından sonra onunla birlikdə yaşayan ailə üzvüləri X17 və X8 qalmışdır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1316 nömrəli, 03 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 ünvan 5 ünvanında yaşayır. İş materiaallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 10 avqust 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 Bərdə şəhəri xx xxxxxx 1973-cü ildə ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 16 iyul 1987-ci il tarixli pasportdan müəyyən olunur ki, X9 ünvan 7 ünvanda ünvan 8 olan Azərbaycan Respıublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Bərdə şəhərində Bərdə rayon Aqrar islahat Komissiyasının 31 iyul 2006-cı il tarixli, 06 saylı qərarı ilə X14 fərdi yaşayış evi tikmək üçün 614,07 kv.m torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 382-05/15 nömrəli məktubundan müəyyən olunur ki, X19 ilə X12 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxslərə dair yoxlama 21 iyun 2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu İddiaçı1 xx xxxxxx 1973-cü il ttəvəllüdlü, oğlu X24 02 aprel 1963-cü il təvəllüdlü, qızı X8 10 avqust 1970-ci il təvəllüdlü, qızı X18 01 yanvar 1976-cı il təvəllüdlü. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 50 saylı, 23 may 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 2 ünvanında yaşamış mərhumlar X12 və X9 vərəsələri oğlu İddiaçı1 və qızı İddiaçı2dır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3465 saylı, 23 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X2 şəhəri Təbriz küçəsi 6/18 ünvanında yaşayıb, himayəsində vəfat etdikdən sonra ailə üzvləri arvadı X21, oğlu İddiaçı1, oğlu X22, qızı İddiaçı2, qızı X18 və qızı X15 qalmışdır. İş materiallarında olan X15 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, o, valideynlərindən miras qalmış əmlakdan ona düşən paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan X18 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, o, valideynlərindən miras qalmış əmlakdan ona düşən paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan X22 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, o, valideynlərindən miras qalmış əmlakdan ona düşən paydan İddiaçı1 xeyrinə imtina etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 20**-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 20**-ci il tarixli Qərarları). Həmin Məcəllənin **33.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **34.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin **51.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Beləliklə, məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və ünvan 2 ünvanında yerləşən, 614.07 kv.m torpaq sahəsi və üzərində tikilmiş 78,80 kv.m yaşayış evinə iddiaçıların vərəsəlik hüquqları tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən, 614.07 kv.m torpaq sahəsi və üzərində tikilmiş 78,80 kv.m yaşayış evinə vərəsəlik hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar