Məhkəmə qərarları › İş №2(021)-126/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-126/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-126/2022 15.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 Əliyəddin oğluna,Cavabdeh3 Əliyəddin oğluna, Hü-seynov Məhəbbət Əliyəddin oğluna, X4, Cavabdeh6 Əliyəddin oğluna,Cavabdeh7 Əliyəddin oğluna və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 aprel 2016-cı il tarixli 132-16B saylı kredit müqaviləsi üzrə 4676.78 manat əsas borc, 6490.14 manat hesablanmış faiz borcu, 8329.29 manat hesablanmış dəbbə borcu olmaqla, cəmi 19496.21 manat kredit və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetiolan fərdi yaşayış evinin 14000 manat və 0.81 ha torpaq sahəsinin dəyərinin 2500 manat,2.2521 ha torpaq sahəsinin isə 1000 manat qiymətlən-dirilməsinə və borcun əvəzi bu qiymətlə ünvan 1i ünvanında Hüseyn Əliyəddin hüseyn oğlunun, Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlunun, Cavabdeh3 Əliyəddin oğlunun,Cavabdeh4 Əliyədin oğlunun, Hüseynov Səfalı Əliyədin oğlunun, Cavabdeh6 Əliyəddin oğlunun və Hüseynov Hü-seyn Əliyəddin oğlunun paylı mükiyyətində olan 0.26 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 89.2 kv.m, yardımçı sahəsi 19.8 kv.m, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 2.2521 ha və 0.81 ha ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ünvan 1i ünvanında Hüseyn Əliyəddin hüseyn oğlunun, Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlunun, Cavabdeh3 Əliyəddin oğlunun, Cavabdeh4 Əliyədin oğlunun, X6, Cavabdeh6 Əliyəddin oğlunun və Cavabdeh7 Əliyəddin oğlunun paylı mükiyyətindəki 0.26 ha torpaq sahəsində yerləşən 89.2 kv.m, yardımçı sahəsi 19.8 kv.m, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evindən orada yaşayanların çıxarılması, fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslan-dırılmışdır ki, cavabdeh Hüseynov Əliyəddin Hüseyn oğlu ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKt ASC) arasında 12 aprel 2016-cı il tarixli, 132-16 B saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 12 aprel 2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 6 faiz olmaqla 12 ay güzəşt müddəti ilə 10 000 manat məbləğində kredit verilmişdir. 12 aprel 2016cı il tarixli 132-16B saylı kredit müqaviləsinin təminatı kimi X7, Cavabdeh1 Hüseyn qızı, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X8, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu ilə 12 aprel 2016-cı il tarixli, 132-16B saylı və 12 aprel 2016-cı il tarixli İpotyeka müqaviləsi bağlanılmışdır. 12 aprel 2016-cı il tarixli, 132-16B saylı İpoteka müqaviləsinə əsasən Hüseynov Əliyəddin Hüseyn oğlu, Cavabdeh1 Hüseyn qızı, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X8,Cavabdeh6 Əliyəddin oğlu, Hü-seynov Hüseyn Əliyəddin oğlunun paylı mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində olan 0,26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 89,2 kv.m yaşayış, 19.8 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi (RX seriyalı, ******* nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10 sengtyabr 2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən) və Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 2.2521 ha (RX seriyalı, ******* nömrəli, **********21 reystr nömrəli, ********** qeydiyyat nömrəli, 18 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) və 0.81 ha kənd təsərrüfatlı torpaq sahələri (RX seriyalı, ******* nömrəli, **********9 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 18 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 12 aprel 2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsi üzrə cavabdehin BOKT-a 4676.78 manat əsas borc, 6490.14 manat hesablanmış faiz, 8329.29 manat hesablanmış dəbbə, cəmi 19496.21 manat borcu vardır. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X8, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu və X7 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlunun, Cavabdeh3 Əliyəddin oğlunun,Cavabdeh4 Əliyəddin oğlunun, X2, Cavabdeh6 Əliyəddin oğlunun, Cavabdeh7 Əliyəddin oğlunun, X3 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh8 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, VÖEN-ə malikdir. 12 aprel 2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 heyvandarlıq məqsədli ilə 36 ay müddətinə illik 6% olmaqla 10.000 AZN məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğluna, Cavabdeh3 Əliyəddin oğluna, Cavabdeh4 Əliyəddin oğluna, X4, Cavabdeh6 Əliyəddin oğluna, Cavabdeh7 Əliyəddin oğluna, X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar