Məhkəmə qərarları › İş №2(021)-126/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-126/2024

10.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-126/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər X17 və Cavabdeh1 qarşı «torpaqdan çıxarılma» tələbinə dаir mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər X17 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Qarağacı kəndində yerləşən xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında olan 0,54 ha torpaq sahəsindən Cavabdeh1 və X12 çıxarılması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurub evləndiyi hayat yoldaşı X4 xüsusi mülkiyyətində Bərdə rayon Qarağacı kəndində yerləşən 0.54 ha torpaq sahəsi olmuşdur. Elşən Mərdanov xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra vərəsəsi olaraq torpaq sahəsi onun adına sənədləşmiş, xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış verilmişdir. Həyat yoldaşı uzun zaman xəstə olduğu üçün torpaq sahasini hər zaman o istifadə etmişdir. Halhazırda onların xüsusi mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsini hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və X17 qanunsuz yolla zəbt etmişdir və onların istifadə edib, əkin əkib becərməklərinə maneçilik törədir. Təxminən 15 il bundan öncə 0.54 ha torpaq sahəsini sanədsiz qeyri-rəsmi olaraq Xaqani Ağayevə icarəyə vermişdilər. X22 vəfat etdikdən sonra onun vərəsələri olaraq hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi övladları torpaq sahəsini istifadə edir. Xəqani Ağayev icarə müddəti bitdikən sonra torpaq sahəsini onlara verəcəkdi. Torpaq sahasinin icarə müddəti bitdikdən sonra Xəqani Ağayevin övladları hazırki iş üzrə cavabdehlərdən onlara məxsus olan torpaq sahəsindən çıxmalarını bildirdikdə isə 0.54 ha torpaq sahasini onlara verməkdən imtina etdilər. Halhazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. İndi isə onlar dəfələrlə cavabdehə onlara məxsus olan 0.54 ha torpaq sahəsini tələb etdikdə isə verməkdən imtina edir və onlara bildirir ki, " həmin torpaq sahəsi onlara məxsusdur." Halbuki onlara məxsus olan 0.54 ha hissəsini onlara heç bir şəxsin istifadasinə verməmişlər. Hal hazırdada Cavabdeh1 və X7 onlara məxsus olan 0.54 ha torpaq sahəsindən çıxarılmasını istəyirlər. Çünki hal-hazırda həmin torpaq sahasindən istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Bunun üçün də onlar da məcbur qalıb məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı rədd edərək pulu verdiklərini və iddiaçının pulu ondan aldığını, kələm əkib ailəsini dolandırdığını bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında digər cavabdeh X17 iştirak etməmişdir. Məhkəmə işə X12 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə ünvan 2ində anadan olmuşdfur. ünvan 2ində yaşayır. Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qarağacı kəndində yaşayır və qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 320008 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş koma səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X9 ilə X3 arasında xx.xx.1998-ci il tarixdə Bərdə rayonu, Mirzəcəfərli kəndində rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Mərdanov, arvada isə Mərdanova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 07 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********19 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0,54 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bərdə rayon Polis Şöbəsi tərəfindən Xanım İsayevaya ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ASAN Bərdə tərəfindən AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o Bərdə rayonu, Mirzəcəfərli Ə/D, Qarağacı kəndi, xx.xx.2001-ci il təvəllüdlü X17 xx.xx.2018-ci il tarixdə ASAN Bərdə tərəfindən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan JN-0059 saylı, KOD: 61014028 olan dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı ilə X9 və X2 0,86 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ƏN-İ № 130842 saylı 26 noyabr 2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, X8 və İddiaçı Bərdə rayonu Qarağacı kəndində yaşayan X14 ünvan 2ində yerləşən 0,86 ha torpaq sahəsi ilə bağlı müxtəlif hərəkətlərin edilməsi və sənədləşmə işlərini aparmağı etibar edib və etibarnamə 100 il müddətinə verilib. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1415/2023 saylı 05 iyun 2023-cü il tarixli məktubdan görünür ki, X4 və İddiaçı Bərdə rayon 1 saylı dövlət notariat ofisində X14 26 noyabr 2109-cu il tarixədək vermiş olduqları əmlakın üzərində sərəncam verilməsinə dair etibarnamə ləğv edilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(021)-2159/2023 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə həvalə olunmuş. Ekspert qarşısında aşğıdakı sullar qoyulmuşdur: 1) Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-0059, KOD: 61014028 nömrəli Dövlət Aktına əsasən X8 və X1 mülkiyyətində olan torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ya başqa bir şəxs tərəfindən istifadə edilir mi? 2) Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişdirsə kim ərəfindən və nə qədər hissəsi zəbt edilmişdir? Həmin torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir mi? 3) Ekspertiza zamanı yaranan digər sualların araşdırılması ekspertə izah edilmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-2159/2023 nömrəli 09 iyun 2023-cu il tarixli mülki iş üzrə İddiaçı cavabdehler X15 ve X13 qarşı "torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzre Bərdə rayon Məhkəməsinin 30 may 2023-cù il tarixli 2(021)-2159/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azerbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uygun gəlməyən DWG fayllarında olan uygunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 30 may 2023-cü il tarixi 2(021)-2159/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilerek TEKUİS məlumat bazası ilə müqayisə edilmişdir. 1) Sual: Azərbaycan Respublikası Torpaga muülkiyyət hüququna dair JN-0059 saylı, KOD 61014028 olan Dövlət Aktına əsasən X10 və X1 qızının mülkiyyətində olan torpaq sahəsi cavabdehler Cavabdeh1 və X16 və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi? Cavab TEKUİS məlumat bazasına əsasən Torpaga mülkiyyət hüququna dair JN-0048 saylı, dövlət aktı ilə X10 və X1 mülkiyyətinə verilmiş 0.54 ha torpaq sahəsi cavabdehler Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. 2) Sual Həmin torpaq sahəsi zəbt edilmişdirmi və edilmişsə kim tərəfindən və nə qədər hissəsi zəbt edilmişdir? Həmin torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir mi? Cavab: TEKUİS məlumat bazasına əsasən qeyd edilən mübahisəli torpaq sahəsi, bütünlükdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Onların xüsusi mülkiyyətində olan və halhazırda zəbt olunmuş Bərdə rayon Qarağacı kəndində yerləşən xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında olan 0,54 ha torpaq sahəsindən Cavabdeh1 və X12 çıxarılması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən İddiaçı məxsus olan ünvan 2ində yerləşən 0,54 ha torpaq sahəsi bütövlükdə cavabdehlər X17 və Cavabdeh1 tərəfindən istifadə olunduğundan, cavabdehlərin mərhum atalarına vaxtilə etibarnamə verildiyindən və ataları vəfat etdiyindən və etibarnamə də ləğv edildiyindən cavabdehlər X17 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2ində yerləşən 0,54 ha torpaq sahəsindən çıxarılmalıdır. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddiasını sübut etmişdir və cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsinin hüquqi və qanuni əsası mövcud deyil və buna dair cavabdehlər tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia qanuni və əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən tələb edilmədiyindən iş üzrə ödənilmiş 100 AZN dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X17 və Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2ində yerləşən 0,54 ha torpaq sahəsindən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar