Məhkəmə qərarları › İş №2(021)-1266/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1266/2021

16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1266/2021 16.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X5 iclas kаtibliyi, ərizəçi X3 vəkili X1 və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi” tələbinə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (bundan sonra AR ƏMDK DƏDRX-nin 7 saylı Bərdə Əİ) qarşı məhkəməyə ərizə ilə müraciət edərək Bərdə rayon Şirvanlı kəndinin ərazisində, Bərdə-Ağdam yolunun, Ağdam istiqamətində Şirvanlı kəndinin giriş hissəsinin sol tərəfində yolun kənarında yerləşən 0,25 hektar torpaq sahəsinin kərpic zavodunun tikintisi üçün mərhum atası X4 ayrılması faktının müəyyən edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə iclasında ərizəçi N.Kərimovun vəkili R.M.Ağamalıyev ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında AR ƏMDK DƏDRX-nin 7 saylı Bərdə Əİ-nin nümayəndəsi X6 bildirmişdir ki, ərizəçi AR ƏMDK DƏDRX-nin 7 saylı Bərdə Əİ-nə müraciət etmişdir. Ərizəçiyə bildirilmişdir ki, müraciət araşdırılmış və müəyyən edilmişdir ki, sözügedən mübahisəli torpaq sahəsinin X4 aid olması ilə bağlı hüquqi əhəmiyyətli sənəd aşkar edilmədiyi üçün imtina edilmişdir.Odur ki, məhkəmədən ərizəçi X3 ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizəçinin vəkilini və maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb, ərizəyə qiymət verib belə hesab edir ki, ərizə MPM-in 259.0.10-cu maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı işdən görünür ki, AR ƏMDK DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi ərizənin təmin edilməsinə etiraz etdiyindən hüquq haqqında mübahisə yaranmışdır. MPM-in 259.0.10-ci maddəsinin tələbinə görəhüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar