Məhkəmə qərarları › İş №2(021)-1278/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1278/2022

18.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1278/2022 18.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X6 Xidmət 1 X3rşı 29 sentyabr 2010-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə, miras əmlakın tərəflərindən qəbul edilməsi faktının və miras əmlak üzərində paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 29 sentyabr 2010-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə, miras əmlakın tərəflərindən qəbul edilməsi faktının və miras əmlak üzərində paylarının müəyyən edilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsindən görünür ki, Cavabdeh1 ünvanı Tərtər rayonu Buruc kəndidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı X1 cavabdeh X2 qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və hasarın hörülməsinə icazə verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X6 Xidmət 1 X3rşı 29 sentyabr 2010-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə, miras əmlakın tərəflərindən qəbul edilməsi faktının və miras əmlak üzərində paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar