Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1280/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ** dekabr 2021-ci il təvəllüdlü X2 Bərdə rayonu Qaraqoyunlu kəndində anadan olması, X2 atası X5 olması faktının müəyyən edilməsi və X2 doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Atatürk küçəsi ev 126 da yaşıyan X5 ilə qeyri rəsmi olaraq ailə həyatı qurublar. Onların qeyri rəsmi nigahlarından ** dekabr 2021-ci il təvəllüdlü X1 rayonu doğum evində dünyaya gəlməmişdir. Uşaq dünyaya gəldiyi vaxtdan uşağına doğum haqqında şəhadətnamə alınmamışdır. O, bu barədə müraciətlər edib və ona bildirilir ki, yalnız məhkəmə doğum faktının müəyyən edilməsi barədə xeyrlərinə qərar çıxarıldıqdan sonra övladınıza doğum haqqında şəhadətnamə ala bilərlər. Ona övladının gələcəyini düşünərək övladına doğum haqqında şəhadətnamə almaq lazım olduğunu əsas tutaraq məhkəməyə üz tutmalı olub. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi onun arvadıdır. Onlar evləniblər, bir uşaqları var, lakin doğum haqqında şəhadətnamə almayıblar. Uşağın atası odur. Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ərzəçinin yeznəsidir. Ərizəçi ilə X5 evləniblər. Bir qızları var, doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, ərizəçinin anasıdır. Qızı Xatirə Həsənzadə Eşqin ilə evlənib, bir qızları var, doğum haqqında şəhadətnaməsi yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 19 iyul 1996-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE 06267138 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 01 may 1957-ci ildə Bərdə rayonu, Yeniəyricə kəndində doğulmuşdur, Bərdə rayonu, Qaraqoyunlu kəndində yaşayır. İş materiallarında olan AA2896457 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 24 sentyabr 1999-cu ildə doğulmuşdur. İş materillarında olan Bərdə rayonu, Güloğlular kənd Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 107 nömrəli, 08 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Qaraqoyunlu kəndində yaşayır. İş materiallarında olan X3 X15 tərəfindən verilmiş 372 nömrəli, 02 fevral 2022-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, Ərizəçi ** dekabr 2021-ci il tarixdə anadan olmuş qız uşağı halhazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamənin surətindən müəyyən olunur ki, ** dekabr 2021-ci il tarixdə bir qız uşağı doğulmuşdur. İş materiallarında olan AZ-İİ 480392 ömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Həsənzadə Eşqin Rafiq oğlu ilə Ərizəçi ilə 19 mart 2022-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Həsənzadə soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli, 137-05/15 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi ** dekabr 2021-ci il tarixdə bir qız övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi ** dekabr 2021-ci il tarixdə Bərdə şəhərində bir qız uşağının olması, atası X5, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1280/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1280/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver