Məhkəmə qərarları › İş №2(021)-1281/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1281/2025

03.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1281/2025 03.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1rşı “əmrdə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1rşı “əmrdə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə işdən azad olunmasına dair xx.xx.2022-ci il tarixli əmrində düzəliş edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında hazırki idda tələbi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MŞB/MT039- 2024-01239 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli MŞB/MT039-2024-01238 reyestr nömrəli barışıq sazişləri imzalanmışdır. İddiaçı iddia ərizəsindəki tələbi qeyd edilən barışıq sazişlərində öz əksini tapmış və cavabdehlərlə həmin tələbin təmin edilməsi barədə razılıq əldə edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Eyni zamanda Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı tərəfindən daha öncə yuxarıda qeyd edilən barışıq sazişlərin təsdiq edilməsi məqsədilə xüsusi icraat qaydasında Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(21)-4114/2024 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(040)-266/2025 nömrəli qərardadı ilə ərizəçinin vəsatəti əsasında ərizə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1rşı “əmrdə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1rşı “əmrdə düzəliş edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar