Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1289/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18 oğlunun, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X19 Xidmət 1 saylı Notariat Kontoruna, Maraqlı şəxs2, Maraqlı şəxs3 Cəfər qızına, Maraqlı şəxs4 Cəfər qızına, Maraqlı şəxs5 Cəfər qızına və Maraqlı şəxs6 mirası qəbul etmə faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mirası qəbul etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmıdır ki, anasının mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinə JN 269 A KOD 61010018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə verilmişdir. ünvan 1 ünvanında yerləşən torpaq sahəsində atası və anası fərdi yaşayış evi tikdirmişlər. Onlar 5 bacı, 2 qardaş olmuşdur. Bacı qardaşlarından sadəcə 1 qardaşı vəfat etmişdir. X1 21 dekabr 1993-cü il tarixdə, anası Mikayılova Xurşud Abbas qızı 05 iyun 2010-cu il tarixdə vəfat etmişdir. Atası və anası vəfat etdikdən sonra Bərdə rayon Kətəlparaq kənd ünvanında yerləşən fərdi yaşayış evində o, ailə üzvləri ilə birlikdə yaşamışdır. X14 vəfat etdikdən sonra miras qalmış həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini miras olaraq o, qəbul etmişdir. 2010-cu il tarixdən həmin evdə o, yaşamış, həmin evdə bir çox təsərrüfat işləri aparmışdır. İndi isə anasından miras qalmış həyətyanı torpaq sahəsini adına rəsmiləşdirmək istəyir, lakin fərdi yaşayış evinin heç bir sənədi yoxdur. Bununla bağlı X19 Xidmət Mərkəzində notariat kontoruna müraciət etdikdə isə mirası ounun adına sənədləşdirməkdən imtina etmişlər. Səbəb kimi mirasın qəbul edilməsi müddətinin ötürülməsi göstərilmişdir. Hal-hazırda o, həin evdə alə üzvüləri ilə birlikdə yaşayır. Mirası qəbul etdiyini Kətəlparaq kəndində bütün qonşuları və qohumları təsdiq edə bilərlər. Buna ggörə də mirası qbul etmə faktının təsdiq edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X19 Xidmət 1 saylı Notariat Kontoruna, Maraqlı şəxs2, Maraqlı şəxs3 Cəfər qızına, Maraqlı şəxs4 Cəfər qızına, Maraqlı şəxs5 Cəfər qızına və Maraqlı şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Torpağa mülkiyyətə verilməsinə dair JN-0269A KOD 61010018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Kətəlparaq kənd sakini X4 mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, ünvan 2 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 288 nömrəli, 10 fevral 2022-ci il tarixli arayışdan müəyyən olnur ki, Mikayılov Elbrus Cəfər oğlu ünvan 1ində anasına məxsus olan fərdi yaşayış evində yaşayır. İş materiallarında olan AZ-İ 409467 nömrəli arayışdan müəyyən olunur ki, X8 05 iyun 2010-cu ildə ölmüşdür. İş materiallarında olan 54**51 nömrəli arayışdan müəyyən olunur ki, Mikayılov Elbrus Cəfər oğlu xx xxxxxxxx 1963-cü ildə Bərdə rayonunda doğulmuşdur, X1, anası Mikayılova Xurşud Abbas qızıdır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin suurətindən müəyən olunur ki, Ərizəçi Cəfər oğlu 12 sentyabr 1963-cü ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuşdur, ünvan 1ində qeydiyyatdır. İş materiallarına əlavə edilmiş AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 Cəfər qızı xx xxxxxxx 1956-cı ildə Bərdə Şahvəlilər kəndində doğulmuş, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin suurətindən müəyyən olunur ki, Mikayılova Səlbi Cəfər qızı xx xxxxxx 1959-cu ildə Bərdə rayonu Şahvəllər kəndində doğulmuş, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs5 xx xxxxxx 1965-ci ildə ünvan 1ində doğulmuş, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin suurətindən müəyyən olunur ki, Maraqlı şəxs4 xx xxxxxxx 1961-ci il tarixdə ünvan 1ində doğulmuş, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA 0149**6 nömrəli şəxsiyyə vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs6 Cəfər qızı xx xxxxxx 1967-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs4 Cəfər qızı tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, anası Mikayılova Xurşud Abbas qızının vəfatından sonra onun tərəfindən mirasın qəbuul edilməsi müddəti ötürüldüyündən, mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlakın bölünməsi üçün məhkəməyə müraciət edəcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs5 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, anası Mikayılova Xurşud Abbas qızının vəfatından sonra onun tərəfindən mirasın qəbuul edilməsi müddəti ötürüldüyündən, mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlakın bölünməsi üçün məhkəməyə müraciət edəcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs3 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, anası Mikayılova Xurşud Abbas qızının vəfatından sonra onun tərəfindən mirasın qəbuul edilməsi müddəti ötürüldüyündən, mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlakın bölünməsi üçün məhkəməyə müraciət edəcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs2 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, anası Mikayılova Xurşud Abbas qızının vəfatından sonra onun tərəfindən mirasın qəbuul edilməsi müddəti ötürüldüyündən, mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlakın bölünməsi üçün məhkəməyə müraciət edəcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 989035 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 02 mart 2019-cu ildə ölmüşdür. İş materiallarında olan, Bərdə regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli, 1220 nömrəli məktubdan müəyyən olunur ki, Mikayılov Cəfər Çərkəz oğlunun və X2 barəsində vərəsəlik işinin açılmasına dair “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sisteminin mluumat axtarış bazasında 01 mart 2008-ci il tarixdən 26 may 2022-ci il tarixədək olan dövrlərdə heç bir məlumat aşkar olnmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyətə verilməsinə dair JN-0269A KOD 61010018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Kətəlparaq kənd sakini X4 mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. X8 05 iyun 2010-cu il tarixdə vəfat etmiş, ondan miras qalmış əmlakı faktiki olaraq Ərizəçi qəbul edərək idarə etdmişdir, buna görə də Ərizəçi mirası qəbul etməsi və mirasən qəbnul etməsi müddətinin ötürülməməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X3 miras qalmış Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi Ərizəçi tərəfindən faktiki miras əmlak kimi qəbul etməsi və mirasın əmlakın qəbul etməsi müddətinin ötürülməməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1289/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1289/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver