Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-129/2022 25.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X28 oğlunun, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X18, X19, Cavabdeh4 oğlu, X13 və Cavabdeh6 qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi tələbinə dair mülki Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Bərdə rayonu, Mollalı kəndində yerləşən 1 mrtəbəli, 4 otaqlı fərdi yaşayış evinin naturada bölünməsi və evdən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Mollalı kəndində 8/14 hissəsi ona, 1/14 hissəsi X14, 1/14 hissəsi Yusifov Natiq Qubuş oğluna, 1/14 hissəsi Yusibov Saqi Qubuş oğluna, 1/14 hissəsi X15, 1/14 hissəsi Yusibova Ətrabə Qubuş qızına və 1/14 hssəsi Yusibov Əlibala Qubuş oğluna məxsus olmaqla paylı mülkiyyətində fərdi yaşayış evləri var. Sözügedən fərdi yaşayış evinə Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rsyteri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 08 fevral 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Fərdi yaşayış evində cavabdehlərlə birlikdə yaşamaqları mümkün olmayacağından dəfələrlə paylı mülkiyyətdə olan yaşayış evinin hərraca çıxarılması və satışdan əldə ediləcək pul vəsaitinin aralarında hissələrinə uyğun bölünməsi və ya kompensasiya ödənilməklə mənzildən onun və ya cavabdehlərin isttifadə hüquqlarına xitam verilməsi barədə razılığa gəlməyə cəhdlər etsə də nəticəsi olmamışdır. Sözügedən fərdi yaşayış evi 1 mərtəbəli olmaqla 4 otaqdan ibarətdir. Evin bir giriş qapısı, bir mətbəxi, bir sanitar qovşaöı var. Evdən istifadə istifadə etmələri və paylarının müəyyən edilib bölünməsi mümkünsüzdür. Belə olan təqdirdə aralarında tez-tez münaqişələrin baş verməsi halları ola bilər. Bu məqsədlə hesab edir ki, ev paylara uyğun olaraq naturada bölünməli və evdən istifadə qaydası müəyyən edilməlidir, buna görə də paylı mülkiyyətlərində olan Bərdə rayonu, Mollalı kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, fərdi yaşayış evinin naturada bölünməsinə və evdən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi. Cavabdehlər Yusifov Asəf Qubuş oğluna, Cavabdeh2 Qubuş oğluna, Cavabdeh4 Qubuş oğluna, Yusibova Ətrabə Qaubuş qızına və Yusifov Əlibala Qubuş qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram göndərərək, işə baxılmasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin işə baxılmasının başqa vaxta keçirilməsi barədə məhkəməyə göndərdiyi teleqramı vaxtın uzadılması kimi qiymətləndirmiş və işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Yusifov Kənan Asəf oğlu xx xxxxxx 1996-cı ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Dövlət Reysterindən çıxarışın surətindən müəyyən olunur ki, Yusifov Kənan Asəf oğlunun xüsusi mülkiyyətinə Bərdə rayonu, Mollalı kənində 0, 3 ha torpaq sahəsi və ev qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(021)- 2618/2020 saylı qətnamənin surtindən müəyyən olunur ki, iddiaçılar Cavabdeh1 oğlunun, Cavabdeh2 oğlunun, Cavabdeh3, Yusibova Ətrabə Qubuş qızının, Cavabdeh6 Qubuş oğlunun, X10 cavabdeh İddiaçı qarşı miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddiasının təmin edilməsi, hüquqların dövlt qeydiyyatı haqqıda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 mülkiyyətində olmuş, Bərdə rayonu Mollalı kəndində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 91, 1 kv.m yaşayış, 37,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 8/14 hissəsinə X16, 1/14 hssəsinə Yusibov Asəf Qubuş oğlunun, 1/14 hissəsinə X11, 1/14 hissəsinə X17, 1/14 hissəsinə X5, 1/14 hissəsinə Cavabdeh6, 1/14 hissəsinə X10 vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Mülki iş üzrə 01 aprel 2021-ci il tarixli 2(021)-1182/2021 nömrəli qərardadla tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan AZ-İİ 072508 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Rüstəmov Cümşüd Məmməd oğlu 26 fevral 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4194 nömrəli, 21 oktyabr 2021-ci il tarixli rəy məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4194 nömrəli, 21 oktyabr 2021-ci il tarixli rəydə göstərilmişdir ki, Bərdə rayonu, Mollalı kəndində yerləşən fərdi yaşayış otaqlarının və mülkiyyətçilərinin sayına, yardımçı ptaqlarının yeganə olduğuna, mülkyyətçilərin hər birinin payına mətbəx, hamam otağı, yaşayış otağı düşməyəcəyinə görə həmin fərdi yaşayış evinin mülkiyyətçilər arasında paylara uyğun şəkildə naturada təcrid sahələr şəkilində bölgüsü, inşaat norma və Qaydalarının 2.08.01.89, 1.1, 2.1, 2.2, 2.4, 2.9. bəndləriin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Bərdə rayonu, Mollalı kəndində 8/14 hissəsi ona, 1/14 hissəsi X14, 1/14 hissəsi Yusifov Natiq Qubuş oğluna, 1/14 hissəsi Yusibov Saqi Qubuş oğluna, 1/14 hissəsi X15, 1/14 hissəsi Yusibova Ətrabə Qubuş qızına və 1/14 hssəsi Yusibov Əlibala Qubuş oğluna məxsus olmaqla paylı mülkiyyətində fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığından bu hissə də iddia təmin edilə bilməz. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində Bərdə rayonu, Mollalı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsini tələb etmişdir ki, istifadə hüququ ilə bağlı iddiaçmının hər hansısa bir hüququ pozulmadığından bu hissədə də iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrinin ********** saylı 08 fevral 2021-ci il tarixli çıxarışından müəyyən olunur ki, Bərdə rayonu Mollalı kəndində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 91, 1 kv.m yaşayış, 37,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 8/14 hissəsinə X16 mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yuxarıda qeyd edilən normanın mahiyyətindən də, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, Bərdə rayonu Mollalı kəndində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 91, 1 kv.m yaşayış, 37,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 8/14 hissəsinə X16 mülkiyyət hüququ olduğundan deməli, həmin hüquq istifadə sahiblik və öz payına münasibətdə sərəncam hüququnu da ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X18, X19, Yusifov Saleh Qubuş oğlu, X13, Cavabdeh6 qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-129/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-129/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver