Məhkəmə qərarları › İş №2(021)-1294/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1294/2021

09.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1294/2021 09.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Bərdə rayon Qarayusifli Bələdiyyəsinin sədri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarma “ tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə, Müəyyən etdi: İddiaçı Bərdə rayon Qarayusifli Bələdiyyəsinin sədri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarma “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bərdə rayon Qarayusifli Bələdiyyəsinin sədri İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi İddiaçı ilə birlikdə iddia ərizəsini imzalamaq səlahiyyəti olmadan iddiaçının nümayəndəsi və ya vəkili Nümayəndə tərəfindən də imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarma “ tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı : İddiaçı Bərdə rayon Qarayusifli Bələdiyyəsinin sədri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ torpaq sahəsindən çıxarma “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Bərdə rayon Qarayusifli Bələdiyyəsinin sədri İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar