Məhkəmə qərarları › İş №2(021)-1299/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1299/2022

19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1299/2022 19.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi qızı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2004-cü ildə Bərdə rayon Xanərəb kəndində anadan olmuş X2 doğum faktının, atasının X8, anasının Ərizəçi qızı olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X13 oğlu ilə 2003-cü ildə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını 10.08.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Lakin 25 yanvar 2004-cü ildə Bərdə rayon Xanərəb kəndində anadan olmuş X4 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 01.04.1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 40 saylı 28.01.2022-ci il tarixli arayışdan görünür ki, X10 Bərdə rayon Xanərəb kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 154 saylı 19.04.2022-ci il tarixli arayışda qeyd olunur ki, X8 ilə Ərizəçi birgə yaşayışından 25.01.2004-cü ildə oğlan uşağı dünyaya gəlib və həmin uşağın adı Muraddır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 18.04.002-ci il tarixli Aktdan görüünür ki, akta imza edənlər X8 ilə Ərizəçi birgə yaşayışından 25.01.2004-cü ildə oğlan uşağı dünyaya gəlməsini və həmin uşağın adının Murad olmasını təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 541 sayli 07.02.2022-ci il tarixli məktubda qeyd olunur ki, 25.01.2004-cü il təvəllüdlü Pirverdiyeva........ Yeganə oğlu 07.02.2022-ci il trixədək İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 457 sayli 09.02.2022-ci il tarixli Arayışda qeyd olunur ki, valideyndən alınan məlumata görə 25.01.2004-cü ildə doğulmuş vətəndaş Pirverdiyev həkim müayinəsindən ambulator qaydada keçmişdir, hal-hazırda praktiki sağlamdır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10.02.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi övladının doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, X8 ilə Ərizəçi onun qonşularıdır. Onların birgə yaşayışından 25.01.2004-cü ildə oğlan uşağı dünyaya gəlmişdir və həmin uşağın adı Muraddır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 və X9 digər şahid X8 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiqlədilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Ərizəçi qızı ilə X8 qeyri-rəsmi olaraq ailə qurmuşlar. Birgə yaşayışları dövründə 25 yanvar 2004-ci il təvəllüdlü Murad adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X5 25 yanvar 2004-cü il tarixdə Bərdə rayon Xanərəb kəndində anadan olmuşdur. Atası X8, anası Ərizəçi qızıdır. X2 doğum tarixinin “25 yanvar 2004-cü il, doğum yerinin Bərdə rayon Xanərəb kəndində olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı X8, ana adı Ərizəçi qızı kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in **9-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 25 yanvar 2004-cü il tarixdə Bərdə rayon Xanərəb kəndində anadan olması, atasının X8, anasının Ərizəçi qızı olması müəyyən edilsin. Bu qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar