Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-130/2022 10.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli 10 saylı qərarı ilə verilmiş 0,71 ha pay torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Bərdə rayonu Hacıbəyli kəndi ərazisində Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyul tarixli 10 saylı qərarı ilə cəmi 0,71 ha pay torpaq sahəsi verilmişdir. Bu barədə ona ayrılıqda JN-108 KOD 61015058 saylı Dövlət aktı da verilmişdir. Həmin torpağı əkib becərmişdir. Lakin sonradan torpaq sahəsini öz aralarında qeyri rəsmi razılıq əsasında cavabdehə icarəyə vermişdir. Hazırda da razılaşmalarının vaxtı bitmişdir. Lakin Cavabdeh qeyri qanuni, heç bir hüquqi əsası olmadan onun mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş, öz xeyri üçün istifadə edir, əkib-becərir. Dəfələrlə torpağın onun mülkiyyətində olduğunu, torpağından çıxmasını bildirmiş, lakin nəticəsi olmamışdır. Cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirməkdədir və onun mülkiyyətində olan torpağı əkib-becərməklə, xeyir götürməkdədir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə verərək AZ-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında alınmış torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/803 saylı 29 iyun 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, 25 yanvar 2009-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1- 3-cü vərəqələrində “Satıcı” qrafalarında “Елнур” yazıları və “Елнур” yazılarının qarşılarında olan imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. İddiaçı məhkəməyə ərizə verərək ekspert rəyi ilə razı olmadığından mülki iş üzrə təkrar xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə təkrar məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1334 saylı 07 oktyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, 4-Ə-26 saylı notariat işinin içərisində olan 25 yanvar 2009-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-3-cü vərəqlərində “satıcı” qrafalarında “Елнур” yazıları və “Елнур” yazılarının qarşılarındakı imzalar- İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsini 25 yanvar 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 3000 manat pul verməklə iddiaçıdan almışdır. Hazırda torpaq onun istifadəsindədir. İddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsus olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-108 KOD 61015058 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 10 saylı 25 iyul 1998-ci il tarixli qərarına əsasən Bərdə rayonu Hacıbəyli kənd sakinləri X3 və İddiaçı mülkiyyətinə 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı çıxarışdan müəyyən olunur ki, Bərdə rayonu Hacıbəyli kəndində yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı və X4 adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 02 yanvar 2004-cü il tarixli AZ-İ 074306 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 28 dekabr 2003-cü ildə ölmüşdür. İş materiallarında olan AN-İ ******* saylı 25 yanvar 2009-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X5 və İddiaçı Bərdə rayonu Hacıbəyli kəndində mülkiyyətlərində olan 0,71 ha torpaq sahəsini X2 3000 manata satmışlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə İddiaçı AZ-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında alınmış torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi tələbinə dair iddiasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bu Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Bu Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bu Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə görə əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Bu Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Bu Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Bu Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bu Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 341.1-ci maddəsinə görə qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyriciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır. Bu Məcəllənin 341.2-ci maddəsinə əsasən qeyri-ciddi əqd nəticəsində digər tərəfə zərər dəydikdə, əgər digər tərəf əqdin qeyri-ciddiliyindən xəbərdar olmamışdırsa və xəbərdar ola bilməzdisə, zərərin əvəzi ödənilməlidir. Həmin Məcələnin 342.1-ci maddəsinə görə psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Bu Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Bu Məcəllənin 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Həmin Məcəllənin 347.4-cü maddəsinə görə kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Bu Məcəllənin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 347.6-cı maddəsinə görə yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Bu Məcəllənin 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Seriya MH ******* saylı çıxarışa əsasən paylı mülkiyyətdə olan pay torpaq sahəsinin cavabdehə satmalarından məlumatı olmuş lakin bunu mübahisələndirməmişdir. Məhkəmə iclasında 25 yanvar 2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilməmiş, müqavilə qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır. İddiaçı məhkəmə iclasında 25 yanvar 2009-cu il tarixli alqı-satqı müqaviləsinin onun tərəfindən imzalanmadığını qeyd etsə də bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli rəyi ilə öz təsdiqini tapmamışdır. İddia tələbinin cavabdehin ona məxsus 0,71 ha torpaq sahəsindən çıxarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan torpaq sahəsi 25 yanvar 2009-cu il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı və atası X5 tərəfindən 3000 manat pul müqabilində Cavabdeh satıldığından və alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlandığından iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 29 iyun 2021-ci il tarixli 4/803 nömrəli və 07 oktyabr 2021-ci il tarixli 4/1334 nömrəli bildirişlərdən müəyyən edilir ki, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 297 (iki yüz doxsan yeddi) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri 297 (iki yüz doxsan yeddi) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 297 (iki yüz doxsan yeddi) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-130/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-130/2022
10.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver