Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-130/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə, Bərdə rayon Şorəlli Bələdiyyəsinə, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayonun Göloğlular kənd İD nümayəndəliyinin Şorǝlli kəndində onun istifadəsində olan 0.39 ha tarpaq sahəsindən 20 ildən çox əmlak pay torpağı kimi istifadə etməkləri faktı təsdiq edilərək onun mülkiyətinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Divanlı kənd sakini X10 ilə ailə həyatı qurduğu üçün ilkin islahat zamanı ona pay torpağı Divanlı kəndində götürmüşdür və Dövlət aktı da almışdır. Onu kimi başqa kəndə yaşayıb Divanlı kəndində torpaq götürənlərin sayı 78 nəfər olduğu üçün Divanlı kənd sakinlərinin təkid və tələbinə görə onları Aqrar İslahat komisiyasından sonra ordan çıxartmışdırlar. Ona pay torpağı Cəyirli kəndində bölgüdən artıq qalmış yerdən verilmişdir. O, Divanlı kənd sakini X3 gəlini olduğu üçün ona onun yanında pay torpağı verilmişdir. Hal-hazırda həmin torpağdan istifadə edir. O vaxtdan qaynatası həmin torpağa meyvə ağacları əkib, 2 il bundan öncə onlar bilmişdirlər ki valideynlərinin siyahısı gedən vaxtı onun adı texniki səhv olaraq siyahıya düşməyib. Halhazırda da pay torpaqları faktiki ölçülərə əsasən verilib 152 saylı mülkiyyətçi X3 mülkiyətinə verilən 1.14 hek torpaq sahəsinin qərb hissəsində artıq qalmış 0.55 ha -dan 0.39 ha hissəsi onun ilkin islahat zamanı verilmiş pay torpağıdır. Hətta xx.xx.2004-cü ildə həmin torpaqların dəyişdirilməsinə dair aktlar tərtib edilməklə arayışlar verilmişdir. Odur ki sözgedən torpağın əmlak pay torpağı kimi onun mülkiyətində olma faktının təsdiq edilməsinə zərurət yaranmışdır. Belə ki, torpağın sənədləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə ərazi idarəsinə müraciət etmiş və xx.xx.2023 cü il tarixdə ona rəsmi məktub verməklə məhkəməyə müraciət etməyini bildirmişdilər. Yəni 1998-ci ildən Aqrar İslahat komissiyası texniki səhv olaraq onlara əmlak pay torpağı verilsə də sonrakı sənədləşdirmədə adı elektron bazada qeyd edilməyib. Ona görə də hesab edir ki onların həmin torpaqdan istifadə etməsi faktı təsdiq edilməklə onun mülkiyətinə verilməsi barədə qərar qəbul edilməsinə zərurət vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizə verərək, Bərdə rayon Divanlı kəndində yerləşən 0,24 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin istifadəsində olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəyə dədiqləşmə verərək, Bərdə rayonun Gölüğular kənd İƏD nümayəndəliyinin Şorəlli kəndində onun istifadəsində olan 0.39 ha tarpaq sahəsindən 20 ildən çox əmlak pay torpağı kimi istifadə etməyi faktı təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)2274/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bərdə rayon Şorəlli Bələdiyyəsi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşlar. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlik iclasında Bərdə rayon Şorəlli Bələdiyyəsinin sədri X15 izahat verərək bildirdi ki, o təzə bələdiyyə sədri seçilib. Ərizəçi qeyd edilən torpaq sahəsindən istifadə edir, amma nə vaxtdan istifadə etməsi ona bəlli deyil. Həmçinin istifadə olunan torpaq sahəsi kimin mülkiyyətində olmasına dair də dəqiq fikir söyləyə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri gəlməmişlər. Məhkəmə işə Mülki Prosessual Məcəlləsinin 185.5-185.6-cı maddəsinin tələblərinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Bərdə rayon Şorəlli kəndində anadan olmuşdur. Bərdə rayon Şorəlli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Şorəlli kəndində yaşayır. Mülki işə əlavə edilmiş Vİİİ-ЖГ №446431 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Bərdə rayon Şorəlli kəndində anadan olmuşdur. Ata qrafasında ata adı Nümayəndə, ana adı X4 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Vİİ-ЖГ №394602 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi arasında 17 noyabr 1999-cu il tarixdə Bərdə Rayon VVAQ Şöbəsində nikah bağlamışlar. Mülki işə əlavə edilmiş MH seriyalı, №0008484 nömrəli, **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Cəyirli kəndində 1,0908773 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzrə Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 145 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş MA seriyalı, №314145 nömrəli, **********55 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Cəyirli kəndində 1,0864 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Nümayəndə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bərdə Ərazi İdarəsinin 28 sentyabr 2011-ci il tarixli, 8809 saylı arayışına asasən mülkiyyətində olan Bərdə rayonu Cəyirli kəndində yerləşən 1.0908773 ha torpaq sahəsini X2. Mülki işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X16 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bərdə Ərazi İdarəsinin 28 sentyabr 2011-ci il tarixli, 8810 saylı arayışına asasən mülkiyyətində olan Bərdə rayonu Cəyirli kəndində yerləşən 1.81 ha torpaq sahəsini X1. Mülki işə əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-022F KOD 61005028 saylı Şahədatnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayon Şorəlli kənd sakinləri Nümayəndə, X9 və Ərizəçi mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bərdə rayon şöbəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Şorǝlli kənd sakini Nümayəndə ilkin islahat zamanı yerli aqrar islahat komissiyasının Divanlı kəndindən pay torpağı verilmişdir. Lakin sonralar Divanlı kənd sakinlərinin təkid və tələbi ilə həmin kənddən pay torpağı alan digər sakinlərin adlarını torpaq payı alan subyektlər siyahısından çıxarmışlar. Yerli aqrar islahat komissiyasının qərarı ilə həmin mülkiyyətçilərə M.Əsədov adına aqro firmanın ərazisində başqa konturlardan pay torpağı verilmişdir. Şorǝlli kənd sakini Nümayəndə pay torpağı kimi ona verilmiş torpaq sahəsi üçün hüquqi sənəd verilməsi ilə bağlı yerli və rayon aqrar islahat komissiylarına müraciət etmişdir. Nümayəndə Cəyirli kəndində bölgüdən artıq qalmış 191 saylı konturda bölgüdən artıq qalmış boş sahədən pay torpağı verilməsi barədə M.Əsədov adına aqro firmanın yerli islahat komissiyası 15 yanvar 2000-ci il tarixli 05 saylı qərar qəbul etmişdir. M.Əsədov adına aqro firmanın 15 yanvar 2000-ci il tarixli 05 saylı qərarı Bərdə rayon aqrar islahat komissiyasının 15 may 2007-ci il tarixli 04 saylı iclasında geniş müzakirə olunaraq nəzərə alınmışdır. Tərtib olunan sənədlər əsasında vətəndaşa hüquqi sənəd verilməsinə DT və XK-nin Bərdə rayon şöbəsi etiraz etmir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, aktİ imza edənlər ilkin islahat zamanı 152 saylı konturda X3 (qaynatası) pay torpağının yanında Ərizəçi 0.39 hektar pay torpağı verilməsini və hal-hazırda onun istifadə olmasını təsdiq etmişlər. Mülki işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-41/2021 saylı 27.0.2021-ci il tarixli Qərarından görünür ki, iddiaçı Ərizəçi (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Divanlı kəndində yerləşən 0.24 ha torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia tələbi təmin edilməmişdir. Həmçinin həmin qərardan müəyyən olunur ki; -Məhkəmə işin faktiki hallarını araşdırmaq üçün xx.xx.2021-ci il tarixli, 2-1(114)- 74/2021 nömrəli qərardad qəbul edərək, iş materialları mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə göndərilmiş və mütəxəssis qarşısında "M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə Ərizəçi ayrılmış 0.24 ha torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşürmü, düşdüyü halda hansı ölçüdə üst-üstə düşür?, M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının xx.xx.1999cu il tarixli, 04 saylı qərarı ilə Ərizəçi ayrılmış 0.24 ha torpaq sahəsinin təyinatı və kateqoriyası nədir?, həmçinin həmin torpaq sahəsi dövlət torpağı ilə üst-üstə düşürmü?" sualları qoyulmuşdur. -Mütəxəssis tərəfindən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 74/2021 nömrəli qərardadında qoyulmuş sualları cavablandırılmış və məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, 125 çıxış nömrəli mütəxəssis rəyinində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək M. Əsədov adına Aqro firmanın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə yerləşdirildi. Məlum oldu ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla bir hissəsi **********52 saylı çıxarışla qeydiyyata alınmış torpaqla, bir hissəsi digər şəxsin mülkiyyətinə verilmiş torpaqla üst-üstə düşür. -Məhkəmə qeyd edilən halları araşdırmaq üçün sorğu vermiş və məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Bərdə rayonu Divanlı kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli, **********52 saylı reyestr nömrəsi ilə Maraqlı şəxs2 adına qeydiyyata alınmışdır. (Maraqlı şəxs2 torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır) Bərdə rayonu Divanlı kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə qalan hissə kimi ailə üzvləri ilə birlikdə Maraqlı şəxs3 adınadır. Məhkəmə işin faktiki hallarını araşdırmaq üçün 2(021)-2274/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardad qəbul edərək, iş materialları mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə göndərilmiş və mütəxəssi qarşısında “M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə Ərizəçi ayrılmış torpaq sahəsi hazırda kimin istifadəsindədir və hansı ölçüdədir?, M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə Ərizəçi ayrılmış torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üstüstə düşürmü, düşdüyü halda hansı ölçüdə üst-üstə düşür?, M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə Ərizəçi ayrılmış torpaq sahəsi JN 152 KOD 61006058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3 və digər payçıların birgə mülkiyyətləri kimi qeydiyyata alınmış Bərdə rayon Divanlı kəndində yerləşən 1.90 ha torpaq sahəsinin hər hansı hissəsini təşkil edirmi, əgər təşkil edirsə hansı ölçüdədir?, Ərizəçi ilkin islahat zamanı ayrılmış mübahisəli 0.39 ha torpaq sahəsi X3 və digər payçıların birgə mülkiyyətləri kimi qeydiyyata alınmış Bərdə rayon Divanlı kəndində yerləşən torpaq sahəsinin hər hansı hissəsini təşkil edirmi? sualları qoyulmuşdur. Mütəxəssis tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-2274/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında qoyulmuş sualalr cavablandırılmış və məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı və cavabdehin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqaisə edilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən Güloğlular kənd İcra nümayəndəsinin 21 saylı xx.xx.2004-cü il tarixli arayışına əsasən Ərizəçi ayrılmış torpaq sahəsini hal-hazırda X5 istifadə edir. Məmmədzadə X6 İcra nümayəndəsi 21 saylı xx.xx.2004-cü il tarixli arayışına əsasən X3 gəlinidir və hal- hazırda naturada Ərizəçi verilmiş 0.39 ha pay torpağından X5 istifadə edir. Torpağa mülkiyyət hüququna dair JN-152 saylı Dövlət aktı ilə X3 mülkiyyətinə verilmiş 1.90 ha torpaq sahəsi, iki hissədən ibarət olmaqla, Divanli kəndi yaxınlığında birinci hissədə ayrılan 0.94 ha hissəsi, TEKUİS məlumat bazasında 1.14 ha kimi qeydiyyata alınmışdır. Ərizəçi ilkin torpaq islahatı zamanı ayrılmış 0.39 ha pay torpaq sahəsi sənəd üzrə X3 mülkiyyətinə verilmiş JN-152 saylı Dövlət aktında öz əksini tapmamışdır. Lakin naturada X3 mülkiyyətinə TEKUİS məlumat bazasında 1.14 ha nəzərdə tutulsa da, hal-hazırda naturada 1.60 hektardan istifadə edir və həmin artıq qalan torpaq sahəsi TEKUİS-də X3 mülkiyyətinə verilən torpağa bitişikdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. MPM-nin 82.3-cü maddəsiə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, ərizə təmin oluna bilməz. Belə ki, ərizə təmin olunacağı təqdirdə digər mülkiyyətçilərin hüquqları pozulmuş olar. Həmçinin iş üzrə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-41/2021 saylı 27.0.2021-ci il tarixli Qərarı olduğundan hüquqi müəyyənlik prinsipi də pozulmuş olar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizə təmin edillmədiyindən Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə, Bərdə rayon Şorəlli Bələdiyyəsinə, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin olunmasın. İş üzrə ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-130/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-130/2024
05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver