Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-131/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılıb ona düşən payın verilməsi və cavabdehin ona düşən torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1.91 ha əmlak pay torpağının yarısının alınıb ona verilməsinə və zəbt etdiyi ona məxsus torpaqdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 1991-ci ildə ailə həyatı qurmuş, 1992-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından X6 və X5 anadan olmuşdur. X9 2008-ci ildə vəfat etmişdir. Bərdə rayonunda Aqrar İslahat komissiyası qərarı ilə onlara 1.91 ha torpaq sahəsi verilib. Cavabdehlə 2015-ci ildə rəsmi olaraq boşanmışlar. Ona və mərhum oğlu X4 məxsus torpağı cavabdeh zəbt edib çıxmır və övladından qalan torpağın yarısını və özünün pay torpağını isə özünə vermir. Hesab edir ki vərəsə kimi onun hüquqları tanınaraq mərhum övladına məxsus torpağın yarısının alınaraq ona verilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılmasına dair ərizə verərək, qeyd etmişdir ki, Bərdə rayon Böyük Göyüşlü kənd sakini sabiq həyat yoldaşına qarşı iddia qaldırmışdır ki, Aqrar İslahat Komissiyasının qərarı ilə 3 nəfərə 1.91 ha torpaq sahəsi verilmişdir, bu barədə JN-127 KOD 61002018 saylı dövlət aktı da var. O, məhkəmədə iddia qaldıraraq əmlak pay torpağının və mərhum övladına düşən torpağın yarısının alınıb ona verilməsinə və zəbt etdiyi ona məxsus torpağdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda mərhum övladından qalan torpağın cavabdehin istifadəsində qalmasına etirazı yoxdur. Odur ki, Cavabdeh ilə birgə verilən əmlak pay torpağının ona düşən hissəsinin ayrılaraq alınıb verilməsinə və cavabdehin ona düşən hissədən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəiqləşdirilməsinə dair ərizə verərək, Bərdə rayonu, Böyük Göyüşlü kəndi ərazisində yerləşən JN-127 KOD 61002018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətlərindədə olan 1,91 ha torpaq sahəsinin ona düşən 1/3 hissəsinin naturada bölünməklə ona verilməsinə və həmin torpaq sahəsinin ona düşən hissəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Belə ki, işin təxirə salınmasını səbəbini göstərməmiş və buna dair hər hansı sübut əlavə edilməmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin ediməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Bərdə rayon Mollaisalar kəndində anadan olmuşdur. Bərdə rayon Böyük Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 82 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Böyük Göyüşlü kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verimiş AZ-İ № 222180 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verimiş AZ-İİ № 152323 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət hüququna dair JN-127 KOD 61002018 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 ha torpaq sahəsi Cavabdeh, İddiaçı və X3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müstəqil Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli Mütəxəssis Rəyində qeyd olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 19 yanvar tarixli 01 saylı qərarı ilə Cavabdeh, İddiaçı, X3 mülkiyyətinə verilmiş JN-127 KOD 61002018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmış Bərdə rayonu, Böyük Göyüşlü kəndi ərazisində yerləşən 1.91 ha hektar torpaq sahəsinin faktiki vəziyyətinə uyğun konturunun kompleks Yerquruluşu Layihəsinə uyğun olaraq naturada paylarının ayrılması mümkündür. Tədqiq olunan 1.91 ha torpaq sahəsinin faktiki veziyyətdə paylı mülkiyyətçilər arasında aparılan bölgünun sxemi tərtib olunmuşdur. Hər bir mülkiyyətçiyə düşən torpaq sahəsi 0.6381 ha təşkil etmişdir. Tədqiq olunan torpaq sahəsinin bölgüsü xüsusi coğrafi informasiya sistemleri proqramları vasitəsilə tərtib olunan bölgü planı ve bölgü sxeminde aydın şəkildə göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyində qeyd olunmuşdur: -İddiaçı və cavabdehin iştirakı ilə cavabdehin istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, Bərdə rayonu Göyüşlü təsərrüfatının Böyük Göyüşlü kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və Torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKUİS) məlumat bazası ilə müqayisələndirildi. -Bərdə rayon Aqrar İslahat komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh, İddiaçı, X3 Torpaqların elektron kadastrı uçotu informasiya sistemi (TEKUİS) məlumat bazasına əsasən birgə mülkiyyətlərində olan JN-127 KOD 61002018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmış Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinin payçılar arasında normaya, bölgü layihəsinə, suvarma istiqamətinə uyğun olaraq naturada bölünməsi mümkündür. -Cavabdeh İddiaçı payına düşən 0.6366 ha torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemi (TEKUİS) melumat bazasına əsasən birgə mülkiyyətlərində olan JN-127 KOD 61002018 saylı torpağa mülkivvs hüququna dair dövlet aktı ilə qeydiyyata alınmış Bərdə rayonu Böyük Göyüslü kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinin şimal və ya cənub hissəsindən ayrılması mümkündür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh, İddiaçı və X4 Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-127 KOD 61002018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı almışlar. İddiaçı və cavabeh vaxtilə ailə üzvləri olmuşlar, sonradan boşanmışlar. Birgə nikahdan X6 anadan olmuş və o xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətçilərin payları müəyyən edilib mülkiyyət hüquqları tanınmamışdır. Məhkəmə qeyd edir ki iddia tələbi 2 hissədən ibarətdir: torpaq sahəsinin 1\3 hissəsinin naturadan ayrılıb ona verilməsi və cabadehin ona düşən hissədən çıxarılması. Məhkəmə iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyini əsas götürərək hesab edir ki, iddia tələbi torpaq sahəsinin naturadan ayrılıb müəyyən edilməsi hissəsində təmin olunmalıdır. Məhkəmə hesab edir ki, mütəxəsis rəyinə əsasən torpaq sahəsinin naturadan ayrılıb müəyyən edilməsi mümkün olduğundan iddia tələbi torpaq sahəsinin cənub hissəsindən iddiaçıya düşən payın naturadan ayrılıb ona verilməsi hissəsindədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçıya məxsus olan (1/3 hissəsi) torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. Buna görə də iddia tələbi cabadehin ona düşən hissədən çıxarılması hissəsində də təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı Cavabdeh adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-127 KOD 61002018 saylı Dövlət Aktına əsasən ilə Cavabdeh, İddiaçı və X3 mülkiyyətinə verilmiş Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 hektar topaq sahəsindən İddiaçı ona düşən hissəsinin yəni 1/3 payı ümumi sahənin cənub hissəsindən naturada ayrılıb ona verilməli, Cavabdeh İddiaçı məxsus olan Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 1.91 ha torpaq sahəsinin cənub hissəsindən (1/3 hissə) çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı Cavabdeh adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-127 KOD 61002018 saylı Dövlət Aktına əsasən Cavabdeh, İddiaçı və X3 mülkiyyətinə verilmiş Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 hektar topaq sahəsindən İddiaçı ona düşən hissəsinin yəni 1/3 payı ümumi sahənin cənub hissəsindən naturada ayrılsın və ayrılan cənub hissədən Cavabdeh cıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı oğlunun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-131/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-131/2022
12.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver