Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1312/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh* nümayəndəsi X* iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh*nə və Cavabdeh2nə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməyi barədə Tərtər rayon Təhsil şöbəsinin 05.0*.20*2-ci il tarixli K-*24 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa olunmağı və buraxılmış müddət üçün ödənilməli olan əmək haqqımın hesablanaraq cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Tərtər rayon, Təhsil Şöbəsinin *5 sentyabr 2008-ci il tarixli əmri ilə X9 Mərkəzinə (UGİM) "Bədən tərbiyəsi və idman" ixtisası üzrə məşqçi müəllim vəzifəsinə təyin olunmuşdur. Həmin məktəbdə təyin olunduğu vaxtdan 05 yanvar 20*2-ci ilə kimi müəllim işləmişdir. Lakin rayon təhsil şöbəsinin 0*.03.20*2-ci il tarixli *24 saylı əmri ilə işindən azad edilmişdir. Bu günə kimi əmək kitabçasını ala bilməmiş və göründüyü kimi də həmkarların qərarı olmadan (varsada məlumatım yoxdur) şifahi bildiriblər ki, guya həmin qrup ixtisar olub. Sonradan əldə etdiyi sənədlərdən görür ki, X9 Məktəbinin Qruplarının bağlanması barədə Tərtər rayon Təhsil Şöbəsinin 0*.03.20*2-ci il tarixli K-*24 saylı əmri mövcuddur. Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Maliyyyə Nazirliyinin "X6 Xidməti" tərəfindən 24 noyabr 20**-ci il tarixdə aparılmış monitorinqin nəticəsində UGİM-də 9(doqquz) qrupun fəaliyyətinin dayandırılması müəyyən olunmuşdur. Ona görə də, UGİM-nin dərnək rəhbərləri əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini əsas götürərək əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Həmin əmrdə onun adı da qeyd olunmuşdur. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Göründüyü kimi, bu maddə onun işdən azad olunmağı ilə bağlı yanlış tədbiq olunub, kobud qanun pozuntusuna yol verilmişdir. Rayon təhsil şöbəsi onu 0*.03.20*2-ci il tarixli *24 saylı əmri ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin "c"bəndi ilə işindən azad etmişdir. Lakin o, əmək kitabcasına Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinin yazılması ilə razı deyil və belə bir maddənin yazılmasından məlumatı olmayıb və bu günə kimi də əmək kitabçasını almamışdır. Yuxarıda qeyd etdiklərim əsaslarla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh* nümayəndəsi X4 iddia tələbini qəbul etməyək, məhkəməyə ərizə təqdim edib, iddia müddətinin keçməsi ilə əlaqədar məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi , heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi, iddia müddətinin keçməsinə görə təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №*232**5 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Tərtər rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 626 saylı arayışdan görünür ki, Əsədov X5 rayon Şıxarx kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya AA №363909 saylı X3 surətindən görünür ki, Əsədov X2 rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Tərtər rayon Təhsil Şöbəsinin K-**6 nömrəli Əmrindən *5.09.2008-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı – Göyçay DİT Kollecinin “Bədən Tərbiyəsi və idman” ixtisası üzrə məzunu UGİM-nə məşqçi müəllim təyin edilmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Təhsil Şöbəsinin K-*24 nömrəli Əmrindən 0*.03.0*2-ci il tarixli Çıxarışdan görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən 05.0*.20*2-ci il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Əsədov X5 rayon Təhsil Şöbəsinin K-**6 nömrəli Əmrinə əsasən X9 Mərkəzinə məşqçi müəllim təyin edilmiş, Tərtər rayon Təhsil Şöbəsinin K-*24 nömrəli Əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən 05.0*.20*2-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hisəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının 05.0*.20*2-ci il tarixdən əmək müqaviləsinə xitam verilmiş, iddia müddətini üzürlü səbəblərdən buraxdığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə məhkəməyə ərizə verərək iş üzrə iddia müddətlərinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə mübahisənin əmək münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə iddia müddəti şamil edilməlidir. İşin müəyyən olunmuş halından isə görünür ki, iddiaçı *0 ildən sonra məhkəmədə iddia qaldırmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.*.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh*nə və Cavabdeh2nə qarşı “işə bərpa” tələbinə dair iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1312/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1312/2023
16.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver