Məhkəmə qərarları › İş №2(021)-1316/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1316/2025

29.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1316/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış əsasında olan Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m, yaşayış sahəsi 60.50 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN-0055 KOD:61017018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında olan Bərdə rayon Nazırlı kəndində 0.39 ha pay torpaq sahəsinin miras kimi onun qəbul etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon Nazırlı kənd sakini Babaşov Musa Şəmil oğlu ilə 20 iyun 1993-cü il tarixdə rəsmi olaraq ailə qurub evləniblər. Birgə nikah dövründə övladları olmamışdır. Musa Babaşov ilə ailə quran zaman birinci həyat yoldaşı vəfat etmiş və azyaşlı övladı ilə birlikdə yaşayıb. Onunla evlənən zaman isə onlar Musa Babaşovun atasına məxsus olan fərdi yaşayış evinə köçüblər. Daha sonra isə ailəli olan müddətdə Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m, yaşayış sahəsi 60.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evi tikdiriblər. Həmin evi tikdirib təmir etdirdikdən sonra birlikdə orda yaşayıblar. Həyat yoldaşı Babaşov Musa Şəmil oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. Musa Babaşov vəfat etməmişdən öncə fərdi yaşayış evinə çıxarış alınması üçün müraciət edilmiş, lakin sənədlərdə problem yarandığı üçün Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m, yaşayış sahəsi 60.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış verilmişdir. Həmçinin islahat gedən zaman Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 12 saylı qərarı ilə Babaşov Musa Şəmil oğluna JN-0055 KOD 61017018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında əsasında Bərdə rayon Nazırlı kəndində 0.39 ha pay torpaq sahəsi verilmişdir. İslahat gedən zaman səhv etdikləri üçün onun adı pay torpaq sahəsində qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında olan Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m, yaşayış sahəsi 60.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN 0055 KOD 61017018 saylı Torpağa mükiyyət hüququna dair Dövlət Aktı əsasında olan Bərdə rayon Nazırlı kəndində 0.39 ha pay torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Lakin mərhum Musa Babaşovun övladı hazırki iş üzrə cavabdeh X1 qeyd etdiyi əmlakları onun adına keçirilməsinə narazılıq edir. O, fərdi yaşayış evini və pay torpaq sahəsini rəsmi olaraq adına keçməsi ilə bağlı ASAN Xidmət mərkəzinin notariat kontoruna müraciət etdikdə isə xx.xx.2023-cü il tarixli 2171/2023 saylı məktubla mərhum Babaşov Musa Şəmil oğlunun qanun üzrə 1-ci növbədə vərəsələrinin onun və Cavabdeh olduğu qeyd olunmuşdur. X1 fərdi yaşayış evini və pay torpaq sahəsini rəsmi olaraq adına keçməsində narazılıq etdiyi üçün məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında olan Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m, yaşayış sahəsi 60.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin və Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN 055 KOD 61017018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında olan Bərdə rayon Nazırlı kəndində 0.39 ha pay torpaq sahəsinin vərəsələr arasında bölünməsini və mirasın naturada bölünərək onun payının ayrılıb verilməsini istəyir. xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək tələbini “mirası qəbul etmə faktı” olaraq qeyd etmək və ərizəsinin xahiş etdi hissəsində “xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış əsasında olan Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m, yaşayış sahəsi 60.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN 0055 KOD 61017018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında olan Bərdə rayon nazırlı kəndindıə 0.39 ha pay torpaq sahəsinin miras kimi onun qəbul etməsi faktının qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı dəqiqləşdirmə ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. JN 0055 KOD 61017018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Babaşov Musa Şəmil oğluna Bərdə rayonu Nazırlı kəndindən Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.39 ha torpaq sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixli 25282 nömrəli Texniki Pasportdan görünür ki, Babaşov Musa Şəmil oğlunun adına Bərdə rayonu Nazırlı kəndi ərazisindən Fərdi yaşayış evi verilmişdir. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyənləşdirilməsinə dair Araışdan görünür ki, Babaşov Musa Şəmil oğlunun mülkiyyətində olan Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m, yaşayış sahəsi 60.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 16000 manat təşkil edir. xx.xx.2024-cü il tarixli 553 sayl Bərdə rayon Nazırlı kənd İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, Bərdə rayonu Nazırlı kənd sakini İddiaçı mərhum Babaşov Musa Şəmil oğlu xx.xx.2022-ci ildə vəfat edənə kimi onunla birgə ər arvad kimi Nazırlı kəndində 2014-cü ildə tikilmiş ümumi sahəsi 84 kv.m olan evdə yaşamışlar. Hal-hazırda İddiaçı həmin evdə yaşayır və mirası idarə edir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının MM-nin : 1248.1. maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən miras İddiaçı tərəfindən qəbul edilərək faktiki sahiblik hüquqları realizə olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış əsasında olan Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m olan fərdi yaşayış evi və Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN 0055 KOD 61017018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında olan Bərdə rayon nazırlı kəndində 0.39 ha pay torpaq sahəsinin miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü ərizəçinın üzərinə düşür. Göründüyü kimi, ərizəçi İddiaçı tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış əsasında olan Bərdə rayon Nazırlı kəndində yerləşən 0.23 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 60.5 kv.m olan fərdi yaşayış evi və Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN 0055 KOD 61017018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında olan Bərdə rayon nazırlı kəndində 0.39 ha pay torpaq sahəsinin miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar