Məhkəmə qərarları › İş №2(021)-1319/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1319/2021

21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1319/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X4 doğum faktının müəyyən edilməsi, atası X20 oğlunun, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X12 ilə 2019-cu il tarixdə qeyrirəsmi ailə qurub evlənmişlər. Nikahlarını 08 fevral 2021-ci il tairxdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə 16 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərində X9 adlı uşaqları anadan olmuşdur. Lakin başa düşmədiklərindən uşağa doğum haqqında şəhadətnamə almamışlar. Halhazırda uşağa doğum haqqında şəhadətnamə almaq istəyirlər. Buna görə də Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orda isə onlara məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən İsayev Orxan Ramiz oğlu göstərdi ki, X7 həyat yoldaşıdır. Onlar 2019-cu ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Birgə yaşadıqları dövrdə 16 oktyabr 2020-ci ildə bir uşaqları anadan olmuşdur. Lakin bilmədiklərindən, başa düşməməzlikdən uşağa doğum haqqında şəhadətnamə almayıblar. İndi uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, orada onlara məhkəməyə müraciət etməyi məsləhət görümüşlər. Məhkəmə iclasında Ərizəçi Zahir qızının qaynanası X8 və qaynı X13, şahid X6 izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Yeni Əyricə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 239 nömrəli, 05 mart 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 2002-ci ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 412792 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə Əhmədzadə Xədicə Zahir qızının nikahı 08 fevral 2021-ci ildə 110 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin X5 rayon Uşaq Poliklinikasının publik hüquqi şəxsi tərəfindən verilmiş 1/192 nömrəli, 23 fevral 2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Ərizəçi deməsinə görə İsayev Orxan Ramiz oğlu ilə birgə yaşadıqları dövrdə 16 oktyabr 2020-ci il təvəllüdlü İsayev .......Orxan oğlu X3 qeydiyyata götürülmüş, həkim pediatr tərəfindən müayinə olunmuş, sağlam olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X2 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin bərpası üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 16 oktyabr 2020-ci ildə Bərdə şəhərində bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum tarixli 16 oktyabr 2020-cu il, doğum yeri Bərdə şəhəri, ata qrafasında X12, ana qrafasında Ərizəçi yazılsın. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar